Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1942/2023 09.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi X2 iştirakları ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC gömrük prosedurunda rəsmiləşdirdiyi yüklərin müqabilində bəyannamələr üzrə köçürülməli olan 229.60 ABŞ dolları məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsi təmin edilməmişdir. Buna görə də Şəxs MMC barəsində 28 mart 2023-cü il tarixli 00100-00776/23 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Dövlət Gümrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin və Şəxs MMC-yə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gümrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarında olan Gömrük prosedurları və ödənişləri şöbəsinin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, Şəxs MMC xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər rəsmiləşdirilən 70 gömrük bəyannaməsi üzrə 1109448.18 ABŞ dolları məbləğində vəsait sözü hesabatda öz əksini tapmamışdır. İş materiallarında olan 21 dekabr 2022-ci il tarixli Sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Türkiyə Respublikasında fəaliyyət göstərən “İşik Çelik Sanayi Ve Tic. A.S.” şirkəti ilə arasında bağlanılmış 271120 nömrəli xx.xx.2020-ci il tarixli, Türkiyə Respublikasında fəaliyyət göstərən “Serhat Haddecilik A.Ş." şirkəti ilə arasında bağlanılmış 110221 nömrəli xx.xx.2021-ci il tarixli, Türkiyə Respublikasında fəaliyyət göstərən “X5 Ve Tic. A.Ş.” şirkəti ilə arasında bağlanılmış 070421 nömrəli xx.xx.2021-ci il tarixli, Türkiyə Respublikasında fəaliyyət göstərən "X7 X6. Ve Tic. Lim." şirkəti ilə arasında bağlanılmış 140422 nömrəli xx.xx.2022ci il tarixli, Türkiyə Respublikasında fəaliyyət göstərən “X7 X6. Ve Tic. Lim." şirkəti ilə arasında bağlanılmış 260422 nömrəli xx.xx.2022-ci il tarixli, Türkiyə Respublikasında fəaliyyət göstərən "Serhat Haddecilik A.Ş." şirkəti ilə arasında bağlanılmış 260522 nömrəli xx.xx.2022-ci il tarixli müqavilələrə istinad etməklə cəmi 70 (yetmiş) gömrük bəyannaməsi üzrə xarici iqtisadi fəaliyyət nəticəsində ümumilikdə 1109448,18 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. İş materiallarında olan 16 mart 2023-cü il tarixli, 34/012/007412 saylı raportadan görünür ki, Şəxs MMC (VÖEN: **********) tərəfindən 11 fevral 2017-ci il tarixindən 01 may 2022-ci il tarixədək müddətdə rəsmiləşdirilən gömrük bəyannamələrində Konsiqnasiya əməliyyatları üzrə 1 gömrük bəyannaməsi (**********6674) üzrə 229.60 ABŞ dolları qalıq məbləği müəyyən olunmuşdur. İş materiallarında olan 28 mart 2023-cü il tarixli, 00100-0077/23 saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” (VAİS) informasiya resursunun banklarla X3 arasında “Forma 3.9.2.1” elektron hesabat sistemindən 01 dekabr 2022-ci il tarixdə alınmış məlumata əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətdə rəsmiləşdirilən 70 (yetmiş) gömrük bəyannaməsi üzrə ümumilikdə 1109448,18 ABŞ dolları məbləğində vəsait müvəkkil bankda olan hesaba köçürülməmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin adından Türkiyə Respublikasında fəaliyyət göstərən şirkətlərlə bağlanılmış müqavilələr üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilər xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş külli miqdarda, vəni ümumilikdə 1109448,18 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. “İnam-2019" MMC tərəfindən sözügedən dövr üzrə rəsmiləşdirilən gömrük bəyannamələri üzrə ixrac edilmiş mallar müqabilində ölkə ərazisinə qaytarılmamış vəsaitin məbləğ barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Gömrük Əməliyyatları İdarəsinə 34/013/006333 savlı xx.xx.2023-cü il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq Gömrük Əməliyyatları İdarəsindən daxil olmuş 34/012/007412 savlı xx.xx.2023-cü il tarixli raportda bildirilmişdir ki, “X1 Sistemində”, banklarla Dövlət Gömrük Komitəsi arasında olan “Forma 3.9.2.1” elektron hesabat sistemindən xx.xx.2023-cü il tarixinə alınmış məlumata əsasən raportda göstərilən Şəxs MMC tərəfindən sözügedən dövr üzrə rəsmiləşdirilən gömrük bəyannamələrində konsiqnasiya əməliyyatları üzrə 1 (bir) gömrük bəyannaməsi (**********6674 sorğu nömrəli) üzrə 229,60 ABŞ dolları qalıq məbləği müəyyən olunmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il tarixli 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.12-ci maddəsinə əsasən həmin Məcəllənin 231.1, 480-505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Şəxs MMC-yə həmin maddənin sanksiyası həddində ödənilməli olan inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 40 faizi məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan 229,60 ABŞ dolları xarici valyuta dəyərinin qırx faizi məbləğində, yəni 91,84 (doxsan bir dollar səksən dörd sent) ABŞ dolları cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-1942/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1942/2023
09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver