Məhkəmə qərarları › İş №3(011)-1975/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1975/2023

25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1975/2023 25.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 14 mart 2023-cü il tarixli 00700-00081/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs ünvanına X1 K0550LX/WW550V nömrəli nəqliyyat vasitəsilə göndərilən “Mütləqləşdirilmiş Diizopropil efir” yükü Sumqayıt Baş Gömrük İdarəsində **********3046 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Təkrar idxal” gömrük prosedurunda rəsmiləşdirilmiş, lakin idxalatçı tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 13:19-da Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının ərazisinə gətirilməzdən əvvəl həmin yüklərə dair qısa idxal bəyannaməsi gömrük orqanına elektron formada verilməmişdir. Bununla da idxalatçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs etibarnamə üzrə nümayəndəsi X3 izahatında bildirmişdir ki, Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən barələrində 14 mart 2023-cü il tarixli 00700-00081/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərkən inzibati qanunvericiliyin tələbləri pozulmuş, hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş və izahatı alınmamışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokola nəzər yetiridikdə məlum olmuşdur ki, Sumqayıt Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsində izahatı alınmış X4 ümumiyyətlə hazırki iş üzrə onları təmsil etmək üçün heç bir səlahiyyəti olmamışdır və qeyd olunan hal ona verilmiş etibarnamə ilə də öz təsdiqini tapır. Etibarnamə onu təmsil etmək üçün yox, gömrük əməliyyatları etməkj üçün verilmişdir. Odur ki, göstərilənlərə əsasən o, qeyd olunan xüsusatların araşdırılması üçün inzibati xəta haqqında protokolun ona əlavə edilmiş sənədlərlə birlikdə səlahiyyətli orqana geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsində xx.xx.2023-cü il tarixdə izahatı alınmış X6 bildirmişdir ki, ünvan 2 ünvanında qeydiyyatdadır və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs “Azərikimya” İstehsalat Birliyində logistika şöbəsinin mütəxəssisi vəzifəsində işləyir. 05 mart 2023-cü il tarixdə, saat 13:19-da K0550LX/WW550V nömrəli nəqliyyat vasitəsilə X1 daxil olmuş xx.xx.2023-cü il tarixli, **********3046 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “Mütləqləşdirilmiş Diizopropil efir” yükünə dair mal-müşayiət sənədlərini ixracatçı şirkət onlara vaxtında göndərmədiyi üçün tərəflərindən gömrük orqanına qısa idxal bəyannaməsinin zamanında verilməsi mümkün olmamışdır. Bununla belə törədilən əməlin hüquqpozma faktı olduğunu bilirlər və cəriməni ödəməyə hazırdırlar. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs tərəfindən verilmiş xx.xx.2022ci il tarixli etibarnamədən görünür ki, X5 “Azərikimya” İstehsalat Birliyi tərəfindən istehsal edilən və ona məxsus olan müxtəlif növ neft-kimya məhsullarını, SOCAR MİƏİ öz adından ixrac etmək məqsədilə, həmin yüklərin Sumqayıt Baş Gömrük İdarəsində gömrük rəsmiləşdirilməsi işlərinin həyata keçirilməsi etibar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar. 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Beləliklə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs ünvanına 05 mart 2023-cü il tarixdə, saat 13:19-da K0550LX/WW550V nömrəli nəqliyyat vasitəsilə X1 daxil olmuş xx.xx.2023-cü il tarixli, **********3046 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “Mütləqləşdirilmiş Diizopropil efir” yükünə dair elektron formada qısa idxal bəyannaməsinin verilməməsi əsas gətirilərək barələrində inzibati xəta haqqında protokol tərtib edilsə də, inzibati icraatın aparılmasında iştirak etmiş və izahatı alınmış X4 hüquqi şəxsi təmsil etmək hüququ olmamışdır. Məhkəməyə təqdim olunmuş 14 mart 2023-cü il tarixli 00700-00081/23 nömrəli inzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2022-ci il tarixli etibarnamədən də məlum olur ki, X5 yalnız “Azərikimya” İstehsalat Birliyi tərəfindən istehsal edilən və ona məxsus olan müxtəlif növ neft-kimya məhsullarını, SOCAR MİƏİ öz adından ixrac etmək məqsədilə, həmin yüklərin Sumqayıt Baş Gömrük İdarəsində gömrük rəsmiləşdirilməsi işlərinin həyata keçirilməsi etibar edilmişdir. Odur ki, yuxarıda sadalanan nöqsanlarla əlaqədar olaraq məhkəmə tərəfindən hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs inzibati məsuliyyətə cəlb edilib-edilməməsi və ya onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi üçün əsasların olub-olmaması məsələsinin həlli istiqamətində müəyyən nəticəyə gəlmək mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iş materialında mövcud natamamlıqları məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığı üçün inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 14 mart 2023-cü il tarixli 00700-00081/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinə geri qaytarılsın. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar