Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1997/2021 26.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X2 iştirakı ilə, X2 barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 02.04.2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 02.04.2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, İXM-nın 124.5 və 124.6-cı maddələrinin tələbləri kobud surətdə pozulmaqla, həmin məcəllənin 346.1-ci maddəsində nəzərdə tutulmuş (dayanma və ya durma qaydalarını pozma) inzibati xətaya görə barəsində BNA tərəfindən inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. İXM-nın 124.5-ci maddəsinin tələbinə görə 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda (124.5-ci maddənin qeyd hissəsində maneə yaradan hallar göstərilmişdir), 124.6-cı maddənin tələbinə görə isə inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda xətanı törətmiş şəxsin iştirakı olmadan yalnız səlahiyyətli şəxs tərəfindən bilavasitə foto və ya video çəkiliş aparmaqla qərar tərtib edilə bilər. Həmin vaxtlarda o durmuşdur, lakin avtomobilini tərk etməmişdir. Bu “inzibati xəta”nın M.Hadi küçəsində quraşdılırmış xüsusi texniki vasitənin köməyi ilə “aşkar edilməsi” və qərar tərtib edilməsi tamamilə qanunsuz və əsassızdır. Ona görə ki, 346.1-ci maddə İXM-nın 122.1-ci maddəsində sadalanan maddələr sırasına daxil edilməmişdir. 04.05.2021-ci il tarixdə qeydiyyatda olduğu ünvana sifarişli poçt göndərişi daxil olsa da, İXM-nın 57-ci və 125-ci maddələrinin tələbləri kobud surətdə pozularaq protokol və qərar barədə ona SMS vasitəsiylə heç bir məlumat verilməyib. Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 02.04.2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsini müdafiə edərək Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 02.04.2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Bakı Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Bakı Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 02.04.2021ci il tarixli BNA ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 20 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayəti, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. “X5” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinə əsasən dayanmanın qadağan edildiyi yerlərdə nəqliyyat vasitələrinin durması qadağandır. İş materiallarına əlavə edilmiş fotoşəkildən isə məlum olur ki, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmanın qadağan edildiyi yerdə yolun hərəkət hissəsində durmuşdur.Yolun ortasında hərəkət hissəsində nəqliyyat vasitəsini saxlamaqla sürücü X3 digər nəqliyyat vasitələri üçün təhlükəli qəza şəraiti yaratmışdır. X1 şikayətində göstərdiyi xüsusat, yəni onun avtomobili tərk etməməsi onun özünü müdafiəsi kimi qiymətləndirilməlidir. Həmçinin məhkəmə iclasında durma qaydasını pozmasını etiraf etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X3 01.04.2021-ci il tarixdə Xətai rayonu, M.Hadi küçəsində “VAZ 21074” minik markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillə durma qaydasını pozmuş və bu fakt fotoşəkillərlə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 02.04.2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 02.04.2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayəti təmin edilməsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1997/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1997/2021
26.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver