Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1968/2025 27.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X3 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Kürdəmir rayonu, Qarabucaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Qarabucaq Qəsəbə Ərazi Dairəsi, Qarabucaq qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535ci maddələri ilə Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X6 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə 27 fevral 2025-ci il tarixli protokollar tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X6 tərəfindən tərtib olunmuş 27 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs narkotik vasitənin və psixotrop maddənin istifadəsində şübhəli bilinmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X6 27 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, 21:10 radələrində Xətai rayonu, M.Hadi küçəsində idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-YR-*** d.q.n-lı avtomobil ilə hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin istifadəsində şübhəli kimi onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində verilən suallara cavab olaraq o, bildirmişdir ki, təqribən 5-6 ay olar ki, arada bir marixuana adlanan narkotik vasitədən istifadə etmiş, üzərində olan narkotik vasitənin istifadəsində istifadə edilən tütün kağızını bugün istifadə etmək üçün almışdır. Digər yüksək təsiredici narkotik vasitələrdən istifadə etmir. Bundan sonra polis əməkdaşları tərəfindən onlar 34-cü Polis Şöbəsinə aparılan zaman hər hansı cinayət hadisəsindən heç bir xəbəri olmadığını və hadisəni törədən şəxsləri tanımadığını bildirmişdir. Həmçinin qanuni tələblərə tabe olmamışdır. Beləliklə o, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, 3-cü qrup əlil olduğunu və himayəsində bir azyaşlı övladının olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı X1 Bəkir Elçin oğlunun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, 21:15 radələrində Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati ərazisində Xətai rayonu, M.Hadi küçəsində 34-cü PŞ-nin sahə inspektoru, polis baş leytenantı X6 ilə gecə gəzintisində olan zaman narkotik vasitələrin istifadəsində şübhəli bilinən bir (1) nəfər şəxsə yaxınlaşaraq özlərini təqdim edib PŞ-nə dəvət etmək istədikdə onlara qarşı tabesizlik göstərərək əl-qol atan zaman tərəflərindən saxlanılmış və üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından PŞ-nə gətirilmişdir. PŞ-də araşdırılma zamanı həmin şəxsin xx.xx.1995-ci il təvəllüdlü, Şəxs olduğu müəyyən olunmuşdur. Daha sonra onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə 27 fevral 2025-ci il tarixli protokollar tərtib edilmişdir. Beləliklə o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş 27 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş 27 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Bununla da onun barəsində Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında 27 fevral 2025-ci il tarixli, 638 saylı aktından görünür ki, Şəxs sidiyində narkotik vasitə olan MET və THC aşkar olunmuşdur; inzibati qaydada tutma haqqında 26 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 26 fevral 2025-ci il tarixdə, saat 21:20-də tutulmuşdur; “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə edilmiş çıxarışdan görünür ki, Şəxs 3-cü qrup əlildir və himayəsində xx.xx.2022-ci il təvəllüdlü X5 vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin etirafedici izahatı inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 27 fevral 2025-ci il tarixdə narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün təyin olunmuş tibbi müayinədən keçmiş, onun MET və THC adlanan narkotik vasitədən istifadə etməsi müəyyən olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin o, polis əməkdaşlarının tələbinə qəsdən tabe olmamış və Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən hal kimi şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), himayəsində azyaşlı övladının olmasını və 3-cü qrup əlil olmasını (İXM-32.2), ağırlaşdıran halların müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1968/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1968/2025
27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver