Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1939/2022 06.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının Mərkəzi Bankının etibarnamə üzrə nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraaat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru X3, etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakları ilə, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 24 may 2022-ci il tarixli EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 56132.47 Avro məbləğində xarici valyutada olan vəsaiti Bankda olan hesabından 07 may 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 44838.87 Avro məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru X4 barələrində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, direktoru olduğu hüquqi şəxs tərəfindən 56132.47 Avro məbləğində xarici valyutada olan vəsait Bankda olan hesabından 07 may 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş və həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilmişdir. Həmçinin malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi banka 2 ildən artıq müddət keçmədən təqdim olunmuşdur, lakin gömrük bəyannaməsində baş vermiş texniki səhvə görə barələrində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki o, göstərilənləri nəzərə alaraq hüquqi şəxs "xxxx" MMCnin barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraaat aparılan hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X2 inzibati xəta haqqında protokola etiraz edərək və məhkəməyə bununla bağlı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, həmin protokolla aşağıda göstərilənlərlə əlaqədar razı deyillər və onu qanunsuz olmaqla əsassız sayırlar. Belə ki, Türkiyənin “Aktif Yapışdırıcılar və X9 A.S.” şirkəti ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli 100120 saylı Kontrakta əsasən qardaş ölkədən plyonka və yapışdırıcılar almalıydılar. Həmin müqaviləyə əsasən şirkət "xxxx" ASC vasitəsilə xx.xx.2020ci il tarixdə satıcının Türkiyənin “Ziraat bankı”ndakı hesabına 56132.47 avro məbləğdə vəsaiti köçürmüş, 56495.49 avro dəyərində mallar faktiki olaraq 2020-ci ilin noyabr ayının 30-da şirkət tərəfindən alınmışdır. Lakin, həmin malları aldıqdan 1 il yarım keçdikdən sonra X8 Departamenti hesab etmişdir ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilməmişdir. Halbuki, malların tərəflərindən hələ 2020-ci ildə alınması müvafiq Gömrük Bəyannaməsi ilə təsdiq olunur. X8 Departamentinin yanlış qənaətə gəlməsinə Gömrük Bəyannaməsində yol verilmiş texniki xəta səbəb olmuşdur. Belə ki, həmin sənəddə alınan malların pulu qabaqcadan ödənildiyi üçün ödəməyə dair məlumat 100 və 110 saylı kodla qeyd ediməli olduğu halda qabaqcadan ödənişin olmamasına dair 120 saylı kodla göstərilmişdir. Bu da İXM-nin 430.4-cü maddəsi ilə məsuliyyətin yaranması üçün əsas ola bilməz. Həmçinin o qeyd etmişdir ki, şirkət tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir, odur ki o, göstərilənləri nəzərə alaraq hüquqi şəxs "xxxx" MMC-nin barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının etibarnamə üzrə nümayəndəsi Nümayəndə 24 may 2022-ci il tarixli EP saylı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 56132.47 Avro məbləğində xarici valyutada olan vəsait Bankda olan hesabından 07 may 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 44838.87 Avro məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Həmçinin məhkəməyə təqdim olunmuş gömrük bəyannaməsinin “çatdırılma şərtləri” qrafasında 120 kodu qeyd olunmuşdur və həmin koda əsasən məlum olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ölkəyə idxal olunan malların dəyəri ödənilməmişdir. Bundan başqa, idxal olunan mal və xidmətləri təsdiq edən sənədlərdə bank tərəfindən əməliyyatın həyata keçirilməsi barədə sənədin üz tərəfində qeyd aparılır, bankın məsul işçisinin imzası, ştampı ilə təsdiq edilir və sənədin surəti bankda saxlanılır, lakin "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş **********7294 saylı gömrük bəyannaməsində bank tərəfindən zəruri qeydlər aparılmamışdır. Beləliklə o, göstərilənlərə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC-nin 07 may 2020-ci il tarixli çıxarışından görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 56132.47 Avro məbləğində xarici valyutada olan pul vəsaiti 07 may 2020-ci il tarixində "xxxx" ASC-də olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülmüşdür. "xxxx" ASC-nin 16 may 2022-ci il tarixli məktubunun surətindən görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Azərbaycan Respublikasının rezidentlərinin və qeyri-rezidentlərin xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödənişlər aparıldığı gündən 2 il keçməsinə baxmayaraq mallar ölkəyə idxal olunmamış, xidmətlər göstərilməmiş və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi Rasim Məmmədov tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 24 may 2022-ci il tarixli EP saylı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 56132.47 Avro məbləğində xarici valyutada olan vəsaiti Bankda olan hesabından 07 may 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 44838.87 Avro məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan məlum olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmış, VÖEN-i **********, hüquqi ünvanı AZ 1123, ünvan 1r” MMC tərəfindən tərtib olunmuş **********7294 saylı gömrük bəyannaməsindən məlur olur ki, malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsinin “çatdırılma şərtləri” qrafasında 120 kodu qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X6 28 noyabr 2016-cı il Azərbaycan Respublikası Mərkəzi X6 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X6 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 07 may 2020-ci il tarixində 56132.47 Avro məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş, lakin, həmin ödənişdən 44838.87 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi, valyuta vəsaitinin geri qaytarılması və ya xidmətlərin göstərilməsini təsdiq edən sənəd 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq banka təqdim edilməmişdir. Məhkəmə iclasında hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X2 məhkəməyə xx.xx.2020-ci il tarixli **********7294 saylı gömrük bəyannaməsini təqdim edərək qeyd etmişdir ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar ölkəyə idxal edilmişdir, lakin gömrük bəyannaməsində yol verilmiş texniki xətaya əsasən həmin sənəddə alınan malların pulu qabaqcadan ödənildiyi üçün ödəməyə dair məlumat 100 və 110 saylı kodla qeyd ediməli olduğu halda qabaqcadan ödənişin olmamasına dair 120 saylı kodla göstərilmişdir. Məhkəmə yuxarıda qeyd olunan sənədlə bağlı qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru və nümayəndəsi hər biri ayrı-ayrılıqda tərəflərindən 07 may 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş xarici valyutada olan pul vəsaiti hesabına alınan malların ölkəyə idxal olunmasını bildirsələr də, məhkəməyə təqdim olunmuş **********7294 saylı gömrük bəyannaməsindən məlur olur ki, malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsinin “çatdırılma şərtləri” qrafasında 120 kodu qeyd edilmişdir və həmin kod isə hüquqi şəxs tərəfindən malların ölkəyə idxal olunduğuna, lakin tərəflərindən həmin malların dəyərinin ödənilmədiyinə dəlalət edir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2014-cü il tarixli, 100/143 saylı sərəncamı ilə təsdiq edilmiş Gömrük bəyannamələrinin doldurulması qaydasının metodikasının “çatdırılma şərtləri” adlı 20-ci qrafasında qeyd edilmişdir ki, “120” saylı kod ölkəyə idxal olunmuş malın dəyərinin ödənilməməsini bildirir. Bundan başqa qeyd edilməlidir ki, «Azərbaycan Respublikası Mərkəzi X6 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 5.1-ci bəndinə əsasən rezidentlərin və qeyrirezidentlərin valyuta əməliyyatları bu Qaydalarda nəzərdə tutulan sənədlər banka təqdim edilməklə həyata keçirilir. Həmin qaydaların 5.2-ci bəndinə əsasən idxal olunan mal və xidmətləri təsdiq edən sənədlərdə bank tərəfindən əməliyyatın həyata keçirilməsi (sənəddə göstərilən məbləğ tam icra edilmədikdə həyata keçirilən əməliyyatın məbləği göstərilməklə) barədə qeyd aparılır, bankın məsul işçisinin imzası, ştampı ilə təsdiq edilir və sənədin surəti bankda saxlanılır. Malların idxalını, habelə xarici valyutanın nağd şəkildə ölkəyə gətirilməsini təsdiq edən gömrük bəyannaməsində bankın qeydi sənədin üz tərəfində aparılır. Əgər gömrük bəyannaməsi üzrə ödəniş tam və və ya son qalıq həcmində həyata keçirilərsə, sənədin əsli sonuncu ödənişi icra edən bankda saxlanılır. Həmin qaydaların 5.3-cü bəndinə əsasən valyuta əməliyyatını təsdiq edən gömrük bəyannaməsi elektron formada tərtib edildikdə, sənədə ödənişin tam və ya qismən həyata keçirilməsi barədə qeyd bankın məsul işçisi tərəfindən elektron formada daxil edilir. Lakin məhkəməyə təqdim olunmuş **********7294 saylı gömrük bəyannaməsinin üz tərəfində idxal olunan mal və xidmətləri təsdiq edən sənədlərdə bank tərəfindən əməliyyatın həyata keçirilməsi barədə qeydlər aparılmamış, gömrük bəyannaməsi bankın məsul işçisinin imzası və ştampı ilə təsdiq edilməmişdir. Göründüyü kimi **********7294 saylı gömrük bəyannaməsində qeyd edilən malların 07 may 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş xarici valyutada olan pul vəsaiti əvəzinə göndərilmiş mallar olması sübuta yetirilmir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin geri qaytarılmamış hissəsinin 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-cı maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği Avro olduğundan cərimənin məbləği Avronun ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 44838.87 Avro valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 8967 (səkkiz min doqquz yüz altmış yeddi) Avro (Avronun ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1939/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1939/2022
06.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver