Məhkəmə qərarları › İş №3(011)-1898/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1898/2021

08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1898/2021 08.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhər Xətai Rayon Polis İdarəsi 34-cü PŞ-nin sahə inspektoru, polis mayoru Sərdar Əhmədov tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 08 may 2021-ci il tarixli MN seriyalı ******* saylı protokol tərtib edilmişdir. İş materiallarında olan 08 may 2021-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs 05 aprel 2021-ci il tarixdə M.Hadi küçəsi 41 ünvanından uşaq velosipedini oğurlamışdır. Məhkəmə təqdim edilmiş inzibati xəta haqqında 08 may 2021-ci il tarixli MN seriyalı ******* nömrəli protokolu və əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, protokol düzgün tərtib edilməmiş, təqdim edilmiş materiallar natamam olmuşdur, işə baxılarkən tamamlanması mümkün deyildir. Belə ki, inzibati araşdırma zamanı sahə inspektoru barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vurduğu ziyanın miqdarının müəyyən edilməsi istiqamətində tədbirlər görməmiş, zərərçəkmiş şəxsi dəvət edərək izahatını almamış, zərərin ödənilibödənilməməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ilə barışıq əldə edib-etməməsi, sonuncuya qarşı şikayət və tələbinin olub-olmaması məsələsini araşdırmamış, bundan əlavə zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Belə olan halda isə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi və ya onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməli olması məsələsi barədə müvafiq qənaətə gəlmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib edən sahə inspektoru dəymiş ziyanın miqdarının müəyyən edilməsi üçün sübut təqdim etmədiyi, zərərçəkmiş şəxsi dəvət edərək izahatı almadığı, zərərin ödənilib-ödənilməməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ilə barışıq əldə edib etməməsi, sonuncuya qarşı hələ də şikayət və tələbinin olub-olmaması məsələsini araşdırmadığı, həmçinin həmin məsələlərin müəyyən edilməsi üçün zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirakını təmin etmədiyi və mövcud natamamlıqları isə sanksiyasında inzibati həbs növü nəzərdə tutulan, yəni dərhal baxılmalı olan işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığı üçün inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 106- 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nə geri qaytarılsın. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar