Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1971/2023 02.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 13 mart 2023-cü il tarixli 00100-00702/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC Niderlandda fəaliyyət göstərən “Van Wijk & Olthuis BV” şirkəti ilə bağlanılmış WO/xx/xx/2019 nömrəli xx.xx.2019-cu il tarixli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində **********8685 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb 12325.60 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından Niderlandda fəaliyyət göstərən “Van Wijk & Olthuis BV” şirkətinə ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 1386.40 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Bundan başqa, hüquqi şəxs Şəxs MMC Niderlandda fəaliyyət göstərən “Van Wijk & Olthuis BV” şirkəti ilə bağlanılmış AK17579 nömrəli xx.xx.2019-cu il tarixli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində **********3377 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb 12990.30 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından Niderlandda fəaliyyət göstərən “Van Wijk & Olthuis BV" şirkətinə ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 198.30 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Bundan başqa, hüquqi şəxs Şəxs MMC Portuqaliyada fəaliyyət göstərən “Quimica Atlantica, Lda.” şirkəti ilə bağlanılmış 5226 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə istinad etməklə Bakı BaŞ Gömrük İdarəsində **********7104 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb 23532 avro dəyərində malları Azərbaycan Respublikasından Portuqaliyada fəaliyyət göstərən “Quimica Atlantica, Lda.” şirkətinə ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində “Konsiqnasiya əməliyyatları üzrə hesabat”-a dair çıxarışa əsasən ABŞ valyutasına nisbətdə 2273.26 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Bundan başqa, hüquqi şəxs “Bioropean" MMC Portuqaliyada fəaliyyət göstərən “Quimica Atlantica, Lda.” şirkəti ilə bağlanılmış 5246 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində **********6545 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb 24185.70 avro dəyərində malları Azərbaycan Respublikasından Portuqaliyada fəaliyyət göstərən "Quimica Atlantica. Lda." şirkətinə ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində “Konsiqnasiya əməliyyatları üzrə hesabat”-a dair çıxarışa əsasən ABŞ valyutasına nisbətdə 5033.47 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Bundan basqa, hüquqi şəxs Şəxs MMC Niderlandda fəaliyyət göstərən “Van Wijk & Olthuis BV” şirkəti ilə bağlanılmış AK21643 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində **********9921 sorğu nömrəli gömrük bəvannaməsi ilə rəsmiləşdirmə aparıb 30218.60 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından Niderlandda fəaliyyət göstərən “Van Wijk & Olthuis BV” şirkətinə ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 695 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Bundan başqa, hüquqi səxs Şəxs MMC Niderlandda fəaliyyət göstərən “Van Wijk & Olthuis BV” şirkəti ilə bağlanılmış AK 21981 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində **********9378 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb 33629.60 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından Niderlandda fəaliyyət göstərən “Van Wijk & Olthuis BV” şirkətinə ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 100 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Bununla da, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə, baxış nəticəsində hüquqi şəxs “Bioropean" MMC tərəfindən Niderlandda fəaliyyət göstərən “Van Wijk & Olthuis BV" və Portuqaliyada fəaliyyət göstərən "Quimica Atlantica, Lda." şirkətləri ilə bağlanılmış müqavilələrə istinad etməklə ümumilikdə 6 (altı) gömrük bəyannaməsi üzrə xarici iqtisadi fəaliyyət nəticəsində 9686.43 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə təmsil etdiyi hüquqi şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, 2016-cı ildə təsis edilmiş və Azərbaycanda beynəlxalq sertifikatlaşdırılmış “Tullantı qida yağlarının” texniki məqsədilə emalı ilə məşğul olan yeganə şirkət olaraq "xxxx" MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən X5 rezidentidir. Hazırda Cəmiyyət Bakı, Gəncə və Qəbələ şəhərlərində bir çox iaşə obyektindən tullantı qida yağlarını toplayaraq, bio yanacaq istehsalı üçün istifadə olunan bu yağları müxtəlif Avropa ölkələrinə ixrac etməkdədir. Burada əsas məqsəd Azərbaycanda tullantı qida yağlarının beynəlxalq standartlara uyğun utilizasiyasının aparılması və həmin yağların yenidən insan qidalanmasında və heyvan yemində istifadəsinin və həmçinin kanalizasiyaya axıdılmasının qarşısını almaqdır. Cəmiyyət 2019-cu ildən Alman- Azərbaycan Xarici Ticarət Palatası və Azərbaycandakı Amerika Ticarət Palatasının üzvüdür. 2019-cu ildə Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası, 2021-ci ildə isə Ernts and Young şirkəti tərəfindən ətraf mühitə verilən töhfəyə görə mükafatlandırılmışdır. Barələrində tərtib olunmuş 13 mart 2023-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Belə ki, protokol Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat idarəsi Təhqiqat şöbəsinin rəisi tərəfindən tərtib edilmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 7.1-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Komitənin sədri, onun müavinləri, X2-İstintaq Baş İdarəsinin rəisi, onun müavinləri, ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin, gömrük idarələrinin və gömrük postlarının rəisləri və onların müavinləri baxa bilərdi. Vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında protokolun tərtibi zamanı ciddi prosessual pozuntulara yol verilmişdir. Malların (işlərin, xidmətlərin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”ın (“Qaydalar”) 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Beləliklə, 9 may 2019cu il tarixli **********8685 nömrəli və 5 oktyabr 2019-cu il tarixli **********3377 nömrəli bəyannamələr üzrə inzibati xətaların müvafiq olaraq 6 noyabr 2019-cu il tarixdə və 3 aprel 2020-ci il tarixdə törədilməsini fərz etsələr, deməli 9 may 2019-cu il tarixli **********8685 nömrəli bəyannamə üzrə inzibati tənbeh 6 noyabr 2020-ci il tarixədək, 5 oktyabr 2019-cu il tarixli **********3377 nömrəli bəyannamə üzrə inzibati tənbeh isə 3 aprel 2021-ci il tarixədək verilə bilərdi. Bilinən kimi inzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir. Protokolun ilk səhifəsində əks olunmuşdur ki, “Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları idarəsindən daxil olmuş 34/012/004587 nömrəli xx.xx.2023-cü il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, həmin raportda Dövlət Gömrük Komitəsinin X1 Sisteminin informasiya resursunun banklarla DGK arasında “Forma 3.9.2.1” elektron hesabat sistemindən xx.xx.2022-ci il tarixdə alınmış məlumata əsasən Şəxs MMC tərəfindən 11 fevral 2017-ci il tarixdən 10 avqust 2022-ci il tarixədən müddət ərzində rəsmiləşdirilən 6 (altı) gömrük bəyannaməsi üzrə 9586.44 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi qeyd edilmişdir.” Bu cümlədən belə bir nəticə hasil olur ki, səlahiyyətli orqan tərəfindən fərz edilən inzibati xətanın törədilməsi xx.xx.2022-ci il tarixdə aşkar edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Qeyd olunan müddəaların tətbiqi ilə əlaqədar bildirilməlidir ki, 12 aprel 2022-ci il tarixli AK 21981 nömrəli müqavilə üzrə 5 bəyannamə tərtib edilmiş və müqavilənin dəyəri qarşı tərəf tərəfindən tam ödənilmişdir. 17 aprel 2022-ci il tarixli **********9378 nömrəli bəyannamə üzrə yaranmış 172,83 ABŞ dolları fərq isə bank komissiyasını təşkil etmişdir. 09 noyabr 2021-ci il tarixli 5226 nömrəli müqavilə üzrə 21 noyabr 2021-ci il tarixli **********7104 nömrəli bəyannamə ilə tərəflərindən təqdim edilən məhsulun keyfiyyəti razılaşdırılmış səviyyədə olmadığı üçün qarşı tərəf tərəfindən 1854,56 Avro məbləğində cərimə edilmişlər. 13 dekabr 2021-ci il tarixli 5246 nömrəli müqavilə üzrə 16 dekabr 2021-ci il tarixli **********6545 nömrəli bəyannamə ilə tərəflərindən təqdim edilən məhsulun keyfiyyəti razılaşdırılmış səviyyədə olmadığı üçün qarşı tərəf tərəfindən 4274,84 Avro məbləğində cərimə edilmişlər. 31 yanvar 2022-ci il tarixli AK 21643 nömrəli müqavilə üzrə 06 fevral 2022-ci il tarixli **********9921 nömrəli bəyannamə ilə tərəflərindən təqdim edilən məhsulun keyfiyyəti razılaşdırılmış səviyyədə olmadığı və çəkidə əskik olduğu üçün 695 ABŞ dolları qədər məbləğdə fərq yaranmışdır. Qeyd olunan hal onların təqsirini istisna edir. Göstərilənləri nəzərə alaraq o, hüquqi şəxs Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin rəisi, gömrük xidməti polkovnik leytenantı X3 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 13 mart 2023-cü il tarixli 00100- 00702/23 nömrəli protokoldan görünür ki, Şəxs tərəfindən bağlanan WO/xx/xx/2019 nömrəli xx.xx.2019-cu il tarixli, AK17579 nömrəli xx.xx.2019-cu il tarixli, 5226 nömrəli xx.xx.2021-ci il tarixli, 5246 nömrəli xx.xx.2021-ci il tarixli, AK21643 nömrəli xx.xx.2022-ci il tarixli və AK21981 nömrəli xx.xx.2022-ci il tarixli müqavilələr üzrə xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan az miqdarda, milli valyutaya nisbətdə 16466.93 (on altı min dörd yüz altmış altı manat doxsan üç qəpik) manat təşkil edən 9686.43 ABŞ dolları xarici valyuta vəsaiti xaricdən qaytarılmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin konsiqnasiya əməliyyatları üzrə hesabatından görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikasından Niderlandda fəaliyyət göstərən “Van Wijk & Olthuis BV" şirkətinə **********3377 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə ixrac edilmiş mallara görə 198.30 ABŞ dolları məbləğində pul vəsaiti; **********8685 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə ixrac edilmiş mallara görə 1386.40 ABŞ dolları məbləğində pul vəsaiti; **********7104 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə ixrac edilmiş mallara görə 2273.26 ABŞ dolları məbləğində pul vəsaiti; **********6545 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə ixrac edilmiş mallara görə 5033.47 ABŞ dolları məbləğində pul vəsaiti; **********9921 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə ixrac edilmiş mallara görə 695 ABŞ dolları məbləğində pul vəsaiti; **********9378 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə ixrac edilmiş mallara görə 100 ABŞ dolları məbləğində pul vəsaiti xarici iqtisadi fəaliyyətin nəticəsi olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına qaytarılmamışdır. “Van Wijk & Olthuis BV" şirkəti ilə hüquqi şəxs Şəxs arasında elektron poçt vasitəsilə aparılmış yazışmalardan görünür ki, hüquqi şəxs tərəfindən 06 fevral 2022-ci il tarixli **********9921 nömrəli bəyannamə ilə təqdim edilən məhsulun keyfiyyəti razılaşdırılmış səviyyədə olmadığı və çəkidə əskik olduğu üçün 695 ABŞ dolları qədər məbləğdə fərq yaranmışdır. “Van Wijk & Olthuis BV" şirkəti ilə hüquqi şəxs Şəxs arasında elektron poçt vasitəsilə aparılmış yazışmalardan görünür ki, hüquqi şəxs tərəfindən **********6545 nömrəli bəyannamə ilə təqdim edilən məhsulun keyfiyyəti razılaşdırılmış səviyyədə olmadığı üçün xarici şirkət tərəfindən 4274,84 Avro məbləğində cərimə edilmişlər. “Van Wijk & Olthuis BV" şirkəti ilə hüquqi şəxs Şəxs arasında elektron poçt vasitəsilə aparılmış yazışmalardan görünür ki, hüquqi şəxs tərəfindən **********7104 nömrəli bəyannamə ilə təqdim edilən məhsulun keyfiyyəti razılaşdırılmış səviyyədə olmadığı üçün xarici şirkət tərəfindən 1854,86 Avro məbləğində cərimə edilmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin rəisi, gömrük xidməti polkovnik leytenantı X3 tərəfindən tərtib edilmiş 13 mart 2023-cü il tarixli 00100-00702/23 nömrəli protokola əsasən Şəxs tərəfindən bağlanan WO/xx/xx/2019 nömrəli xx.xx.2019-cu il tarixli, AK17579 nömrəli xx.xx.2019-cu il tarixli, 5226 nömrəli xx.xx.2021-ci il tarixli, 5246 nömrəli xx.xx.2021-ci il tarixli, AK21643 nömrəli xx.xx.2022-ci il tarixli və AK21981 nömrəli xx.xx.2022-ci il tarixli müqavilələr üzrə xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan az miqdarda, milli valyutaya nisbətdə 16466.93 (on altı min dörd yüz altmış altı manat doxsan üç qəpik) manat təşkil edən 9686.43 ABŞ dolları xarici valyuta vəsaitinin xaricdən qaytarılmaması əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Lakin məhkəmə iclasında hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, 12 aprel 2022-ci il tarixli AK 21981 nömrəli müqavilə üzrə 5 bəyannamə tərtib edilmiş və müqavilənin dəyəri qarşı tərəf tərəfindən tam ödənilmişdir. 17 aprel 2022-ci il tarixli **********9378 nömrəli bəyannamə üzrə yaranmış 172,83 ABŞ dolları fərq isə bank komissiyasını təşkil etmişdir. 09 noyabr 2021-ci il tarixli 5226 nömrəli müqavilə üzrə 21 noyabr 2021-ci il tarixli **********7104 nömrəli bəyannamə ilə tərəflərindən təqdim edilən məhsulun keyfiyyəti razılaşdırılmış səviyyədə olmadığı üçün qarşı tərəf tərəfindən 1854,56 Avro məbləğində cərimə edilmişlər. 13 dekabr 2021-ci il tarixli 5246 nömrəli müqavilə üzrə 16 dekabr 2021-ci il tarixli **********6545 nömrəli bəyannamə ilə tərəflərindən təqdim edilən məhsulun keyfiyyəti razılaşdırılmış səviyyədə olmadığı üçün qarşı tərəf tərəfindən 4274,84 Avro məbləğində cərimə edilmişlər. 31 yanvar 2022-ci il tarixli AK 21643 nömrəli müqavilə üzrə 06 fevral 2022-ci il tarixli **********9921 nömrəli bəyannamə ilə tərəflərindən təqdim edilən məhsulun keyfiyyəti razılaşdırılmış səviyyədə olmadığı və çəkidə əskik olduğu üçün 695 ABŞ dolları qədər məbləğdə fərq yaranmışdır. Göndərilən malın ilkin qiyməti ilə sonradan həmin mal üçün ödənilmiş məbləğin arasında fərqin yaranmasına səbəb yuxarıda sadalanan hallar olmuşdur ki, bu da özlüyündən Şəxs təqsirini istisna edir. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda hüquqi şəxs Şəxs tərəfindən xarici iqtisadi fəaliyyət nəticəsində əldə etdiyi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan az miqdarda, milli valyutaya nisbətdə 16466.93 (on altı min dörd yüz altmış altı manat doxsan üç qəpik) manat təşkil edən 9686.43 ABŞ dolları xarici valyuta vəsaitinin xaricdən qaytarılmamasına istinad edilsə də, hüquqi şəxs tərəfindən ixrac olunmuş mallar keyfiyyət baxımından “Van Wijk & Olthuis BV" şirkəti ilə razılaşdırılmış şərtlərə uyğun gəlmədiklərindən sonuncu tərəfindən Şəxs MMC ayrı-ayrılıqda 4274,84 Avro və 1854,56 Avro məbləğində cərimə edilmişlər, həmçinin həmin malların çəkiləri müəyyən edilmiş normadan aşağı olduqlarından 695 ABŞ dolları qədər məbləğdə fərqlilik olmuşdur. Lakin səlahiyyətli orqan tərəfindən qeyd olunan xüsusatlar araşdırılmadan xx.xx.2021-ci il tarixli müqaviləyə istinad etməklə Bakı BaŞ Gömrük İdarəsində **********7104 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 2273.26 ABŞ dolları məbləğində pul vəsaitinin, xx.xx.2021-ci il tarixli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində **********6545 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 5033.47 ABŞ dolları məbləğində pul vəsaitinin, xx.xx.2022-ci il tarixli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində **********9921 sorğu nömrəli gömrük bəvannaməsi üzrə 695 ABŞ dolları məbləğində pul vəsaitinin, xx.xx.2022-ci il tarixli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində **********9378 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 100 ABŞ dolları məbləğində pul vəsaitinin xarici iqtisadi fəaliyyət nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi qənaətinə gəlinərək barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunması əsassız olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, göstərilən epizodlar üzrə Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Həmçinin, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs xx.xx.2019-cu il tarixdə Bakı Baş Gömrük İdarəsində **********3377 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb 12990.30 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından Niderlandda fəaliyyət göstərən “Van Wijk & Olthuis BV" şirkətinə ixrac etməsi, 198.30 ABŞ dolları vəsaitin xaricdən qaytarılması 180 gün ərzində təmin olunmalı olduğu halda təmin edilməməsi, 180 gün müddətin 27 mart 2020-ci il tarixdə başa çatması, bundan əlavə hüquqi şəxs tərəfindən xx.xx.2019-cu il tarixdə Bakı Baş Gömrük İdarəsində **********8685 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb 12325.60 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından Niderlandda fəaliyyət göstərən “Van Wijk & Olthuis BV" şirkətinə ixrac etməsi, 1386.40 ABŞ dolları vəsaitin xaricdən qaytarılması 180 gün ərzində təmin olunmalı olduğu halda təmin edilməməsi, 180 gün müddətin 14 oktyabr 2019-cu il tarixdə başa çatması və göstərilən tarixlərdən inzibati məsuliyyətə cəlb edilmə üçün nəzərdə tutulmuş bir il müddətin keçməsi nəzərə alınaraq həmin bəyannamələr üzrə aparılmış ixrac əməliyyatları üzrə vəsaitin xaricdən qaytarılmaması hissəsinə inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xx.xx.2021-ci il tarixli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində **********7104 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparılmış, xx.xx.2021-ci il tarixli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində **********6545 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparılmış, xx.xx.2022-ci il tarixli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində **********9921 sorğu nömrəli gömrük bəvannaməsi ilə rəsmiləşdirmə aparılmış, xx.xx.2022-ci il tarixli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində **********9378 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparılmış ixrac əməliyyatları ilə bağlı vəsaitin xaricdən qaytarılmasının təmin olunmaması üzrə hissəsinə İXM-nin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xx.xx.2019-cu il tarixdə Bakı Baş Gömrük İdarəsində **********3377 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb 12990.30 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından Niderlandda fəaliyyət göstərən “Van Wijk & Olthuis BV" şirkətinə ixrac etməsi, 198.30 ABŞ dolları vəsaitin xaricdən qaytarılmasının təmin olunmaması və xx.xx.2019-cu il tarixdə Bakı Baş Gömrük İdarəsində **********8685 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb 12325.60 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından Niderlandda fəaliyyət göstərən “Van Wijk & Olthuis BV" şirkətinə ixrac etməsi, 1386.40 ABŞ dolları vəsaitin xaricdən qaytarılmasının təmin olunmaması üzrə hissəsinə İXM-nin 53.1.6-cı maddəsinə əsasən inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1971/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1971/2023
02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver