Məhkəmə qərarları › İş №3(011)-193/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-193/2023

18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-193/2023 18.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə rəisi X2 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-dən daxil olmuş 18 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Xətai rayonu ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat təxminən 03:00 radələrində idarə etdiyi "Hyundai" markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Xətai rayonu, Babək pr-də ("Lalələr parkının qarşısı) hərəkətdə olan zaman YPX əməkdaşları təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün onu saxlamış və sənədlərini yoxlamışdır. Yoxlama zamanı onun sürücülük hüququndan məhrum olmağı və mülki axtarışda olmağı müəyyən olunmuşdur. Bundan sonra polis əməkdaşı ona avtomaşından düşməyini və avtomobilini müvəqqəti duracağa yerləşdirəcəyini, özünü isə ərazi polis şöbəsinə aparacağını bildirdikdə o, avtomaşına əyləşib polisin qanuni tələbinə qəsdən tabe olmamış və oradan uzaqlaşmağa cəhd etmişdir. Bu zaman polis əməkdaşı yan tərəfdən maşına əyləşib onu məcburi saxlamış və 37-ci PŞ-nə dəvət etmişdir. Etdiyi əməldən peşmandır, gələcəkdə bu cür hallara yol verməyəcək. Qeyd olunan xüsusatların nəzərə alınaraq barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə rəisi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-in 535.1-ci maddəsi ilə tənbeh edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs YPX əməkdaşları tərəfindən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış, sənədlərini yoxlanılmışdır. Yoxlama zamanı onun sürücülük hüququndan məhrum olmağı və mülki axtarışda olmağı müəyyən olunmuşdur. Bundan sonra polis əməkdaşı Şəxs avtomaşından düşməyini və avtomobilini müvəqqəti duracağa yerləşdirəcəyini, özünü isə ərazi polis şöbəsinə aparacağını bildirdikdə o, avtomaşına əyləşib polisin qanuni tələbinə qəsdən tabe olmamış və oradan uzaqlaşmağa cəhd etmişdir. Bu zaman polis əməkdaşı yan tərəfdən maşına əyləşib onu məcburi saxlamış və 37-ci PŞ-nə dəvət etmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 18 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 03:00 radələrində Babək pr-də ("Lalələr parkının qarşısı) polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, bu səbəbdən də onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; tutma protokolundan görünür ki, Şəxs 18 yanvar 2023-cü il tarixdə saat 03:40-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, raport və işin halları ilə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 03:00 radələrində Xətai rayonu, Babək pr-də ("Lalələr parkının qarşısı) polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Səfiyev X1 Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsdə saxlamanın əvvəli 18 yanvar 2023-cü il tarixdən saat 03:40-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 18 yanvar 2023-cü il tarixdə saat 03:40-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar