Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1885/2023 18.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X2 xx.xx.2023-cü il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsində baş vermiş YNH-si zamanı sərnişin kimi əyləşdiyi albalı rəngli “KİA CEED” minik markalı, Az ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şəxs avtomobilində sağ qabaq oturacaqda əyləşərkən baş nahiyəsi tavana bərkidilmiş güzgüyə dəyməsi nəticəsində başın çapığı xəsarətini almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilib izahatında bildirmişdir ki, maddi çətinlikləri olduğu üçün taksiçilik fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmişdir. Ailəsini dolandırmaq məqsədi ilə ara sıra fərdi qaydada taksiçilik fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən ünvanların birindən sifariş gəldikdə həmin mənzilə getmişdir. Orada sonradan adını bildiyi Zərərçəkmiş şəxs avtomobilində qabaq oturacaqda əyləşib onu Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsinə aparmağını xahiş etmişdir. Yol boyu Natiq ilə söhbət edən zaman onun sərxoş olduğunu hiss etmişdir. Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsinə çatarkən qarşıda olan avtobus anidən yoluna çıxarkən o, idarəetməni itirərək avtomobilinin ön alt hissəsini yolun kənarında olan səkiyə toxundurmuşdur. Bu zaman Zərərçəkmiş şəxs sərxoş olduğu üçün öz tarazlığını saxlaya bilməyərək baş nahiyəsi salonda tavana bərkidilmiş güzgüyə dəymişdir. Bu zaman Zərərçəkmiş şəxs baş nahiyəsindən xəsarət almışdır. O, Zərərçəkmiş şəxs dərhal yaxınlıqda olan “Medical" hospitalına aparmışdır. Orada həkimlər Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərdikdən sonra onu dediyi ünvana yola salmışdır. Hadisədən sonra zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyini və zərərçəkmiş şxəsin ondan heç bir şikayətinin olmadığını bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxsə və səlahiyyətli orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, zərərçəkmiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən işə zərərçəkmiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 21 fevral 2023-cü il tarixli 179 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın təpə nahiyəsinin əzilmiş yarası müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X2 xx.xx.2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından məlum olur ki, “KİA CEED” minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bakı şəhəri Xətai rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1885/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1885/2023
18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver