Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1929/2022 31.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 36, mənzil 88 qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-ci Polis Bölməsinin sahə inspektoru X1 tərəfindən 31 may 2022-ci il tarixində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 30 may 2022-ci il tarixdə Hövsan qəsəbəsində üzdən tanıdığı şəxdən 15 manat məbləğində 01 ədəd bükümdə narkotik vasitə heroin əldə edib üzərində daşıyaraq şəxsi istehlak miqdarından az miqdarda, yəni 0.101 qram olan heroin almış və üzərində saxlamış, daha sonra polis əməkdaşları tərəfindən tutularaq Polis Bölməsinə gətirilmişdir. Buna görə Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Xətai RPİ-nin 36-cı PBnin təhqiqatçısı Anar Xəlilovun 30.05.2022-ci il tarixli qərarı ilə onun barəsində cinayət işinin başlanması rədd edilmiş və şübhəli şəxs statusuna xitam verilərək MSY-dən azad edilmişdir. Daha sonra onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, narkotik vasitələrin qəbulu ilə məşğuldur. Buna görə də istifadə etmək üçün 30 may 2022-ci il tarixdə Hövsan qəsəbəsində üzdən tanıdığı şəxdən 15 manat məbləğində 01 ədəd bükümdə narkotik vasitə heroin əldə edib üzərində daşıyarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ağrıları olduğu üçün narkotik vasitədən istifadə etdiyini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində aşağı həddə həbs inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatını və inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. İş materiallarında olan Xətai RPİ-nin 36-cı PB-nn təhqiqatçısı Anar Xəlilovun 30.05.2022-ci il tarixli qərarından görünür ki, Şəxs üzərindən şəxsi istehlak miqdarından az miqdarda, yəni 0.101 qram olan heroin aşkar edilmişdir. Buna görə onun əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və şübhəli şəxs statusuna xitam verilərək MSY-dən azad edilmişdir. İş materiallarında olan 6/3031 saylı 30 may 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Şəxs üzərindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,101 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs 30 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf etməsini, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi İnzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran haldır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İnzibati həbs tənbeh tədbirinin əvvəli Şəxs inzibati qaydada tutulduğu 30 may 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsində saxlanılan 0.101 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli tutulduğu 30 may 2022-ci il tarixindən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İş üzrə maddi sübut olan Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsində saxlanılan 0.101 qram olan narkotik vasitə heroin məhv edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1929/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1929/2022
31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver