Məhkəmə qərarları › İş №3(011)-1931/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1931/2022

31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1931/2022 31.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx xxxx 1968-ci il tarixdə Mahaçkala şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, ünvan 1, mənzil 16-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi tərəfindən 18 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 23.03.2022-ci il tarixdə saat 20:00 radələrində ünvan 1 ünvanında X3 ilə aralarında yaranmış mübahisə zamanı qəsdən sonuncunu vuraraq xəsarət yetirmişdir. Bununla da, Şəxs, X1 zərər vurmayan bədən xəsarətləri yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ifadəsində bildirmişdir ki, son 2 ildir ki, Çimnaz Ağayeva heç bir səbəb olmadan onunla və anası ilə mübahisə edir, onları yaşadıqları mənzildən qovmaqla hədələyir və səbəbsiz olaraq onlarla mübahisə yaradır. 23.03.2022-ci il tarixdə saat 20:00 radələrində yaşadığı mənzildən çıxaraq mənzilin giriş qapısını bağlayan zaman Çimnaz Ağayeva yanından ötən zaman çiyni ilə çiyninə toxunsa da onun etdiyi hərəkətə əhəmiyyət verməsə də, Çimnaz Ağayeva geri dönərək arxadan əli ilə iki dəfə sağ çiynindən vurmuşdur. Çimnaz ondan pilləkanın yuxarı pilləsində olduğundan ayağı ilə qarnından vurmuşdur. Halhazırda X2 ona qarşı tələb və şikayətinin olmamasını, onunla barışmasını qeyd edərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X3 izahat verərək bildirmişdir ki, 4 ildir ki, yaşadığı binanın birinci mərtəbəsində yaşayan X3 və onun anası Asya adlı şəxslər ona qarşı təyziqlər göstərirlər və onunla mübahisə edirlər. 23.03.2022-ci il tarixdə saat 20:00 radələrində yaşadığı mənzilə qayıdan zaman və blokun pilləkanları ilə qalxdıqda X3 onun pilləkanla hərəkət etməyini görən kimi, qəsdən onun istiqamətində hərəkət edərək, yanından ötən zaman keçidin dar olmağından istifadə edərək dirsəyi ilə onu vurduqda aralarında mübahisə yaranmış və onu əllə vuraraq xəsarət yetirmişdir. Hal-hazırda Şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatlarını, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan 18 aprel 2022-ci il tarixli Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı polis mayoru Aslan Rəhimov tərəfindən qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın icrası aidiyyatı əməkdaşa göndərilmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X6 30 mart 2022-ci il tarixli 318 saylı ekspert rəyində göstərilmişdir ki, X2 məhkəmə-tibbi müayinəsi zamanı hər iki bazu nahiyələrində qançırlar müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 23.03.2022-ci il tarixdə kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilər, sağlamlığa zərərvurmayan xəsarətə aid olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş X2 ərizəsindən görünür ki, Şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Ona görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Tərəflərin izahatlarını, iş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanın törədilməsində təqsirlidir, lakin inzibati xətanı törətmiş şəxs və zərərçəkmiş şəxs barışdıqlarından, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar