Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1981/2023 17.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs “AL” marketinin nümayəndəsi Zərərçəkmiş şəxs, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-in sahə rəisi, polis mayoru X1 iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Naxçıvan MR-də doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilmişdir ki, Şəxs oğlu xx.xx.2023-cü il tarixdə Xətai rayonu Neapol küçəsi 11-də yerləşən «AL» marketindən ümumi dəyəri 75 (yetmiş beş) manat olan yağ oğurlamış, bununla da xırda talama inzibati xətasını törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu özünü təqsirli bilərək göstərmişdir ki, Xətai rayonu Neapol küçəsi 11-də yerləşən «AL» marketdən mütəmadi bazarlıq etdiyini, yenə bazarlıq etmək üçün marketə gedən zaman marketin müdürü bir neçə gün əvvəl onun marketdən yağ oğurlaması barədə kamera görüntüsünün olduğunu bildirmişdir. O, həmin günü marketdən bir ədəd duru yağ, un, “Новая Земля” yağı və müxtəlif ərzaq malları alaraq çantaya qoyduğunun, kassada digər ərzaqların pulunu verdiyini, lakin unutqanlıq səbəbindən “Новая Земля” yağının pulunu vermədiyini, qəsdən oğurluq etmədiyini bildirmişdir. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəmişdir. Bu səbəbdən onunla barışmışdır və zərərçəkənin ona qarşı heç bir şikayət və tələbi də yoxdur. Əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-in sahə rəisi, polis mayoru X2 izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Xətai rayonu, Neapol küçəsi 11-də yerləşən «AL» marketindən ümumi dəyəri 75 (yetmiş beş) manat olan yağ Şəxs oğlu tərəfindən oğurlanmışdır. Bununla da o, xırda talama inzibati xətasını törətmişdir. Faktla bağlı Şəxs oğlu barəsində İXM-nin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs “AL” marketinin nümayəndəsi Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Xətai rayonu, Neapol küçəsi 11-də yerləşən «AL» marketdə müdir vəzifəsində işləyir. Mağazadan 75 (yetmiş beş) manat dəyərində yağ oğurlandığından kamera görüntülərinə baxdıqda bir neçə gün əvvəl tanıdığ bir nəfər qadının bir ədəd 13 manat 99 qəpik dəyərində olan “Новая Земля” yağını əlində olan çantaya qoyduğunu, kassaya yaxınlaşarkən yağı kassada pulunu vermədən çıxıb getdiyini bildirmişdir. Hazırda dəymiş zərər ödənilmiş, Şəxs oğlu ilə barışıq əldə olunmuş və bu səbəbdən ona qarşı hər hansı şikayət və tələbləri yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığından Şəxs oğlu barəsində cinayət işi başlanması rədd olunmuşdur; xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs oğlu xx.xx.2023-cü il tarixdə Xətai rayonu Neapol küçəsi 11-də yerləşən «AL» marketindən ümumi dəyəri 75 (yetmiş beş) manat olan yaği oğurlamışdır; xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsə dəymiş ziyan tam olaraq ödənilmiş, zərərçəkmiş şəxslə barışmışıq əldə olunmuş və Şəxs oğluna qarşı hər hansı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etiraf edici izahati, zərəçəkmiş şəxslərin izahatı və iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs oğlu vurulmuş ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığından barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43- 48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs oğlu vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-1981/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1981/2023
17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver