Məhkəmə qərarları › İş №3(011)-195/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-195/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-195/2024 05.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X1 iştirakı ilə, hüquqi şəxs «Azəriqaz» İstehsalat Birliyinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6812/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu “Azəriqaz” İB tələbkar X2 barəsində verilmiş xx.xx.2023-cü il tarixli əmri ləğv etməli və Ağcabədi rayonu üzrə Azəriqaz Tər-tər RPİİ-nə işə bərpa etməli olduğu halda icra sənədini icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin rəis müavini kiçik ədliyyə müşaviri Vüqar Hüseynovun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, borclu «Azəriqaz» İstehsalat Birliyinin barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu araşdırıb, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin rəis müavini kiçik ədliyyə müşaviri Vüqar Hüseynovun inzibati xəta haqqında protokolun mahiyyəti üzrə baxılmadan geri qaytarılmasına dair təqdim etdiyi ərizəni nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında material səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Xətai rayon İcra şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar