Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1907/2020 07.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, X1 nümayəndəsi və vəkili X6, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X13 etibarnamə üzrə nümayəndəsi X8 iştirakları ilə, X5 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X18 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X18 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X10 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X13 əməkdaşları tərəfindən Binəqədi rayonunun ərazisində fərdi sahibkar kimi işləyən əhəng daşı, aqlay və digər tikinti materiallarının satışı ilə məşğul olan X7 işlədiyi sexə gələrək barəsində İXM-nin 233.1 və 264.0.1-ci maddəsi ilə inzibati xəta haqqında 21 07.2020-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmiş, daha sonra poçt vasitəsi ilə xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli, MN-0482214 saylı qərar ünvanlanmış və həmin qərarda İXM-nin 264.0.1-ci maddəsi ilə 3000 min manat məbləğində inzibati qaydada cərimə edilməsi bildirilmişdir. Hesab etmişlər ki, K.İsmayıiov barəsində inzibati xəta haqqında protokol tərtib edilməsində və həmin protokola baxılmasında ifadə olunan hərəkətlər qanunsuz və əsassızdır. Belə ki, R.Kazımov barəsində inzibati xəta haqqında protokolun surətindən görünür ki, qeyd olunan prtokolun tərtib edilməsində heç bir sübut və işi mahiyyəti üzrə həll edə biləcək əsaslar qeyd edilməmişdir. Vəzifəli şəxsin barəsində tərtib tərtib edilən inzibatı protokolda R.Kazımov İXM-nin 264.0.1-ci maddəsi ilə təqsiləndirilsə də, faktın nədə ifadə olunduğu protokolda göstərilməmiş, habelə xətanı əsaslandıran heç bir sübut qeyd edilməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs məhz R.Kazımov vəzifəli şəxs olaraq hansı vəzifəsini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi əsaslandırılmalıdır. Göründüyü kimi, nə protokolda, nə də inzibati tənbeh qərarında belə bir əsaslandırma yoxdur. İş materiallarında, protokolda və qərarda ümumiyyətlə, inzibati xəta hadisəsinin olmasına, hətta, belə hadisənin olduğu təqdirdə, təqsirli hesab edilən şəxsin təqsirinin nədə ifadə olunmasına dair hər hansı bir sübut faktoru mövcud deyildir. İnzibati xəta hadisəsinin mövcudluğu və R.Kazımovun vəzifəli şəxs olaraq təqsirli olmasını sübut etmək vəzifəsi birmənalı olaraq inzibati xətaya dair icraat aparmış səlahiyyətli şəxsin vəzifəsidir. R.Kazımov özünün təqsirsiz olduğunu sübut etməyə borclu deyildir. Bu vəzifə inzibati xətaya dair protokolu tərtib etmiş səlahiyyətli şəxsin üzərinə düşür ki, işdən göründüyü kimi, səlahiyyətli şəxsin tərtib etdiyi protokolda və digər səlahiyyətli şəxsin tərtib etdiyi qərarda belə sübutlar məcmusu mövcud deyildir. Hesab edir ki, hazırkı iş üzrə inzibati qərar eyni orqanın vəzifəli şəxsi tərəfindən tərtib olunmuş protokolda göstərilənlər əsasında çıxarılmışdır, yəni inzibati qərarın mənbəyi tərtib olunmuş inzibati xəta haqqında protokoldur və inzibati xəta protokolu qanunsuz sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasında aparılan yoxlamaların məqsəd və prinsipləri, təşkili və aparılması qaydaları, eləcə də yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələri, həmçinin sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələblər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir (dərci 29,08.2013-cü il “Azərbaycan” qəzeti). Sözügedən qanunun 37-ci maddəsinə əsasən bu qanun xx.xx.2014-cü il tarixdə qüvvəyə minmişdir. Qeyd edilməlidir ki, istinad olunan Qanunun “qanunun tətbiq dairəsi” adlanan 2.1-ci maddəsinin tələbinə görə, bu qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yoxlamaların qanuniliyini ehtiva edən, sözügedən Qanunun 3-cü maddəsinin tələbinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cur yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. İstinad olunan Qanunun 5.1-ci maddəsində ehtiva olunmuşdur ki, sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər Azərbaycan Respublikasının qanunları və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktlarla müəyyən edilir. Yoxlamanın predmeti sahibkarın məcburi tələblərə riayət etməsinin qiymətləndirilməsidir. Sözügedən Qanunun 8.4-cü maddəsinin tələbinə görə isə yoxlayıcı orqan məcburi tələblərin tətbiqi ilə bağlı səlahiyyətlərinə aid məsələlər üzrə sahibkara yazılı və şifahi şəkildə izahatlar verməyə, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki köməklik göstərməyə borcludur. Bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalara, müayinələrə, monitorinqlərə, müşahidələrə, təftişlərə, nəzarətlərə, xronometrajlara, reydlərə, baxışlara və digər bu cür tədbirlərə şamil edilməklə bu növ yoxlamaların aparılmasını tənzimləyən, sözügedən Qanunun 19.1-ci maddəsində təsbit olunmuşdur ki, yoxlama aktının tərkib hissəsi olan yoxlama suallarının siyahısının forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir (bax Qanunun 19.2 və 19.8-ci maddələri). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2014cü il tarixli, 143 nömrəli qərarı ilə təsdiq olunmuş “Yoxlama suallarının siyahısının forması və tətbiqi qaydası”nın tələblərinə əsasən yoxlama suallarının siyahısına daxil edilən tələblər sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən aktlara (o cümlədən texniki normativ hüquqi aktlara) uyğun formalaşdırılmalı və hər bir tələblər qarşısında sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən normativ hüquqi aktın adı, tarixi, nömrəsi və struktur elementi göstərilməli, tələblərdə qeyri-müəyyən ifadələrdən istifadə olunmasına yol verilməməlidir. Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikasının Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi və Milli Məclis tərəfindən qəbul olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə sahibkarlıq subyektlərində aparılan yoxlamalar 2021-ci ilin noyabr ayınadək dayandırılmışdır. Məlum olduğu kimi 2021-ci ilin noyabr ayınadək yalnız Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxxx 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların siyahısına əsasən Azərbaycan Respublikasının Səhiyyə, Kənd Təsərrüfatı, Fövqəladə Hallar və Maliyyə Nazirliklərinə, eləcə də Azərbaycan Respublikasının Mərkəzi Bankına bu siyahıda göstərilən hallarda yoxlamalar aparılmasına icazə verlmişdir. Hesab etmişlər ki, idarənin əməkdaşları tərəfindən sözügedən maddi hüquq normalarının tələbləri də kobud şəkildə pozulmaqla qanunsuz yoxlama aparılmış və qanunsuz yolla əldə olunmuş məlumatlar əsasında xx.xx.2020-ci il tarixli protokol, qanunsuz sənədlər əsasında isə inzibati tənbehin tətbiqinə dair qərar qəbul olunmuşdur. Ona görə də R.Kazımov barəsində qəbul olunmuş qərarın qanuniliyindən söhbət gedə bilməz, bu qərarın qanunauyğunluğu onu qəbul etmiş səlahiyyətli şəxs tərəfindən əsaslandırılmamış, hazırkı işdə də sübut olunmamışdır. İXM-in 6, 12, 17-ci maddələrinin tələblərinə istinadən, İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulan bu və ya digər inzibati xəta hadisəsi baş vermədiyi, aşkar olunmuş əmilərdə inzibati xəta tərkibi olmadığı halda, R.Kazımov barəsində xx.xx.2020-ci il tarixli protokolun tərtib olunması, onun əsasında bir ay sonra inzibati xəta haqqında qərarın qəbul edilməsi qanunsuz və əsassızdır. Çünki ehtimal olunan inzibati xətanın nədən ibarət olması izah edilməmiş və nəzarət orqanı tərəfindən əsaslandırılmamışdır. İXM-in 264-cü maddəsində su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına görə, 264.0 1. su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni, 264.0.1. su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixli protokola istinadən görünür ki, protokoldakı tələblər yoxlayıcı orqanın əməkdaşlarının subyektiv mülahizələrinə əsaslanmaqla, məsuliyyətə əsas olan normativ və ya texniki normativ hüquqi aktların tələbləri ilə əsaslandırılmamış və sadəcə olaraq maddənin dispozisiya hissəsi protokola köçürülmüşdür. Qərarda ümumiyyətlə qeyd edilən ərazi bəlli olmamış, göstərişdəki sadəcə Böyük Şor gölü ərazisi bildirilməklə qeyri müəyyənliyə yol verilmişdir. Hesab etmişlər ki, təsərrüfat şəhər ərazisində yerləşir və şəhər ərazisində çoxlu sayda insanlar yaşayır və bu insanlar da öz evlərində sudan istifadə edirlər. Fərdi evlərdə istifadə olunan su ancaq bu insanlar tərəfindən məişət (əl-üz yumaq və zəruri tələbatını ödəmək) məqsədilə istifadə edilir. Məlumdur ki, təsərüfatda istifadə edilən əhəng daşının hec bir radioaktiv və digər zərərli təsirlərə malik deyi. Beləliklə də təsərrüfatda insanların yaşayış evlərində sudan istifadə etdiyi kimi istifadə edilir. Yalnız ümumi ifadələrlə təvsir olunan məcburi göstəriş - protokolda sadalanan subyektiv mülahizələr əsasında təkrar qanunsuzluğa yol verilərək inzibati protokol tərtib olunması və qərar qəbulu yalnız inzıbatınəzarət orqanının qərəzli, səriştəsiz və qanunsuz davranışının nəticəsidir. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan dövləti hüquqi dövlət olmaqla Respublikada hüququn aliliyi təmin olunmuşdur. İnzibati xəta haqqında protokol və qərar qəbul etmiş səlahiyyətli şəxslər isə qanunun aliliyini pozmuş, öz qərəzli niyyətləri ilə qanunsuz hərəkət etmişlər. Bütün qeyd olunanlarla yanaşı, hesab etmişlər ki, inzibati xəta haqqında protokolun və qərarın mahiyyətcə qanunsuz və əsassız olması ilə yanaşı, prosessual cəhətdən də İXM-in tələblərinə əməl olunmadığı nəzərə alınmalıdır. İşdən göründüyü kimi, protokolun tərtib olunmasında İXM-in 100-cü maddəsinin bütün tələbləri pozulmuşdur.İnzibati xəta haqqında bu qədər kobud pozuntularla tərtib edilmiş protokol vəzifəli şəxsə inzibati xəta haqqında qərarın qəbul edilməsi üçün göndərildikdə vəzifəli şəx inzibati xətalar məcəlləsinin 109.1.6-cı maddəsi ilə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalı olduğu halda bunu etməmiş və ciddi prosessual pozuntuya yol vermişdir. Odur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X18 tərəfindən aparılan icraat, eyni zamanda yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələridə qanunsuz hesab edilməlidir. Şikayətinin hüquqi əsası kimi İXM-nin 3, 4, 6, 8, 12, 17, 53, 75, 76, 84, 100, 101, 103, 105, 109.2-ci maddələrinə istinad edilmişdir. Məhkəmə iclasında iştirak edən X1 və nümayəndəsi və vəkili X11 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X13 etibarnamə üzrə nümayəndəsi X15 şikayətin dəlilləri ilə razılaşmayaraq bildirdi ki, ərazidə sahibkarlıq sahəsində hər hansı bir plan üzrə və ya plandankənar yoxlama aparılmadığından vahid məlumat reyestrində qeydə alınmaya zərurət olmamışdır. Təxminən iki-üç ay əvvəl Böyük Şor gölünün ətrafında ekoloji çirklənmə ilə bağlı kəskin üfunət iyi yayılmış, respublikanın rəhbər şəxslərinin və Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin göstərişi əsasında bir neçə qrum tərəfindən Böyük Şor gölünün ətrafında monitorinq aparılmış və həmin araşdırmanın nəticəsində ərazidə fəaliyyət göstərən bir neçə müəssisələr cərimələnmişlər. Həmçinin Böyük Şor gölünün kənarında fərdi sahibkar kimi işləyən əhəng daşı, aqlay və digər tikinti materiallarının satışı ilə məşğul olan X7 işlədiyi sex tərəfindən də ətraf mühitə atılan, axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olduğundan inzibati məsuliyyətə cəlb edilmiş, xx.xx.2020-ci il tarixdə izahatı alınmış və şikayətçi həmin izahatında, tullantı sularının quyuya yığıldığını, sonra isə sızaraq gölə axıdıldığını etiraf etmişdir. Vəzifəli şəxs X10 barəsində xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və bunun əsasında da onun 3000 manat inzibati qaydada cərimə olunmasına dair xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, qeyd olunanların nəzərə alınaraq şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin nümayəndəsi və vəkilinin, inzibati orqanın nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X13 müfəttişi X4, Azərbaycan Respublikası Baş X2 X14 prokuroru X3, “xxxxxx” ASC-nin Bakı Sukanal İdarəsinin rəis müavini N.N.Əlizadənin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Xidmətinin mərkəz rəisi Yunuszadə Elcan Rövşən oğlunun, “Böyük Şor” gölünə çirkab sularının axıdılması ilə bağlı Binəqədi rayonu “Zəngəzur” şadlıq sarayının arxasında yerləşən “xxxxxxxxx” mebel istehsalını həyata keçirən müəssisəyə, müəssisənin nümayəndələri Vüsal Muğalovun, eyni ərazidə qonşuluqda yerləşən mebel istehsal edən müəssisənin nümayəndəsi X12 və qonşuluqda yerləşən polietilen torpalar istehsal edən müəssisənin nümayəndəsi Rəşad Sadıqovun iştirakları ilə tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, tullantı sularının idarə olunması ilə ilə əlaqədar yerində baxış keçirilmiş, baxış zamanı, sözügedən müəssisələrin tullantı suları kustar üsulla çəkilərək Binəqədi yolunun yağış sularının kənarlaşdırılması üçün mövcud olan su xətti ilə Böyük Şor gölünə axıdıldığı müəyyən olunmuşdur. Hazırda sözügedən müəssisələrin nümayəndələri tərəfindən müəssisələrin fəaliyyəti ilə bağlı müvafiq sənədlər, o cümlədən ekoloji normativ sənədlər və tullantıların idarə olunması ilə bağlı digər sənədlər təqdim olunmamışdır; xx.xx.2020-ci il tarixli Böyük Şor gölünə tökülən axarlardan mərkəzə gətirilmiş nümunələri üzərində aparılan analizlərin nəticəsinin surətindən görünür ki, Böyük Şor gölü ətrafında axarlardan götürülmüş su nümunələri üzərində analiz təhlilləri aparılmış, həmin analiz təhlili ilə müəyyən edilmişdir ki, laboratoriya mərkəzinə gətirilmiş su nümunələri üzərində aparılmış ilkin təhlillərə görə nümunələr sarımtıl rəngli və kanalizasiya qoxulu olmuş, “xxxxxxxx” MMC-nin ətraf axarından götürülmüş su nümunəsinin codluğu 1.3-dəfə, ammonium ionu 5.2 dəfə, nikel 7.4 dəfə, neft karbohidrogenləri (THP) 5 dəfə, “xxxxxxxxx” MMC-nin ətraf axarından götürülmüş su nümunəsinin codluğu 1.5 dəfə, ammonium ionu 7.0 dəfə, nikel 7.1 dəfə, manqan 2.2 dəfə normadan çox olmuşdur. Yerüstü sular üçün X26 Hədləri (YVQH) xx xxxxxx 1994-cü il tarixli, 01 nömrəli əmri ilə Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən istifadəyə Nəzarət Komitəsi tərəfindən təsdiq edilmiş yerüstü suların tullantı sularla çirklənməsindən mühafizə qaydaları sənədindən götürülmüşdür; Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X18 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Böyük Şor gölünün kənarındakı daş sexi ətraf mühitə atılan, axıdılan zərərli maddələrinin miqdarının yol verilə bilən normativlərdən artıq olması faktı aşkar edildiyindən vəzifəli şəxs barəsindən İXM-nin 233.1, 264.0.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; X5 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X16 vermiş olduğu xx.xx.2020-ci il tarixli izahatından görünür ki, R.Q.Kazımov həmin izahatında Böyük Şor gölünün ətrafında ona məxsus daş kəsimi sexinin fəaliyyəti zamanı yaranan çirkab suyun sexin ərazisində izolyasiya olunmuş quyuya dolub sızıntı verdiyini və bunun nəticəsində də həmin sızan axıntının gölə axıldığını bildirmişdir; Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X18 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X10 tərəfindən Böyük Şor gölünün çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisənin-sexin istismar edilməsi hallarına yol verildiyi üçün və İXM-nin 233.1 və 264.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbehi tədbiri tətbiq edilmişdir. şikayətçinin nümayəndəsi və vəkilinin təqdim etdiyi videogörüntüdə çirkab suyun quyuya axıdılması görünür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir; 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə - fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Şikayətçinin dəlili: 1) İnzibati xəta haqqında protokolun tərtib edilməsində heç bir sübut və işi mahiyyəti üzrə həll edə biləcək əsas qeyd edilməmiş, inzibati tənbeh vermə haqqında qərar əsaslandırılmamışdır. 2) Səlahiyyətli orqan tərəfindən müəssisədə yoxlama aparılarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmuşdur. 3) İnzibati xəta haqqında protokol kobud pozuntularla tərtib edilmişdir. 4) X9 məxsus sexdən çıxan suyun gölə axıdılması barədə hər hansı sübut yoxdur. Məhkəmə, şikayətçinin dəlili ilə razılaşmır və bunu aşağıdakılarla əsaslandırır. İnzibati xəta haqqında protokoldan görünür ki, su nümunələri üzərində aparılmış analiz nəticələri və izahat sübut kimi qiymətləndirilmiş və inzibati xəta haqqında protokolda göstərilmişdir. Bundan əlavə,11 saylı Regional Ekologiya və X18 tərəfindən X9 məxsus sexdə sahibkarlıq sahəsində hər hansı bir plan üzrə və ya plandankənar yoxlama aparılmadığından yoxlamanın vahid məlumat reyestrində qeydə alınması barədə də şikayətçinin dəlilləri əsassızdır. Bundan əlavə, inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tərtib edilmiş, protokol tərtib edilərkən X5 iştirakı təmin edilmiş, ona hüquq və vəzifələri izah edilmiş, X5 izahatı əks edilmiş, müəyyən edilmiş sübutlar qeyd edilmiş, X10 protokolu imzalamışdır. X9 məxsus sexdən çıxan suyun gölə axıdılması barədə hər hansı sübut olmaması barədə dəlilə gəldikdə məhkəmə qeyd edir ki, X5 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X16 vermiş olduğu xx.xx.2020-ci il tarixli izahatından görünür ki, R.Q.Kazımov həmin izahatında Böyük Şor gölünün ətrafında ona məxsus daş kəsimi sexinin fəaliyyəti zamanı yaranan çirkab suyun sexin ərazisində izolyasiya olunmuş quyuya dolub sızıntı verdiyini və bunun nəticəsində də həmin sızan axıntının gölə axıldığını bildirmişdir. Beləliklə, inzibati xəta haqqında protokol tərtib edilən və inzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman səlahəyyətli orqan tərəfindən hər hansı qanun pozuntusuna yol verməmiş, şikayətçinin İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, inzibati tənbehin vermə haqqında qərarın ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, 11 saylı Regional Ekologiya və X18 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəməp QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X18 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-1907/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1907/2020
07.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver