Məhkəmə qərarları › İş №3(011)-1934/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1934/2022

02.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1934/2022 02.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, hırbi şəhərcik 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru polis mayoru X5 tərəfindən 31 may 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 535.1-ci maddələri ilə MN ******* nömrəli və, 01 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokollar tərtib edilmiş və baxılması üçün Xətai Rayon Məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 18.05.2022-ci il tarixdə saat 19:50 radələrində ünvan 2 ünvanda qeyri rəsmi yaşadığı Zərərçəkmiş şəxs döymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 22.05.2022-ci il tarixdə saat 00:45 radələrində ünvan 2 ünvanda qeyri rəsmi yaşadığı Zərərçəkmiş şəxs ilə mübahisə edərək onu söyüb təhqir etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan MN 1436781nömrəli protokoldan görünür ki, Şəxs 31.05.2022-ci il tarixdə saat 17:00 radələrində Zərərçəkmiş şəxs döyməsi faktı ilə əlaqədar Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-yə dəvət edilmiş, Şəxs şöbədə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq polis şöbəsinin iş rejimini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin sahə inspektoru X5 məhkəmə iclasında tərtib edilmiş protokolları müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs 18.05.2022-ci il tarixdə saat 19:50 radələrində ünvan 2 ünvanda qeyri rəsmi yaşadığı Zərərçəkmiş şəxs döymüşdür. Bununla bağlı şöbədə müvafiq araşdırmalar aparılmışdır. Şəxs Zərərçəkmiş şəxs ilə qeyri rəsmi bir evdə yaşayırlar. Şəxs ilə Zərərçəkmiş şəxs arasında tez-tez ailə münaqişəsi yaşanır. O növbədə olarkən bu münaqişə ilə əlaqədar olaraq Şəxs Zərərçəkmiş şəxs 31 may 2022-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-yə dəvət edilmişlər. Onlar şöbədə olarkən Şəxs şöbənin iş rejimini səs-küy salmaqla pozaraq polis əməkdaşlarının onu nizam intizama dəvət etmələrinə baxmayaraq bu hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələri ilə tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ərizə təqdim edərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs çox sevir və onunla uzun müddətdir ki ,qeyri rəsmi münasibətdədir. Zərərçəkmiş şəxs ilə aralarında baş verən mübahisələrə səbəb əsasən qısqançılığı olmuşdur.. Zərərçəkmiş şəxs ilə nikaha daxil olmaq istəyir. Lakin hazırda həyat yoldaşından boşanma ərəfəsində olduğundan bu mümkün olmamışdır. Bu səbəbdən Zərərçəkmiş şəxs ilə aralarında tez-tez mübahisələr baş verir. Xuramanı çox sevdiyindən, onunla evlənmək məqsədi olduğundan onu tez-tez narahat etdiyini qeyd etmişdir. Hadisə ilə bağlı bildirmişdir ki, 18.05.2022-ci il tarixdə saat 19:50 radələrində ünvan 2 ünvanda qeyri rəsmi yaşadığı Zərərçəkmiş şəxs ilə mübaisə etdikdə onu əli ilə itələyərək xəsarət yetirmişdir. Daha sonra 22.05.2022-ci il tarixdə saat 00:45 radələrində ünvan 2 ünvanda qeyri rəsmi yaşadığı Zərərçəkmiş şəxs ilə mübahisə etmiş və səs küy salmışdır. Bu hadisələr ilə əlaqədar 31 may 2022-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-yə dəvət edilmiş, həmin vaxt Xuramanı da polis şöbəsində görüb əsəbləşmiş və polis əməkdaşlarının yanında hislərini cilovlaya bilməyib mübahisə etməyə başlamışdır. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, polis əməkdaşlarından üzr istəməsini, Zərərçəkmiş şəxs bir də narahat etməyəcəyinə, onunla mübahisə etməyəcəyinə söz verməsini, həmçinin zərərçəkmiş şəxslə barışmasını, ona qarşı şikayətin olmamasını qeyd edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, digər maddələr ilə ona həbslə əlaqədar olmayan tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs ilə uzun müddətdir ki tanış olmuşlar. Şübhanla tanış olarkən onun evli olmasını bilmişdir, lakin Sübhan ona boşanma ərəfəsində olduğunu, boşandıqdan sonra onunla ailə quracağına söz vermişdir. Sübhanla uzun müddətdir ki ailə kimi yaşamışlar. Lakin 1 ilə yaxın müddət keçməsinə baxmayaraq Sübhan öz ailəsindən boşanmayaraq, onu bu günədək aldatmışdır. Bu səbəbdən da onlar arasında tez-tez mübahisələr baş verir. 18 may 2022-ci il tarixdə Sübhan onun evinə gəlmiş və yenə mübahisələri olmuş nəticədə Sübhan onun qolundan vuraraq ona xəsarət yetirmişdir. Daha sonra 22 may 2022-ci il tarixdə gecə saatlarında Sübhan yenə onun evinə gələrək onunla mübahisə etmiş və onu söyüb təhqir etmiş, daha sonra daşşla onun pəncərəsini sındırmışdır. Bundan sonra DİN-nin 102 xidmətinə hadisələrlə bağlı müraciət etmişdir. 31 may 2022-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-də olarkən Sübhan da orda olmuş, Sübhan yenə də onunla şöbədə mübahisə edərək səs-küy salmışdır. Daha sonra Sübhanı sevdiyindən onu bağışladığını, ona qarşı şikayət və tələbinin olmamasını qeyd edərək onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 may 2022-ci il tarixli Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı Asiman İmaməlinin qərarından görünür ki, Şəxs 31.05.2022-ci il tarixdə saat 17:00 radələrində Zərərçəkmiş şəxs döyməsi faktı ilə əlaqədar cinayət işinin başlanması rədd edilmiş və onun İXM-nin 157-ci maddəsilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surətinin aidiyyatı əməkdaşına verilməsi qərara alınmışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 iyun 2022-ci il tarixli Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı Elbrus Məmmədovun qərarından görünür ki, Şəxs 22.05.2022-ci il tarixdə Zərərçəkmiş şəxs ilə mübahisə edərək onu söyüb təhqir etməsi faktı ilə əlaqədar cinayət işinin başlanması rədd edilmiş və onun İXM-nin 510-cu maddəsilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surətinin aidiyyatı əməkdaşına verilməsi qərara alınmışdır. İş materiallarında olan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 21 may 2022-ci il tarixli 542 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı sağ mil-bilək oynağı nahiyəsinin qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 18.05.2022-ci il tarixdə yetirilə bilər, sağlamlığa zərərvurmayan xəsarətə aid olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarında olan vətəndaşın Polis Şöbəsində iş rejimini pozması haqqında 31.05.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs polius şöbəsində izahat verməyəcəyini kobud surətdə deməklə söyüşlər söymüş, həmçinin polis əməkdaşlarına tabesizlik göstərərək onlara əl qol atmağa çalışmışdır. Bundan sonra polis şöbəsinin rəis müavini X4 hissənin qarşısına gələrək onu sakitləşdirmiş və onu öz xidməti otağına qaldırmışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 31.05.2022-ci il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Ona görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və inzibati xəta haqqında protokolları tərtib etmiş şəxsin izahatları və iş materialları əsasında sübuta yetirilmişdir. Şəxs zərərçəkmiş şəxslə barışdığından, ona qarşı şikayət və tələb olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri təbsirli bilinib barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Hüseynov X2 xəta törətməkdə təqsirli bilinməli və həmin xətalardan daha ciddi xətanın sanksiyası həddində, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığı müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanın törədilməsində təqsirlidir, lakin inzibati xətanı törətmiş şəxs və zərərçəkmiş şəxs barışdıqlarından, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Hüseynov X2 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış icraata xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan 200 (iki yüz) manat məbləğində cərimə müddətinə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar