Məhkəmə qərarları › İş №3(011)-1904/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1904/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1904/2025 13.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 04 fevral 2025ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, «X27 Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən X4 xx.xx.2025-ci il tarixdən, X12 xx.xx.2024-cü il tarixdən, X5 xx.xx.2024-cü il tarixdən, X10 xx.xx.2025-ci il tarixdən hazırki tarixədək “Qarabağ və Zəngəzur rayonlarında” əmək müqavilələri Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X19 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ tərəfindən vətəndaşlar X4, X12, X5 və X10 müvafiq işlərin yerinə yetirilməsi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edildiklərindən hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 04 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Beləliklə o, göstərilənləri nəzərə alaraq hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN nümayəndəsi Nümayəndə2 hüquqi şəxsin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, səlahiyyətli orqan protokolda qeyd edir ki, X6 xx.xx.2024-cü il tarixdən, X13 xx.xx.2024-cü il tarixdən, X11 xx.xx.2025-ci il tarixdən və X7 xx.xx.2025-ci il tarixindən halhazırki tarixədək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Hesab edir ki, İXM-in 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol heç bir araşdırma aparılmadığından, əsassız olaraq tərtib edildiyindən və inzibati xəta haqqında inzibati xəta törədilməsi halı sübuta yetirilmədiyindən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər idarəsinin tərtib etdiyi protokol ətraflı araştırma aparılmadan və müfəssəl təsvir göstərilmədən, hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməməklə və sübutlar qeyd edilməyərək mülahizələr əsasında, sadəcə qərəzli yanaşma və hüquqi uyğunsuzluqlar nəticəsində ancaq DİN-nin məlumatı əsasında tərtib edilmişdir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi, hazırki iş üzrə sübutetmə predmetinə daxil olan əsas hallar iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. Hazırki iş üzrə səlahiyyətli orqanın təqdim etdiyi sübutlar şəxsin təqsirliliyi barədə nəticəyə gəlməyə imkan vermir. Belə sübutların mövcudluğu vəziyyətində isə, şəxs barəsində başlanmış icraata xitam verilməsi məqsədə müvafiqdir. Qeyd edilmiş protokolda adları çəkilən X6 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “qəssab” vəzifəsində, X13 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “aşbaz köməkçisi” vəzifəsində, X11 xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək “aşbaz köməkçisi” vəzifəsində və X7 xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək “xadimə, qabyuyan ” vəzifəsində olmaqla “AKKOL HAZİR YEMEK SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ" Azərbaycan Respublikasındakı Filialında əmək müqaviləsi əsasında çalışmışlar. Həmin şəxslərə çalışdıqları dövr ərzində Filialın faktiki fəaliyyət göstərdiyi işğaldan azad edilmiş ərazilərdə öz vəzifələrini icra etmələri məqsədi ilə müvafiq dövr üzrə buraxılış məntəqələrindən keçmələri üçün icazə sənədləri təmin edilmişdir. Adları çəkilən şəxslərin işğaldan azad edilmiş ərazilərə giriş-çıxışı üçün periodik olaraq müxtəlif zaman aralıqlarında, sonuncu səfər 2 ay müddətinə (xx.xx.2024-xx.xx.2024) icazə sənədləri təmin olunmuşdur. Təqdim edilmiş DİN-nin məlumatından da görünür ki, adları çəkilən şəxslər üçün ayrı-ayrılıqda və müxtəlif dövrləri əhatə edən zamanlarda deyil, eyni dövr üçün işğaldan azad edilmiş ərazilərə giriş icazəsi verilmişdir. Təqdim edilən əmək müqaviləsi bildirişlərindən də görünür ki, adları çəkilən şəxslər icazələrin alındığı zaman Filialın çalışanları olmuş, sonradan müxtəlif tarixlərdə öz təşəbbüsləri ilə əmək müqavilələrinə xitam verilmişdir. Buna baxmayaraq, bu hal səlahiyyətli orqan tərəfindən araşdırılmamışdır. X14 Xidməti Bakı şəhər idarəsi öz mülahizələrinə əsasən, sübutlar toplamadan müəyyən etdiyi məlumatı əsas gətirərək guya ki, şəxslərin Filial ilə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyini qeyd etmiş və inzibati cərimə tədbiq edilməsini məhkəmədən tələb etmişdir. Göründüyü kimi işin faktiki halları tamamilə fərqlidir. Adları çəkilən şəxslər icazə alınan dövrün əvvəlində hər biri Filialın çalışanı olmuş, sonradan müxtəlif tarixlərdə onlarla bağlanan əmək müqaviləsi xitam edimişdir. Göründüyü kimi həmin şəxslər Filialın faktiki fəaliyyət göstərdiyi işğaldan azad edilmiş ərazilərdə uzun müddət çalışmışlar. Eyni zamanda onların əmək müqaviləsi hüquqi qüvvəyə minmədən heç bir işə cəlb olunmamışlar. “AKKOL HAZİR YEMEK SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ"nin Azərbaycan Respublikasındakı Filialı ilə adları qeyd edilən şəxslər arasında əmək müqaviləsinin hansı dövr aralığında olması, onların əmək müqaviləsinə xitam verilməsi tarixləri və müvafiq əmrlər məhkəməyə təqdim edilir. Qeyd edilən bildirişlərdən, xitam əmrlarindən və icazələrin alınma tarixindən göründüyü kimi, inzibati orqan heç bir araşdırma aparmadan, hüquqi şəxsi prosessual qaydalara riayət etməklə işin araşdırmasına dəvət etmədən və onun səlahiyyətli nümayəndəsini dinləmədən formal xarakterli protokol tərdib edərək baxılması üçün məhkəməyə göndərmişdir. “AKKOL HAZİR YEMEK SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ"nin Azərbaycan Respublikasındakı Filialı əmək qanunvericiliyinin tələblərini pozmamış, çalışanları barədə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməmişdir. xx.xx.2025-ci il tarixli protokolda göstəriləndən fərqli olaraq əmək müqaviləsi xitam olunmuş şəxslər sonradan işlərə cəlb olunmamış sadəcə onlara alınan icazələr filialda çalışdıqları dövrdə qeydiyyata alınmışdır. Həmin icazə dövrü bitmədən şəxslərin öz təşəbbüsləri ilə tutduqları vəzifələrdən azad edilmələrini istəməsi və buna dair müvafiq əmrlərin verilməsi isə İXM-nin 196.2-ci maddəsi ilə müəyyən edilmiş əmək qanunvericiliyinin pozulması halı kimi qiymətləndirilə bilməz. Beləliklə, o, hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ tərəfindən heç bir inzibati xəta hadisəsinin törədilmədiyini bildirərək barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi X20 tərəfindən tərtib edilmiş 04 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ tərəfindən X1 xx.xx.2025-ci il tarixdən, X8 xx.xx.2024-cü il tarixdən, X2 xx.xx.2024-cü il tarixdən, X3 xx.xx.2025-ci il tarixdən hazırki tarixədək “Qarabağ və Zəngəzur rayonlarında” əmək müqavilələri Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir; əmək müqaviləsinin bağlanması və ona xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən qabyuyan vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2025-ci il tarixdə həmin müqaviləyə Azərbaycan Respublikası ƏM-nin 68.2a maddəsinə əsasən xitam verilmişdir; əmək müqaviləsinin bağlanması və ona xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, X10 xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən ofisiant vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2025-ci il tarixdə həmin müqaviləyə Azərbaycan Respublikası ƏM-nin 68.2a maddəsinə əsasən xitam verilmişdir; əmək müqaviləsinin bağlanması və ona xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, X12 xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən aşbaz köməkçisi vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə həmin müqaviləyə Azərbaycan Respublikası ƏM-nin 68.2a maddəsinə əsasən xitam verilmişdir; əmək müqaviləsinin bağlanması və ona xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən qəssab vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə həmin müqaviləyə Azərbaycan Respublikası ƏM-nin 68.2a maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN barəsində inzibati xəta haqqında protokolu və tərəflərin çıxışlarını, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ tərəfindən X1 xx.xx.2025-ci il tarixdən, X8 xx.xx.2024-cü il tarixdən, X2 xx.xx.2024-cü il tarixdən, X3 xx.xx.2025-ci il tarixdən hazırki tarixədək “Qarabağ və Zəngəzur rayonlarında” əmək müqavilələri Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələrini əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 04 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib etmişdir. Lakin məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə edilmiş əmək müqaviləsinin bağlanması və ona xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən qabyuyan vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2025-ci il tarixdə həmin müqaviləyə Azərbaycan Respublikası ƏM-nin 68.2a maddəsinə əsasən xitam verilmiş, X10 xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən ofisiant vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2025-ci il tarixdə həmin müqaviləyə Azərbaycan Respublikası ƏM-nin 68.2a maddəsinə əsasən xitam verilmiş, X12 xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən aşbaz köməkçisi vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə həmin müqaviləyə Azərbaycan Respublikası ƏM-nin 68.2a maddəsinə əsasən xitam verilmiş, X5 xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən qəssab vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə həmin müqaviləyə Azərbaycan Respublikası ƏM-nin 68.2a maddəsinə əsasən xitam verilmişdir. Bununla da, yuxarıda götərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsini təsdiq edən digər sübutlar məhkəməyə təqdim edilmədiyindən, səlahiyyətli orqan tərəfindən yuxarıda qeyd olunan xüsusatlar tam, obyektiv və hərtərəfli araşdırılmadan hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN barəsində əsassız olaraq 04 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ tərəfindən inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar