Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-19/2023 09.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Səhiyyə Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 452.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC-ə məxsus ünvan 1 ünvanında yerləşən aptekdə aptek təşkilatlarına dair tələblərin yenidən pozulması aşkar edilmişdir. Bununla bağlı Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 452.4-cü maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 müfəttişi X5 tərəfindən 22 noyabr 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi üzrlü səbəblər olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə, işə Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Səhiyyə Nazirliyinin nümayəndəsi X4 izahatında göstərmişdir ki, Şəxs MMC-ə məxsus ünvan 1 ünvanında yerləşən aptekdə aptek təşkilatlarına dair tələblərin yenidən pozulması aşkar edilmişdir. Bununla bağlı Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 452.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. MMC barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli KY221872363 nömrəli çıxarışdan görünür ki, Səhiyyə Nazirliyi tərəfindən ünvan 1 ünvanında yerləşən aptekdə xx.xx.2022xx.xx.2022-ci il müddətində sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair çıxarılmış qərarın yerinə yetirilməsi haqqında sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilməməsi və ya verilmiş məlumatın yanlış olduğunun müəyyən edilməsi əsası ilə plandankənar yoxlama üçün sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan 21 noyabr 2022-ci il tarixli 1054 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 baş direktoru X2 qərarından görünür ki, ünvan 1 ünvanında yerləşən əczaçılıq təşkilatının fəaliyyətinin yoxlanılması məqsədilə xx.xx.2022ci il tarixdə həmin müəssisədə plandankənar (növbədənkənar) yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan X1 xx.xx.2022-ci il tarixli 822 saylı qərarından görünür ki, ünvan 2 ünvanında yerləşən Şəxs MMC-nin fəaliyyət göstərdiyi təsərrüfat obyektində xx.xx.2022-ci il tarixdə aparılmış plan üzrə yoxlama nəticəsində aşkar edilmiş pozuntular aradan qaldırılaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının xx.xx.2018ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavə “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nın 4.2.2-ci bəndinə uyğun olaraq inzibati-məişət sahəsi (dərman vasitələrinin xüsusi saxlanma rejimini təmin edən (kondisioner ilə), ventilyasiya sistemi ilə təchiz olunmuş anbar otağı, işçi heyət üçün ayrılmış otaq, sanitar normalara uyğun təşkil olunmuş sanitariya qovşağının təşkil olunmalı, Qaydaların 4.3-cü bəndinə əsasən otaqların divarları və döşəməsi hamar olmaqla, özündə toz saxlamayan və dezinfeksiyaedici vasitələrin istifadəsi ilə nəm təmizlənməyə davamlı olan örtüyə malik olmalı, Qaydaların 12.3-cü bəndinə uyğun olaraq sertifikasiyadan keçmiş (ali və orta ixtisas tibb təhsil müəssisələrini bitirmiş şəxslərin qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən 5 (beş) il müddətinə sertifikasiyadan keçməsi tələb olunmur) əczaçılıq ixtisasına malik şəxs(lər) ilə əmək müqaviləsi bağlanılaraq onlar tərəfindən dərman vasitələrinin satışının həyata keçirilməsinin təmin edilməli və qeyd olunan pozuntuların 60 (altmış) gün ərzində aradan qaldırılaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə rəsmi məlumat verilməlidir. İş materiallarında olan 22 noyabr 2022-ci il tarixli 1054 saylı pərakəndə satış əczaçılıq müəssisələrinin plandankənar (növbədənkənar) yoxlama aktından görünür ki, Şəxs MMC-ə məxsus ünvan 1 ünvanında yerləşən aptekdə yoxlama zamanı X1 xx.xx.2022-ci il tarixli 822 saylı qərarında qeyd olunan pozuntular aradan qaldırılmadığı aşkar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.2 və 452.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsi ilə təqsirli bilinib, 5000 (beş min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsinin tərkibi vardır və onun əməli tam sübuta yetirilir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs MMC-ə məxsus ünvan 3 ünvanında yerləşən aptekdə aptek təşkilatlarına dair tələblər təkrar pozulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nın 4.2.2-ci bəndinə əsasən aptek inzibati-məişət sahəsinə (dərman vasitələrinin xüsusi saxlanma rejimini təmin edən, ventilyasiya sistemi ilə təchiz olunmuş anbar otağı, müdir otağı, işçi heyət üçün ayrılmış otaq, sanitar normalara uyğun təşkil olunmuş sanitariya qovşağı və s.) və material otaqlarına (ən azı iki; sarğı materiallarının, psixotrop maddələrin, dərman substansiyalarının saxlanılması üçün otaqlar) malik olmalıdır. Həmin Qaydaların 4.3-cü bəndinə əsasən otaqların divarları və döşəməsi hamar olmaqla, özündə toz saxlamayan və dezinfeksiyaedici vasitələrin istifadəsi ilə nəm təmizlənməyə davamlı olan örtüyə malik olmalıdır. Həmin Qaydaların 12.3-cü bəndinə əsasən aptekdən həkim resepti ilə buraхılan dərman vasitələrinin satışı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunununa uyğun olaraq sertifikasiyadan keçmiş əczaçılıq təhsilinə malik mütəxəssis tərəfindən, reseptsiz buraxılan dərman vasitələrinin və digər tibb təyinatlı malların satışı ali və ya orta əczaçılıq təhsilinə malik mütəхəssislər tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsinə əsasən bu Məcəllənin 452.3-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 5000 (beş min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-19/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-19/2023
09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver