Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1992/2022 16.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Münasib Əliyevin xx.xx.2022-ci il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 09:55 radələrində Şəxs qeydiyyat şəhadətnaməsi öz adına olan BC kateqoriyalı, AC 749738 seriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi “Kia Sorento minik” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi ilə Lülfüzadə küçəsi istiqamətində hərəkətdə olduğu zaman səhhəti ilə bağlı idarəetməni itirdiyindən zincirvari qaydada törətdiyi yol nəqliyyat hadisəsi zamanı eyni istiqamət üzrə hərəkətdə olan Zərərçəkmiş şəxs4 BC kateqoriyalı AE seryalı sürücülük vəsiqəsi ilə idarə etdiyi “Kia Rio minik” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuş, zərbədən “Kia Rio minik” markalı avtomobil istiqamətini dəyişərək Zərərçəkmiş şəxs1 BC kateqoriyalı, AB 810532 seryalı sürücülük vəsiqəsi ilə idarə etdiyi, “Vaz 21154 minik” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş həmçinin Zərərçəkmiş şəxs2 BC kateqoriyalı AD 114 248 seryalı sürücülük vəsiqəsi ilə idarə etdiyi “Opel Astra minik” markalı **-VO-*** qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs3 BC kateqoryalı, AF 036392 seriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi “Mitsubishi L 200 minik” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa sağ hissəsindən, X3 idarə etdiyi Mersedes-Benz markalı **-SC-*** qeydiyyat nişanlı avtomobilə dəymiş, “Kia Rio minik” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 və həmin avtomobilin sərnişini Zərərçəkmiş şəxs5, eləcədə “Vaz 21154 minik” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 xəsarət almaları ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib əməlindən peşmançılıq çəkdiyini, hadisədən sonra zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş ziyanı tam olaraq ödədiyini bildirərək, barəsində yüngül cəzanın tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi ərizəsində, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş zərərin tam ödənildiyini qeyd etmiş və buna görə də ona yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş zərərin tam ödənildiyini qeyd etmiş və buna görə də ona yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 məhkəməyə təqdim etdiyi ərizəsində, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş zərərin tam ödənildiyini qeyd etmiş və buna görə də ona yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana və digər zərərçəkmiş şəxslərə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin və digər zərərçəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 21 aprel 2022-ci il tarixli 410 saylı ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – başın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol yanağın sıyrığı, başın alın nahiyəsinin sol yan səthinin, sağ qulaqarxası nahiyənin və sağ budun qançırları bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücüsü olduğu avtomaşının digər avtomaşınlarla toqquşması nəticəsində törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 20 aprel 2022-ci il tarixli 405 saylı ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində müəyyən edilmiş xəsarətlər – sağ çiyin qurşağı nahiyəsində qançır bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni sürücü qismində, hərəkətdə olan digər avtomobillərlə zəncirvari qəza nəticəsində törənə bilərdi, sağlamlığa zərərvurmayan xəsarətə aid olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 21 aprel 2022-ci il tarixli 409 saylı ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs5 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – başın alın nahiyəsinin və burunun qançırları bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtomaşının digər avtomaşınlarla toqquşması nəticəsində törənə bilərdi, sağlamlığa zərərvurmayan xəsarətə aid olduğu üçün dərəcəsi təyin edilmir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2022-ci il tarixli 2/12818 saylı aktın surətindən məlum olur ki, hadisə törədilən zaman X1 olduğu müəyyən edilməmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Münasib Əliyevin xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və onun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bakı şəhəri Xətai rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, onlara dəymiş ziyanı ödəməsini (İ.X.M 32.1.7) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1992/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1992/2022
16.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver