Məhkəmə qərarları › İş №3(011)-1943/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1943/2023

31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1943/2023 31.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, «X2 və Təmir Tikinti» MMC-nin direktor müavini X1 iştirakı ilə Hüquqi şəxs «X2 və Təmir Tikinti» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında materialdan görünür ki, «X2 və Təmir Tikinti» MMC-nin ünvanına 99UN960/10ZG287 nömrəli nəqliyyat vasitəsilə göndərilən mallar xx.xx.2023-cü il tarixli **********8178, **********8181, **********8182, **********8179 və **********8186 nömrəli gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş, lakin mallar Azərbaycan Respublikasının gömrük sərhədinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Buna görə də «X2 və Təmir Tikinti» MMC barəsində 31 mart 2023-cü il tarixli 00100- 00828/23 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında «X2 və Təmir Tikinti» MMC-nin direktor müavini X3 izahatında bildirmişdir ki, ölkə ərazisinə cəmiyyətin adına gətirilən yüklə bağlı xx.xx.2023-cü il tarixdə müxtəlif saatlarda və xx.xx.2023-cü il tarixə keçən gün dəfələrlə gömrük sisteminə qısa idxal bəyannamələrinin verilməsi üçün cəhd göstərmişlər, lakin onların sistemində xəta olduğu üçün bunu icra etmək mümkün olmamışdır. Yük gömrük postundan keçərək ölkə ərazisinə daxil olmuşdur. Müvafiq xətanın baş verməsi Gömrük Xidmətinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi”ndə baş verən nasazlıq olduğundan qısa idxal bəyannaməsi vermək mümkün olmamışdır. İllər böyu yük daşımasını həyata keçeirmişlər bir dəfədə olsun belə xətaya yol verməmişlər. «X2 və Təmir Tikinti» MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilmıəsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı Baş Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan **********8178, **********8181, **********8182, **********8179 və **********8186 nömrəli gömrük bəyannamələrindən görünür ki, «X2 və Təmir Tikinti» MMCnin ünvanına göndərilən yüklər xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmişdir. İş materiallarında olan Gömrük prosedurları və ödənişləri şöbəsinin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, «X2 və Təmir Tikinti» MMC-nin ünvanına 99UN960/10ZG287 nömrəli nəqliyyat vasitəsilə gələn mallar xx.xx.2023-cü il tarixdə ölkə ərazisinə daxil olmuşdur. İş materiallarında olan Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi tərəfindən Dövlət Gömrük Komitəsinin Ərazi və İxtisaslaşdırılmış gömrük orqanlarına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi”ndə baş vermiş texniki nasazlıqlar səbəbindən gömrük bəyannamələrinin təqdim edilməsi mümkün olmamışdır. Bu səbəbdən qısa idxal bəyannaməsi verilmədən ölkə ərazisinə daxil olan mal və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi zamanı qeyd olunanları nəzərə almağı xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını, inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs «X2 və Təmir Tikinti» MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, «X2 və Təmir Tikinti» MMC tərəfindən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsinin təqdim edilməməsi gömrük orqanının elektron sistemində baş vermiş nasazlıqla əlaqədar olmuşdur. Bu fakt qısa idxal bəyannaməsinin verilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsində göstərilmişdir ki, İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nın 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nın 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs «X2 və Təmir Tikinti» MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Hüquqi şəxs «X2 və Təmir Tikinti» MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar