Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1927/2022 31.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi tərəfindən 31 may 2022-ci il tarixində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli və İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə MN seriyalı ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib olunmuş protokollar üzrə olan materiallar bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində məhkəmənin icraatında olan inzibati xəta haqqında iş üzrə 3(011)-1927/2022 saylı və 3(011)-1928/2022 saylı materiallar bir icraatda birləşdirilməli və 3(011)-1928/2022 saylı iş kimi baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsini rəhbər tutub Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-nin 206 və 227-ci maddələri ilə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsindən daxil olmuş 3(011)-1927/2022 saylı və 3(011)-1928/2022 saylı materiallar bir icraatda birləşdirilsin. Hakim: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1927/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1927/2022
31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver