Məhkəmə qərarları › İş №3(011)-1986/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1986/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1986/2025 18.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində idarə etdiyi “TOYOTA PRİUS (HİBRİD)” minik markalı **-XR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Xətai rayonu R.Məmmədov küçəsində hərəkətdə olduğu zaman İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində “BC” kateqoriyalı, BB 531942 dövlət qeydiyyat nişanlı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, ** XR *** dövlət qeydiyyat nişanlı avtombil ilə taksi fəaliyyəti ilə məşğul olarkən mobil tətbiq üzərindən Xətai rayonu Aşıq Ələsgər küçəsindən sifariş qəbul etmişdir. Göstərilən ünvanda avtomobilin sağ tərəf arxa oturacağında hadisədən sonra şəxsiyyəti məlum olan Zərərçəkmiş şəxs əyləşdikdən sonra sonuncunu gedəcəyi ünvana, yəni metronun “Xətai” stansiyası yaxınlığına apararkən A.Ələsgər küçəsindən Rahib Məmmədov küçəsinə daxil olub təxminən 10-20 metr hərəkət etdikdən sonra qarşıdan gələn avtomobilləri gözləyib 2-ci zolaqdan geriyə dönmək istəyərkən, ondan arxadan gələn, yəni eyni zolaqda eyni istiqamətdə hərəkət edən “Volkswagen Touareg” markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsi ilə idarə etdiyi avtomobilin sol arxa hissəsi toqquşmuşdur. Toqquşma nəticəsində baş nahiyəsindən xəsarət almış, eyni zamanda Zərərçəkmiş şəxs da xəsarət almışdır. Toqquşmadan sonra avtomobildən enib Zərərçəkmiş şəxs yaxınlaşıb səhhəti ilə maraqlanmışdır. Ancaq “Volkswagen Touareg” markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobildən enib ünvansız nalayiq ifadələr İşlədib özünü X1 təqdim edərək pulunun çox olduğunu, dəymiş ziyanı ödəyəcəyini bildirib hadisə yerindən uzaqlaşmışdır. Həmin sürücünün qeyri adekvat danışığından onun spirtli içkinin təsiri altında olduğunu hiss etmişdir. Göstərilənlərə əsasən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 17 radələrində anasının yaşadığı Aşıq Ələsgər küçəsi 4 ünvanından öz yaşadığı ünvana getmək məqsədilə mobil tətbiq üzərindən taksi sifariş vermiş və sifarişi əsasında olduğu ünvana gələn “Toyota Prius” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəf arxa oturacağında əyləşdikdən sonra sürücü hərəkətə başlayıb Aşıq Ələsgər küçəsindən Rahib Məmmədov küçəsinə daxil olub bir qədər qarşıya hərəkət edib geriyə, yəni Nargilə dairəsi istiqamətinə dönmək istəyən zaman eyni istiqamətdə arxada hərəkət edən, “Volkswagen Touareg” markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə əyləşdiyi avtomobilin arxa sol hissəsi toqquşmuşdr. Zərbənin təsirindən əyləşdiyi avtomobil fırlanıb istiqamətini dəyişmiş və hadisə nəticəsində bədən xəsarət almışdır. Lakin xəsarət almağına baxmayaraq ətrafda olan şəxslər “Volkswagen Touareg” markalı avtomobilin sürücüsünün kəskin içkili olduğunu bildirirmişlər. Həmin şəxs ona yaxınlaşıb səhhəti ilə maraqlanmamış, nə öz anket məlumatlarını, nə də mobil nömrəsini təqdim etməyib hadisə yerindən yayınmışdır. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 1206 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın sağ təpə-ənsə nahiyəsinin dərialtı hematoması müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir,qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir; 27 yanvar 2025-ci il tarixli «cinayət işi üzrə icraata xitam verilməsi haqqında» qərarından məlum olur ki, Şəxsnın əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət tərkibi olmadığından soncunun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir; Video diskə keçirilmiş baxışdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində idarə etdiyi “TOYOTA PRİUS (HİBRİD)” minik markalı **-XR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Xətai rayonu R.Məmmədov küçəsində hərəkətdə olduğu zaman yol hərəkəti qaydalarını pozaraq qəzaya səbəb olmuşdur. Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan aydın olur ki, Şəxsnın törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar