Məhkəmə qərarları › İş №3(011)-1953/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1953/2021

16.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1953/2021 16.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlu, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusiflinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar X2 iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusifli tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş 16 may 2021-ci il tarixli MN seriyalı 039497 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1793/2019 nömrəli 12 noyabr 2019-cu il tarixli icra sənədinə əsasən 2 7 . 0 5 . 2 0 1 9 - c i i l tarixdən başlayaraq, 05.05.2014-cü il təvəllüdlü X3, 02.08.2006-cı il təvəllüdlü X4 və 02.12.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanması üçün atası - Şəxs hər uşaq üçün, hər ay 120,00 (bir yüz iyirmi manat) manat olmaqla, aylıq 360,00 (üç yüz altmış manat) manat sabit pul məbləğində aliment tutularaq X7ma ödənilməlidir. Məhkəmə iclasında Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusifli protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, yaşayış yeri ünvan 1-dir. Ona görə də icra işi Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə göndərilməlidir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X1 Rəşad Samid oğlu alimenti ödəmədiyinə görə barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Xətai Rayon Polis İdarəsinin 23 iyun 2020-ci il tarixli məktubundan görünür ki, Şəxs ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İş materiallarında olan Xətai Rayon İcra Şöbəsinin Ədliyyə Nazirliyi İcra baş idarəsinə ünvanladığı 05 may 2021-ci il tarixli məktubundan görünür ki, Şəxs əvvəllər kirayə yaşadığı ünvan 3 ünvanına baxış keçirilmiş, lakin sözügedən ünvanda yaşamadığı müəyyən edilmiş və bu barədə müvafiq akt tərtib olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. 10.2. Borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur. 10.3. İcra zamanı borclunun yaşayış yeri və ya olduğu yer yaxud onun iş yeri dəyişdikdə və yaxud borclunun, əvvəl olduğu yer üzrə tələbin yönəldilə biləcəyi əmlakının olmadığı və ya həmin əmlakın tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadığı aşkar edildikdə, icra məmuru tərəfindən bu barədə akt tərtib olunur. İcra məmuru aktın tərtib edildiyi vaxtdan bir gün müddətində icra sənədini həmin aktın surəti ilə birlikdə borclunun yeni yaşayış yeri və ya olduğu yer üzrə yaxud yeni iş yeri üzrə və ya borclunun əmlakının olduğu yeni yer üzrə icra məmuruna göndərir və bu barədə tələbkara, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) yazılı məlumat verir. İş materiallarından və Şəxs izahatından görünür ki, onun yaşayış yeri Lənkəran şəhəridir. Ona görə də icra sənədi icra olunması üçün borclunun yaşayış yeri Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə göndərilməlidir. Məhkəmə proses iştirakçılarının izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan geri qaytarılmalı və Xətai Rayon İcra Şöbəsinə icra sənədinin borclunun yaşayış və qeydiyyatda olduğu yer üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi izah olunmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasınm İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Xətai Rayon İcra Şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar