Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2/2024 09.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs KİM-nin direktoru X7 iştirakları ilə, hüquqi şəxs Şəxs KİM-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs KİM-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 03 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi X1 Şəxsnə məxsus çörək zavodunda sınaq müddəti ilə 2023-cü ilin fevralın 28-dən mart ayının 2-dək işləməsi olmuşdur. Lakin işi qənaətbəxş olmadığından əmək müqaviləsi bağlanmamışdır. Bununlada müəssisə tərəfindən işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi göstərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən hüquqi şəxs Şəxs KİM Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-289/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, X2 Şəxsnə məxsus çörək zavodunda sınaq müddəti ilə 2023-cü ilin fevralın 28-dən mart ayının 2-dək işləsə də onun işi qənaətbəxş olmadığından onunla əmək müqaviləsi bağlanmamışdır. Bununlada hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Beləliklə o, inzibati icraat aparılarkən hər hansı pozuntuya yol verilmədiyini, inzibati xətanın iş materialları ilə tam təsdiq edildiyini bildirərək hüquqi şəxs Şəxs KİM-nin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs KİM-nin direktoru X11 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən barələrində 03 noyabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunduğunu, bundan əlavə həmin protokolda X1 28 fevral 2023-cü il tarixdən 02 mart 2023-cü il tarixə kimi işlədiyini və 02 mart 2023-cü il tarixdən 01 ildən artıq müddət keçdiyini bildirərək inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi X12 tərəfindən tərtib edilmiş 03 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 Şəxsnə məxsus çörək zavodunda sınaq müddəti ilə 2023-cü ilin fevralın 28dən mart ayının 2-dək işləmiş, lakin işi qənaətbəxş olmadığından onunla əmək müqaviləsi bağlanmamışdır. X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinə verdiyi izahatında qeyd etmişdir ki, 2023-cü ilin fevral ayının 27-dən 2023-cü ilin may ayının 03-dək Şəxsnə məxsus çörək zavodunda işə cəlb olunmuş, lakin onunla əmək müqaviləsi bağlanmamışdır. Şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinə ünvanladığı 12 iyul və 26 iyul 2023-cü il tarixli məktublarından görünür ki, X2 2023-cü ilin fevral ayının 27-si saat 10-da bizim müəssisəyə iş axtaran kimi müraciət etmiş, biz də öz tərəfimizdən həmin şəxsi 15-20 dəqiqə arası işlə, iş qrafiki, işin sistemi ilə tanış etmişik. O, növbəti gün yenə də səhər saatlarında sexə gəlmiş və “bir daha düşünüm, işləmək istəsəm fikrimi bildirəcəm” deyib getmişdir. 6-7 gün sonra yenə də səhər saatlarında sexə gəlmişdir. Həmin şəxs öyrənmək məqsədilə işlə tanış olduğu 15-20 dəqiqə ərzində əmək haqqının az olması və işin çətinliyi ilə razılaşmamışdır və bu səbəbdən işçilərə yerli-yersiz suallar verərək bezdirmiş, işçilərə “maaş azdır, iş çətindir, niyə bu maaşa işləyirsiniz” və s. bu kimi suallar verərək işçilər arasında mübahisə yaratmışdır. X2 bir daha sexə gələndə ona əgər işləmək istəyirsə, şəxsiyyət vəsiqəsini gətirməsini və əmək müqaviləsinin bağlanılmasını bildirdik, lakin o, maaşın azlığından və işin çətinliyindən narazılığını bildirərək əmək müqaviləsinin bağlanmasından imtina etmişdir. X1 özünün qərarsız olduğunu görərək bizim sexdə işləməsi qeyri-mümkün olduğundan işə qəbul edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(004)-5633/2023 nömrəli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Şəxs direktoru X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2550/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(004)-5633/2023 nömrəli qərarı ləğv edilmiş və iş materialları yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-282/2024 nömrəli qərarından görünür ki, X5 şikayəti təmin olunmuş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X15 tərəfindən Şəxs Kommersiya-İstehsalat Mərkəzinin direktoru X9 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-cı maddəsi ilə qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və əmək müfəttişi X10 tərəfindən tərtib edilmiş 11 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. 23 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi İnformasiya sistemində X9 barəsində yerləşdirilmiş 4.000 manat cərimə məbləği silinmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-631/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-282/2024 nömrəli xitam qərarı ləğv edilmiş və iş materialları yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidlərin iş materiallarına əlavə edilmiş izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, X2 Şəxsnə məxsus çörək zavodunda sınaq müddəti ilə 2023-cü ilin fevralın 28-dən mart ayının 2-dək işləmiş, lakin işi qənaətbəxş olmadığından onunla əmək müqaviləsi bağlanmamışdır. Bununlada, hüquqi şəxs Şəxs işçini əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməklə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilsə də, inzibati tənbeh tətbiq etmə müddəti keçdiyinə görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs KİM-nin direktoru X11 hər biri ayrı-ayrılıqda öz izahatlarında qeyd etdikləri kimi, həmçinin iş materiallarından məlum olduğu kimi X2 Şəxsnə məxsus çörək zavodunda sınaq müddəti ilə 2023-cü ilin fevralın 28-dən mart ayının 2-dək müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir ki, qeyd olunan hal inzibati xəta hadisəsinin 2023-cü ilin 28 fevralından mart ayının 2-dək baş verməsinə dəlalət edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs barəsində əmək hüquqları əleyhinə olan Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati xəta haqqında protokol isə 03 noyabr 2023-cü il tarixdə tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə, Şəxs tərəfindən X1 2023-cü ilin fevralın 28-dən mart ayının 2dək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməklə əmək hüquqlarının pozulmasını, inzibati xəta haqqında protokolun 03 noyabr 2023-cü il tarixdə tərtib olunduğunu, inzibati xəta hadisəsinin baş verdiyi tarixdən inzibati məsuliyyətə cəlb etmə üçün nəzərdə tutulmuş bir illik müddətin 02 mart 2024-cü il tarixdə bitdiyini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs Şəxs KİM Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver