Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1873/2022 21.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X3 iştirakları ilə, xx.xx.1997-ci il təvəllüdlü Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdı̇ : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 17 may 2022-ci il tarixində Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi polis polkovnik leytenantı X1 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5ci maddəsi ilə başlanılmış cinayət işinin şübhəlisi kimi saxlanılmışdır. Həmçinin, onun üzərində edilən axtarış zamanı 0,118 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilmişdir. 19 may 2022-ci il tarixində Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi polis polkovnik leytenantı X1 tərəfindən tərtib edilmiş 19 may 2022-ci il tarixli “Şübhəli şəxsin MSY-dən azad edilməsi haqqında” Qərarla Şəxs Xətai RPİ-nin MSY-dən azad edilmiş, onun şübhəli şəxs qismində iştirakına xitam verilmişdir və barəsində İXM-nin 206-cı maddəsinə əsasən, inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Xətai RPİ-nin 36-cı PB-nə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X2 tərəfindən 20 may 2022-ci il tarixində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, dostunun məsləhəti ilə internet vasitəsilə narkotik vasitəni əldə etmişdir. Lakin narkotik vasitə istifadəçisi deyildir. Hazırda törətdiyi əməldən peşmandır. Bir daha belə hallara yol verməyəcəyinə söz verir. Məhkəmədən onun barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X5 protokolun məzmununa uyğun izahat verərək Şəxs AR İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq protokol tərtib olunduğunu, odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19 may 2022-ci il tarixli Şübhəli şəxsin MSY-dən azad edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs Xətai RPİ-nin MSY-dən azad edilməsi, onun şübhəli şəxs qismində iştirakına xitam verilsin və barəsində İXM-nin 206-cı maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti Xətai RPİ-nin 36-cı PB-nə göndərilsin. 20 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs üzərində şəxsi istehlak miqdarında, yəni 0,118 qram psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Nəticədə vətəndaş Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt baxış protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 may 2022ci il tarixli rəyi ilə təsdiq edilir. 20.09.2022-ci il tarixli İnzibati Xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə MN № ******* nömrəli Qərardadın surətindən görünür ki, vətəndaş X6 barəsində tərtib olunmuş inzibati xəta haqında protokol və digər materialları baxılması üçün aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinin sədri cənab Rəşid Rzayeva göndərilsin. İş materiallarında olan 19 may 2022-ci il tarixli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə 19.05.2022-ci il tarixdə saat 23.20-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 may 2022-ci il tarixli 6/2847 nömrəli ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 151 dairəvi möhür əksi və “... Axundov.F – imza, - imzalar; Təhqiqatçı:A.Xəlilov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi – 0,118 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,118 qram, tədqiqata sərf edildi -0,02 qram, qalıq – 0,098 qram təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 32.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı İnzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hallar aşağıdakılar hesab edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəi ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Bu qərar qüvvəyə mindikdən sonra Şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin qalığı, yəni 0,098 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №3(011)-1873/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1873/2022
21.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver