Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1957/2020 22.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri Xətai rayonu Xətai RPİ Sadıqcan küçəsi 52 - inzibati binada qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(011)- 4162/2017 saylı icra vərəqəsi ilə üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməmiş, ödənilməmiş qalan 1800 manat pulu ödəməsi dəfələrlə tələb edilsə də icra vərəqəsini icra etmək üçün səy belə göstərməmişdir. Bununla da, o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu X3 yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, icra sənədi üzrə ödənişlər etmiş, lakin son bir il ərzində heç bir ödəniş etməmiş, ödənilməmiş qalan 1800 manat pulu ödəməsi dəfələrlə tələb edilsə də, hər dəfə ödəyəcəyinə söz vermiş, lakin ödəməmişdir. Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, dəfələrlə yaşadığı ünvanı gedilmiş, telefon zənglərinə cavab verməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(011)-4162/2017 saylı icra vərəqəsi ilə 7480 (yeddi min dörd yüz səksən) manat ondan alınaraq tələbkar X6 ödənilməsi qət edilmişdir. Qeyd olunan 7480 (yeddi min dörd yüz səksən) manat borcdan 5680 manatını ödəmiş, 1800 manatı ödənilməmiş qalmışdır. Maddi vəziyyəti ilə bağlı borcu tam ödəyə bilməmişdir. İİ qrup əlil olmaqla ankoliji xəstədir. Qeyd olunanların nəzərə alınaraq barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 göstərmişdir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(011)-4162/2017 saylı icra vərəqəsi ilə 7480 (yeddi min dörd yüz səksən) manat Şəxs alınaraq ona ödənilməsi qət edilmişdir. Qeyd olunan 7480 (yeddi min dörd yüz səksən) manat borcdan 5680 manatını hissə-hissə ödəmiş, lakin qalan 1800 manatı ödəməmişdir. Son bir il ərzində dəfələrlə icra şöbəsində olmuş, Şəxs ilə telefonla danışmış, sonuncu söz versə də, vədinə əməl etməmişdir. Sonuncu dəfə Şəxs ona pulu verməyəcəyini, hara istəsə şikayət edə biləcəyini demişdir. Şəxs qətnamənin icrasında qərəzli olaraq yayınmış, dəfələrlə müxtəlif bəhanələr gətirilərək indiyə qədər olan borcundan ödəniş etməmişdir. Həmin borcu tələb edir və odur ki, ədalətli qərar çıxarılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(011)-4162/2017 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs qaytarılmamış borca görə 7450 (yeddi min dörd yüz əlli) manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmin 7480 (yeddi min dörd yüz səksən) manat alınaraq iddiaçı X6 ödənilməlidir; icraata başlama haqqında xx xxxxxx 2018-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(011)-4162/2017 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; tələbin könüllü icrası haqqında xx xxxxxx 2018-ci il tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icra sənədində göstərilən tələbin könüllü icrası ona bildirilmiş, əks təqdirdə barəsində qanuna uyğun müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdar edilmişdir; Şəxs Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə verdiyi xx.xx.2020-ci il tarixli izahatından görünür ki, Şəxs həmin izahatında İİ qrup ankoliji xəstə olduğunu, hər ay 230 manat təqaüd aldığını, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(011)-4162/2017 saylı icra sənədinə əsasən X6 olan 7480 (yeddi min dörd yüz səksən) manat borcundan 5680 manatını ödədiyini, hazırkı günə borcunun 1800 manat təşkil etdiyini, həmin borcunu maddi imkanının olmadığından ödəyə bilmədiyini bildirmişdir; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş borc öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(011)-4162/2017 saylı icra sənədlərinin icrasını tam təmin etməmişdir.Bununla da, borclu Şəxs məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir.Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, Şəxs borcundan ödəniş etmək üçün məhkəmə iclaslarının bir neçə dəfə təxirə salınmasını xahiş etmiş, lakin heç bir ödəniş etməmişdir. Şəxs son bir il ərzində nəinki icra sənədi ilə müəyyən edilmiş məbləğdə, hətta daha az - maddi imkanı çata biləcəyi məbləğdə belə ödəniş etməmişdir. Bu, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ikinci dərəcə əlilliyi olan şəxslər barəsində inzibati həbs tətbiq edilməsinin qanunvericiliklə qadağan edilməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Rəcəbova X1 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-1957/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1957/2020
22.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver