Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1893/2023 11.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 11 may 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 1024.89 manat məbləğində borc tutularaq "xxxx" MMC-nin və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 6653 manat məbləğində borc tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Lakin Şəxs borcundan heç bir ödəniş etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hal-hazırda Şəxs ödəməli olduğu məbləğ 7677.89 manat təşkil edir. Beləliklə göstərilənlərə əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru X3 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli icra sənədlərindən xəbəri vardır və borcunu ödəməkdən imtina etmir. Lakin bu günə qədər bu borcu tam olaraq ödəməməyinin səbəbi digər borclarının olmağı və başqa məhkəmə işlərinin olmasıdır. Gəliri və qazancı ümumi borclarını tam şəkildə ödəməyə çatmır. Lakin həmin borcu hissə-hissə olmaqla ödəyəcəkdir. Beləliklə o, əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-5988/2020 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 438 manat ödənilməmiş hissə, 31 manat dəbbə pulu olmaqla 469 manat, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 715 manat ödənilməmiş hissə, 54 manat dəbbə pulu olmaqla 769 manat, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1034 manat ödənilməmiş hissə, 110 manat dəbbə pulu olmaqla 1144 manat, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 407 manat ödənilməmiş hissə, 22 manat dəbbə pulu olmaqla 429 manat, xx.xx.2048-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 583 manat ödənilməmiş hissə, 55 manat dəbbə pulu olmaqla 638 manat, xx.xx.2018ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 804 manat ödənilməmiş hissə, 73 manat dəbbə pulu olmaqla 877 manat, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 155 manat ödənilməmiş hissə, 18 manat dəbbə pulu olmaqla 173 manat, xx.xx.2019-cu il il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1920 manat ödənilməmiş hissə, 176 manat dəbbə pulu olmaqla 2096 manat, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 676 manat ödənilməmiş hissə, 62 manat dəbbə pulu olmaqla 738 manat, ümumilikdə 7333 (yeddi min üç yüz otuz üç) manat borcun və ödənilmiş dövlət rüsumunun 25,50 (iyirmi beş manat əlli qəpik) manat hissəsinin alınıb iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-5988/2020 saylı icra sənədi əsasında iş üzrə icraata başlanılmış, qərar tələbin könüllü icrası barədə bildirişlə Şəxs göndərilmiş və sonuncu tərəfindən imza edilməklə qəbul edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(011)-8169/2021 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 22 fevral 2019-cu il tarixli müqaviləyə görə 610,70 (altı yüz on manat yetmiş qəpik) manat məbləğində ödənilməmiş məbləğ, 384,19 (üç yüz səksən dörd manat on doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 994,89 (doqquz yüz doxsan dörd manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaitinin alınaraq "xxxx" MMC-nə ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(011)-8169/2021 saylı icra sənədi əsasında iş üzrə icraata başlanılmış, qərar tələbin könüllü icrası barədə bildirişlə Şəxs göndərilmiş və sonuncu tərəfindən imza edilməklə qəbul edilmişdir; Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 1024.89 manat məbləğində borc tutularaq "xxxx" MMC-nin və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 6653 manat məbləğində borc tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Lakin Şəxs borcundan heç bir ödəniş etmədiyindən və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən ödəməli olduğu ümumi məbləğ 7677.89 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin çıxışları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-5988/2020 saylı və xx.xx.2021-ci il tarixli, e-2(011)-8169/2021 saylı icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırır ki, Şəxs 1024.89 manat məbləğində borcun tutularaq "xxxx" MMC-nin və 6653 manat məbləğində borcun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsinin qət edilməsinə baxmayaraq, Şəxs tərəfindən bugünədək borcundan heç bir ödəniş olunmamışdır və bu səbəbdən ödəməli olduğu ümumi məbləğ 7677.89 manat təşkil edir. Qeyd olunan hallar onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən peşmançılıq çəkməsini (İXM-32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1893/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1893/2023
11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver