Məhkəmə qərarları › İş №3(011)-1984/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1984/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1984/2025 24.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, X2 iştirakı ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 336.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər DYPİ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 336.1-ci maddəsi ilə 01 fevral 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən hüquqi şəxs 01 fevral 2025-ci il tarixdə Şəxs MMC tərəfindən “BMW 530 İ minik” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hüququ olmamasına baxmayaraq ona avtomobilin idarə edilməsi üçün etibarnamə verilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-in 336.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında X4 izahat verərək bildirmişdir ki, 01 fevral 2025-ci il tarixdə sərxoş vəziyyətdə avtomobil idarə etməsi əsası ilə barəsində protokol tərtib edilmişdir. O da məhkəməyə müraciət edərək həmin protokol əsasında qəbul edilmiş qərarı mübahisələndirmişdir. Odur ki, hazırkı mərhələdə hüquqi şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etmişdir. Protokolu tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər DYPİ-nin 01 fevral 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli protokoluna əsasən Şəxs MMC tərəfindən 01 fevral 2025-ci il tarixdə saat 09:40-da “BMW 530 İ minik” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil sərxoş vəziyyətdə olmuş X3 idarə edilməsi üçün verilmişdir. Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında 01 fevral 2025-ci il tarixli protokoldan və alkotesterin nəticəsindən görünür ki, X6 0.397 promilli ilə sərxoş olmuşdur; Bakı şəhər DYPİ-nin 01 fevral 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli qərarından görünür ki, X4 01 fevral 2025-ci il tarixdə saat 09:40-da “BMW 530 İ minik” markalı **-AE- *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 123.2-ci maddəsinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar tərtib edir. İnzibati tənbeh vermə haqqında qərar həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 336.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir; 336.1-ci maddəsinə əsasən, sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə-fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, protokol əsaslıdır. Belə ki, Şəxs MMC tərəfindən “BMW 530 İ minik” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş protokolu mübahisələndirmişdir. O, həmin işin gedişində verdiyi izahatda bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 09:40-da o, Nardaran qəsəbəsi, Ləhic bağlar massivində yerləşən bağ evində olmuş, lakin protokolda əsassız olaraq onun Xətai rayonu, M.Mehdizadə küçəsində olması qeyd edilmişdir. Bundan əlavə, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman evini su basdığından tələsərək boş ağ kağıza imza atmışdır. Həmin vaxt o, içkili olmamışdır. Onun sərxoşluğu alkotester vasitəsilə belə ölçülməmişdir. Beləliklə hər hansı bir texniki vasitədən istifadə edilmədən onun sərxoş olması qənaətinə gəlinərək barəsində əsassız olaraq protokol tərtib edilməklə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin hadisədən sonra o, sərxoşluq vəziyyətinin yoxlanılması məqsədi ilə tibbi müayinədən keçmiş və onun həmin vaxt ayıq olması müəyyən edilmişdir, həmin tibbi rəy tərəfindən məhkəməyə təqdim olunmuşdur. Məhkəmə tərəfindən həmin işin gedişində müxtəlif ekspertizalar təyin edilmiş və işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16- 16/2-4/538/2025 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş işin 34-cü vərəqində olan xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında 6870072/6870117 nömrəli “Protokolun” aşağı hissəsində “Nəqliyyat vasitəsini idarə edən şəxsin imzası” qrafasında olan imza - X4 tərəfindən icra edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixli, xx/xx-4904 saylı sorğuya cavab məktubundan görünür ki, X4 xx.xx.2025-ci il il tarixdə saat 15:24 radələrində sərxoşluğun bütün hallarının təyini məqsədi ilə adı göstərilən mərkəzdə tibbi müayinədən keçmişdir. Alkotestrin nəticəsi (0.00 promil). Orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq alkoqolun miqdarının orta hesabla 1 saata 0,1-0,2 promil azalmasını və müayinələrin arasından 6 saat keçməsini nəzərə alaraq iki müayinə arasında ziddiyyət aşkarlanmır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-16/2-4/849/2025 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş işin 34-cü vərəqində olan xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında 6870072/6870117 nömrəli “Protokol”da “Müayinə zamanı 0.3 promil göstərici ilə tanış oldum. Bir daha spirtli içki (pivə) qəbul edib maşın sürmürəm, peşmanam, həkim müayinəsinə ehtiyyac yoxdur” yazıları - X4 tərəfindən icra edilmişdir. Odur ki, Bak ışəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(011)- 1496/2025 saylı qərarı ilə X2 şikayəti təmin edilməmiş və inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, 01 fevral 2025-ci il tarixdə Şəxs MMC tərəfindən sərxoş vəziyyətdə olan şəxsə avtomobilin idarə edilməsi üçün verilmişdir. Bununla da Şəxs MMC tərəfindən İXM-in 336.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi tam sübuta yetir və sonuncu, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində İXM-in 336.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 55,114, 115, 128, 130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 336.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 3.000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar