Məhkəmə qərarları › İş №3(011)-2/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2/2025 06.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X7, X1 və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, X5 nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin 01 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X5 nümayəndəsi Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" MMC-nin təsisçisi və direktoru X9 barəsində qəbul edilmiş 01 iyul 2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3117/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən X5 X13 Xidmətinin 01 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməmiş və həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2010/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3117/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" MMC-nin təsisçisi və direktoru X9 barəsində qəbul edilmiş 01 iyul 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla E.Hüseynov 4000 manat məbləğində cərimə edilmişdir. Həmin qərara əsasən "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən Abbas Abbasovun şikayəti əsasında inzibati xəta haqqında protokolun tərtib olunmasında "xxxx" MMC-nin nümayəndəsi və direktoru E.Hüseynovun iştirakı təmin olunmamışdır. İnzibati xəta haqqında protokol tərtib olunduqdan sonra "xxxx" MMC-yə rəsmi bildiriş təqdim olunmuşdur. Hesab edirlər ki, aşağıda qeyd edilənlər baxımından X13 Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" MMC-nin təsisçisi və direktoru X9 barəsində qəbul edilmiş 01 iyul 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassız və qeyri-qanuni olduğundan iş üzrə icraata xitam verilməlidir: 1. Əvvəla vətəndaş X8 şikayətində qeyd etdiyi bəzi məqamlara münasibət bildirməyi və məhkəmənin diqqətini həmin nüanslara cəlb etməyi zəruri hesab edirlər: a) A.Abbasov X13nə ünvanlandığı şikayətində xx.xx.2024-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müəssisədə “CEO Advisor” vəzifəsində çalışdığını bildirmişdir. A.Abbasov şikayətində şənbə, bazar və bayram günlərində, hətta saat 18:00-dan sonra 22:00-dək (23:00-dək) çalışdığını bildirmişdir. Lakin, A.Abbasov yuxarıda sadalanan bu halları təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə də həmin iddiaların tamamilə əsassız olduğunun şahidi olurlar. Abbas Abbasov öz şəxsi maraqlarıdır; b) həmçinin, A.Abbasov şikayətində qeyd etmişdir ki, guya müəssisə rəhbəri Emil Hüseynov fevral ayında ona artıq işə qəbul olunduğunu bildirmiş, lakin əmək haqqını cəm şəkildə aprel ayının sonunda (15.000 manat) ödəyəcəyini vəd etmişdir. Hətta, A.Abbasov şikayətində göstərir ki, yalnız 02 may 2024-cü il tarixdə onunla əmək müqaviləsinin bağlanılmadığını aşkar etmişdir. Yuxarıda sadalanan bu iddialar əsassız olmaqla yanaşı olduqca da gülüncdür. Necə olar bilər ki, uzun müddət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Bakı Peşə Hazırlığı X22 Şəxsində direktor müavini vəzifəsində çalışmış və əmək qanunvericiliyinin tətbiqi ilə bilavasitə bağlı olan rəhbər vəzifəni icra etmiş A.Abbasovu müəssisə rəhbəri E.Hüseynov bu cür sadə vədlərlə aldatsın? Təbii ki, ağlabatan deyil. Fəaliyyəti bilavasitə əmək qanunvericiliyinin tətbiqinə yönəlmiş və rəhbər vəzifədə çalışmış A.Abbasovun bu cür vədlərlə aldadılaraq və əmək müqaviləsi bağlanılmadan əmək fəaliyyətinə cəlb edilməsi nə qədər inandırıcıdır? Eləcə də A.Abbasov iddia etmişdir ki, guya aralarında olan razılığa əsasən 3 ayın sonunda 15.000 manat əmək haqqı alacağı ona bildirilib. Belə çıxır ki, A.Abbasova aylıq 5000 manat əmək haqqının ödənilməsi vəd edilmişdir. Müəssisənin maliyyə imkanları nəzərə alındıqda isə bu məbləğdə əmək haqqının ödənilməsi heç də real deyil və müəssisə A.Abbasova həmin məbləğdə əmək haqqı ödəmək qabiliyyətində olmamışdır. Bütün bunlar isə A.Abbasovun iddialarının həqiqəti əks etdirmədiyini sübuta yetirir; c) A.Abbasovun şikayətinin məzmunu nəzərdə keçirdikdə onun böhtan xarakterli iddialarının məqsədyönlü şəkildə “bəzədilməsinin" və müəssisə rəhbəri E.Hüseynovu “dələduzluq” cinayətində ittiham etmək niyyətinin olmasını görə bilərlər. Belə ki, A.Abbasov şikayətdə iki dəfə ardıcıl olaraq “etibarından sui-istifadə edərək onu aldatdığı” ifadələri işlətmişdir. Hesab edirlər ki, şikayətdə istifadə edilən bu sözlər heç də təsadüfi ifadələr deyil. Burada A.Abbasovun əsas məqsədi E.Hüseynovu dolayı yolla AR Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş “dələduzluq” cinayətini törətməkdə ittiham etməkdir. Göründüyü kimi A.Abbasovun böhtan xarakterli kompaniyası çox dəqiq və məqsədyönlü şəkildə planlaşdırılmış, E.Hüseynovun təqsirsiz şəkildə məsuliyyətə cəlb edilməsinə yönəlmişdir; d) bundan əlavə, A.Abbasov şikayətində müəssisənin digər bir sıra işçiləri ilə də əmək müqaviləsinin bağlanılmadığını qeyd etmişdir. Lakin, A.Abbasovun bu halı da təsdiq edən heç bir sübutu yoxdur. Eləcə də Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci hissəsinə uyğun olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əmək fəaliyyəti göstərən bütün əməkdaşların əmək müqaviləsinin bağlanması ilə bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişləri və əmək müqavilələri əlavədə təqdim olunur. Məhkəmədə yuxarıda qeyd edilənlərlə bağlı şahid qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində çalışan HR Strategiyası və İnnovasiyalar şöbəsinin müdiri X10 və təlim koordinatoru vəzifəsində çalışan X6 şahid qismində təmsil olunacaqlar. 2. İkinci növbədə A.Abbasov barəsində məlumatların müəssisənin elektron saytında yerləşdirilməsi məsələsinə toxunmaq istəyərdilər. Belə ki, müəssisənin elektron internet səhifəsində A.Abbasovun "xxxx" bölməsində adı qeyd edilmişdir. Lakin, müəssisənin internet səhifəsində kiminsə adının və şəklinin “komandamız" bölməsində əks olunması həmin şəxsin müəssisənin işçisi olduğu və onunla əmək müqaviləsinin bağlandığına dəlalət etmir. Eləcə də sosial şəbəkə səhifələrində “komandamıza xoş gəldiniz” başlıqlı paylaşımların edilməsi də həmin şəxsin müəssisənin işçisi olması mənasına gəlmir. Komandamız müəssisə ilə birbaşa və ya dolayı olaraq öz tövsiyələri ilə əməkdaşlıq edən, müəyyən hallarda HR sahəsinin idarəedilməsi ilə bağlı məsləhətindən bəhrənlənən şəxsləri özündə əks etdirir və işçi anlayışı mənasını heç bir halda ifadə edə bilməz. Bu daha çox müəsissənin marketinq işinin təşkili ilə bağlı məsələlərdə istifadə edilən alət kimi istifadə edilir. Müəssisənin elektron saytının eyni bölməsində aparıcı yerli və xarici şirkətlərin nümayəndələri, tanınmış ekspertlər, hətta nazirin müşavirinin adı və fotosu da yer almışdır. Belə çıxır ki, həmin şəxslər də "xxxx" MMC-nin işçisidir? Əlbəttə ki yox. Bundan əlavə, müəssisənin ƏMAS və MAT sistemində mövcud olan ştat cədvəlinə də nəzər salsalar orada “ceo advisor” vəzifəsinin mövcud olmadığını görərlər. A.Abbasov isə olmayan bir ştat üzrə onunla əmək müqaviləsinin bağlandığını iddia etmişdir. “Məşğulluq haqqında” AR Qanununun 1.1.23-cü maddəsinə görə ştat vahidlərinə dair cədvəl - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (yəni X4) mərkəzləşdirilmiş elektron informasiya sistemi tərəfindən işəgötüronlərin bu Qanunun 7.2-ci maddəsinə uyğun olaraq daxil etdikləri məlumatlar əsasında yaradılan cədvəldir. Bununla yanaşı, A.Abbasovun X13 Xidmətinə ünvanlanmış şikayətinə əlavə etdiyi e-mail yazışmalarının heç biri onun müəssisədə müəyyən bir vəzifə tutduğunu sübuta yetirmir. Həmin yazışmaların mahiyyətinə nəzər salsalar məzmunun məlumat xarakterli olduğunu, konkret olaraq A.Abbasovun müəssisədə hər hansı bir vəzifə tutduğu və ya hansısa əmək funksiyasını icra etməsini sübuta yetirmədiyini görə bilərlər. "xxxx" MMC Dövlət Vergi Xidmətində əsas fəaliyyət istiqaməti (kod-7022001) kommersiya müəssisələri və dövlət xidmətləri üçün məsləhətlər, tövsiyələr, praktiki yardımın göstərilməsi kimi qeydiyyata alınmışdır. A.Abbasovun şikayətində "xxxx" MMC-nin müqavilə bağlayaraq xidmət göstərdiyi hər hansı bir təşkilata məsləhət, tövsiyə və praktik yardım göstərdiyi öz əksini tapmamışdır. 3. A.Abbasovun 08 aprel 2024-cü il tarixdə Linkedin sosial şəbəkə hesabında etdiyi paylaşımında onun "xxxx" MMC-nin tərkibində "xxxx" MMC-də (VÖEN: **********) “Training of trainers” təlimində iştirak etdiyi qeyd edilir? Əgər A.Abbasovun mövqeyindən çıxış etsələr, belə çıxır ki, həmin tarixdə o, "xxxx" MMC-nin də işçisi olmuşdur və həmin MMC də onunla əmək müqaviləsi bağlamadığı üçün AR İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Təbii ki, olduqca gülüncdür. Bundan əlavə, A.Abbasov xx.xx.2024-cü il tarixinədək AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Bakı Peşə Hazırlığı Mərkəzində əmək müqaviləsi əsasında “Direktor müavini” vəzifəsində çalışmışdır (https://dma.qov.az/aqentlik/struktur/pese-merkezleri/baki-pese-hazirliqi-publik-huquqishexs). Həmçinin, o, özünün 2007-ci ildə təsis etdiyi “X17 & Consulting” şirkətində “baş menecer” vəzifəsində çalışmaqla fərdi təlim və konsultasiya xidmətləri davamlı olaraq göstərməkdədir (rəsmi sayt https://master-class.az/). Belə olan halda onun aldadılaraq əmək fəaliyyətinə cəlb edilməsi heç ağlabatandırmı? Eləcə də A.Abbasov xx.xx.2024-cü il tarixinədək AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Bakı Peşə Hazırlığı Mərkəzində əmək müqaviləsi əsasında “Direktor müavini” vəzifəsində çalışaçalışa necə ola bilərdi ki, eyni zamanda "xxxx" MMC-də də başqa bir vəzifə tutsun? Onun dövlət qurumundan tam iş vaxtında işləyə-işləyə başqa bir MMC-də də işləməsi mümkündürmü ? 4. Abbas Abbasov müəllifi olduğu “Business for Business” kitabının tərcümə edilməsi və özünün rəhbərlik etdiyi şirkət üzrə fərdi təlimlərin keçirilməsi, Rusiyadan gələn öz qonaqlarının qarşılanması və digər fəaliyyətləri yerinə yetirmək üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olmayan (icarə müqaviləsi əsasında MMC-nin istifadəsinə 404 saylı ofis verilmişdir), hazırda fəaliyyəti olmayan başqa MMC-yə məxsus olan 403-cü ofisdən iş vaxtı və iş vaxtından sonra yararlanmışdır. Abbas Abbasovun öz şəxsi məqsədləri üçün fərdi təlim və konsultasiya xidmətləri göstərərək yüksək məbləğdə gəlir əldə etmiş və öz şəxsi kitabının tərcüməsi ilə bağlı sponsorlarla və tərcüməçilərlə gündəlik işlər həyata keçirməklə məşğul olmuşdur. Bunlar isə yuxarıda da qeyd etdikləri kimi onun müəssisənin işçisi olduğuna dəlalət etməməklə əslində onunla müəssisə arasında heç bir əmək münasibətinin mövcud olmadığını sübuta yetirir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru olaraq E.X15 3 təlim proqramı üzrə xidmətin göstərilməsi ilə bağlı ilkin olaraq müzakirələr aparmış, xidmətin göstəriləcəyi təqdirdə hər proqram üzrə ödənişdən əldə edilən gəlirin 50%-nin ona ödəniləcəyini ona bildirilmişdir. Bütün bu xidmətlərin isə həyata keçiriləcəyi təqdirdə mülki-hüquqi müqavilə (xidmət göstərilməsinə dair müqavilə və ya tapşırıq müqaviləsi) ilə rəsmiləşdiriləcəyi barədə tərəflər razılığa gəlmişdirlər. Bu xidmətlər göstərilmədiyi halda A.Abbasova hər hansı bir ödəniş olunmayacağı şərti öncədən bildirilmişdir. Lakin, A.Abbasov müəssisənin fəaliyyət istiqamətlərindən irəli gələn heç bir təlim vermədiyində və heç bir təlimdə təlimçi qismində iştirak etmədiyindən tərəflər arasında heç bir mülki-hüquqi müqavilə bağlanılmamış və müəssisənin ona borcu yaranmamışdır. Müəssisə ilə A.Abbasov arasında mövcud olan münasibətlər bu kontekstdə olmaqla mülki-hüquqi xarakterli olmuş, bundan kənara çıxmamış və əmək münasibətləri səviyyəsinə çatmamışdır. A.Abbasov "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2022-ci ildən etibarən təşkil etdiyi beynəlxalq tədbirlərdə (CEO Summit 2022, Global HR Summit 2023, World HR Summit 2024) tam ödənişsiz olmaqla özünün və tanışlarının iştirakı təmin edilmiş (600 manat adambaşına iştirak haqqı) və müəllifi olduğu kitabının ilk dəfə rus dilində çap olunmasına da 2000 manat maddi dəstək göstərilmişdir. A.Abbasov heç bir xarici qonağın qarşılanmasında iştirak etməmiş, tədbir günü bəzi təşkilati məsələlərdə öz təşəbbüsü ilə dəstək göstərilmişdir (rəsmi https://worldhrsummit.az/ və sübutlar əlavə olunur). 5. Məsələyə əmək qanunvericiliyi kontekstində yanaşdıqda da A.Abbasovla "xxxx" MMC arasında heç bir əmək münasibətinin olmadığını görə bilərlər. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsində “əmək münasibətlərinə” leqal anlayış verilmişdir. Belə ki, həmin maddəyə əsasən, əmək münasibəti - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Hazırkı mübahisə üzrə tərəflər arasında əmək münasibətlərinin mahiyyətinə və əlamətlərinə uyğun gələn hər hansı hüquqi münasibətin olduğunu görə bilmirlər. Tərəflər arasında olmuş şifahi razılaşma (sövdələşmə) isə əmək münasibəti anlayışı ilə əhatə olunmadığından heç bir hüquqazidd haldan söhbət gedə bilməz. Bu səbəbdən A.Abbasov əmək müqaviləsinin bağlanması ilə bağlı əmək kitabçasını və şəxsiyyətini təsdiq edən sənədi müəssisəyə təqdim etməmişdir. A.Abbasovla olan münasibətlər onunla danışıqlar baş tutduğu halda mülki-hüquqi müqavilə əsasında onun tərəfindən xidmətlərin göstərilməsi olmuşdur ki, bu danışıqlar yekunda baş tutmadığı, başqa sözlə Abbas Abbasov öz şəxsi məqsədləri üçün xidmətlər göstərdiyi üçün tərəflər arasında heç bir mülki-hüquqi müqavilə də bağlanılmamışdır. 7. Həmçinin, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində də mahiyyətcə mülki-hüquqi müqaviləyə bənzəyən və təcrübədə əsasən mülki hüquqi müqavilələrlə rəsmiləşdirilən əmək münasibətləri öz əksini tapmışdır. Lakin, hazırkı mübahisə üzrə A.Abbasovla "xxxx" MMC arasında Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində sadalanan münasibətlər - yəni mahiyyətcə mülki hüquq münasibətinə bənzəyən əmək münasibəti də mövcud olmamışdır. Bu səbəbdən də "xxxx" MMC-in AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə ittiham edilməsi qanunvericiliyin tələblərinə uyğun gəlmir. 8. AR İXM-nin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmək inzibati xəta hesab edilir. X13 Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" MMC-nin təsisçisi və direktoru X9 barəsində qəbul edilmiş 01 iyul 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda A.Abbasovun hansı işlərin yerinə yetirilməsinə cəlb edildiyi məlum deyil. Digər bir tərəfdən "xxxx" MMC-nin təsisçisi və rəhbəri olan Emil Hüseynov 2020-2021-ci illərdə X3 İnsan Resursları Departamentinin direktoru vəzifəsində çalışmış, A.Abbasovla həmin dövrdən qarşılıqlı münasibətləri yaranmışdır. Hər iki tərəfin - həm E.Hüseynovun, həm də A.Abbasovun əmək münasibətləri sahəsində aparıcı dövlət qurumlarında çalışması onların əmək qanunvericiliyinin tələblərindən xəbərdar olmasından və işçinin əmək müqaviləsiz işlədilməsinin AR İXM-in 192-ci maddəsi ilə ciddi sanksiya ilə cəzalandırılacağından məlumatlı olmasından xəbər verir. Beləliklə yuxarıda qeyd edilənlər, "xxxx" MMC-nin təsisçisi və direktoru X5 AR İXM-in 192.1-ci maddəsində göstərilən inzibati xətanı törətmədiyini və onun əməlində heç bir inzibati xəta tərkibinin olmadığını təsdiq edir. Bu səbəbdən də 01 iyul 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmalıdır. Qeyd edilən faktları təsdiq etmək üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində çalışan “HR Strategiyası və İnnovasiyalar” şöbəsinin müdiri X10 və təlim koordinatoru vəzifəsində çalışan X6 şahid qismində ifadə verə bilərlər. Məhkəmə iclasında X5 nümayəndəsi Nümayəndə şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, apellyasiya instansiya məhkəməsi Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-3117/2024 saylı qərarının ləğv edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2010/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi, tərəflər arasında münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət vermədən və bunu araşdırmadan erkən nəticəyə gəlmişdir. Bunun aydınlaşdırılması üçün birinci instansiya məhkəməsi bir sıra nüansları müəyyən etməli idi. İşə obyektiv, hərtərəfli və çəkişmə prinsipinin tələblərinə riayət edilməklə baxılmasını təmin etmək üçün aşağıda Bakı Apellyasiya Məhkəməsinin aydınlıq gətirilməsini tələb etdiyi məsələlərə münasibət bildirməyi zəruri hesab edirlər: a) ilkin olaraq, Abbas Abbasovun MMC-nin intizam qaydalarına tabe olması, müqavilə üzrə şərtləşdirilmiş funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi müəyyən edilirmi? A.Abbasov heç bir müəssisədaxili intizam qaydalarına uyğun əmək fəaliyyəti həyata keçirməmiş, müəssisəyə heç bir rəsmi sənəd (ərizə, əmək kitabçasının sürəti və s.) təqdim etməmişdir. X28 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Bakı Peşə Hazırlığı Mərkəzində “Direktor müavini” (https://dma.qov.az/agentlik/struktur/pese-merkezteri/baki-pese-hazirligi-publikhuquqi shexs) vəzifəsində çalışmış, bununla yanaşı Express Groupun rəhbəri (https://master-class.az/) olaraq iddia ərizəsində qeyd etdiyi dövr - fevral, mart, aprel aylarında müxtəlif korporativ şirkətlərə öz fiziki (VÖEN-i №: **********) əsasında kommersiya xarakterli təlimlər verməklə yüksək məbləğdə gəlir əldə etmişdir. A.Abbasov "xxxx" MMC-yə məxsus olan və həmin müəssisənin əməkdaşlarının çalışdığı 404 nömrəli ofisdən ümumiyyətlə istifadə etməmişdir və müəssisə ilə əməkdaşlıqda gəlir formalaşdıracaq heç bir xidmət və ya iş göstərməmişdir. Ayrıca vurğulamaq istəyirlər ki, xx.xx.2024-cü il tarixində "xxxx" MMC tərəfindən keçirilən 1 günlük “World HR Sammit” tədbirində Abbas Abbasov heç bir xarici qonağın qarşılanmasında iştirak etməmişdir və tam ödənişsiz olaraq bu tədbirdə iştirak etməkdən yararlanmışdır. A.Abbasovla müəssisə arasında heç bir əmək münasibətləri olmamışdır, mövcud əlaqələr dostluq münasibətlərindən irəli gəlmişdir. O, yalnız bəzi vaxtlarda, epizodik olaraq "xxxx" MMC-yə məxsus olmayan 403 nömrəli otağa gəlmiş, orada öz fiziki VÖEN ilə biznes təlimləri, həmçinin "B4B: Business for Business” kitabının tərcüməsi, Rusiyadan gələn qonaqlarının qarşılanması ilə məşğul olmuşdur. A.Abbasovun istifadə etdiyi 403 nömrəli otaq həmin vaxt fəaliyyəti müvəqqəti olaraq dayandırılmış “Lego Construction” şirkətinə məxsus olmuşdur. "xxxx" MMC-nin rəhbəri E.Hüseynovun həmin şirkətdən aldığı şifahi icazə əsasında 2024-cü ilin fevral ayından may ayınadək olan dövrdə A.Abbasov həmin şirkətə məxsus otaqdan öz şəxsi işlərini həyata keçirmək üçün istifadə etmişdir. May ayından etibarən E.Hüseynov A.Abbasovdan həmin şirkətə məxsus otağı təhvil verməyi xahiş etmişdir. Mübahisənin başlamasına da səbəb məhz bu hal olmuş, A.Abbasov öz şəxsi məqsədləri üçün istifadə etdiyi otaqdan çıxarılmasından inciyərək X13 Xidmətinə guya əmək müqaviləsiz işlədildiyi barədə şikayətlə müraciət etmişdir; b) MMC və Abbas Abbasov arasında yerinə yetiriləcək xidmət qarşılığında aylıq sabit əmək haqqı müəyyən edilmişdirmi? A.Abbasov şikayətində və məhkəmə iclasında verdiyi ifadələrdə qeyd etmişdir ki, guya müəssisə rəhbəri Emil Hüseynov fevral ayında ona artıq işə qəbul olunduğunu bildirmiş, lakin əmək haqqını cəm şəkildə aprel ayının sonunda (15.000 manat) ödəyəcəyini vəd etmişdir. Hətta, A.Abbasov şikayətində göstərmişdir ki, yalnız 02 may 2024-cü il tarixdə onunla əmək müqaviləsinin bağlanılmadığını aşkar etmişdir. Yuxarıda sadalanan bu iddialar əsassız olmaqla yanaşı olduqca da gülüncdür. Necə olar bilər ki, uzun müddət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Bakı Peşə Hazırlığı Mərkəzində “Direktor müavini” vəzifəsində çalışmış və əmək qanunvericiliyinin tətbiqi ilə bilavasitə bağlı olan rəhbər vəzifəni icra etmiş A.Abbasovu müəssisə rəhbəri E.Hüseynov bu cür sadə vədlərlə aldatsın? Təbii ki, ağlabatan deyil. Fəaliyyəti bilavasitə əmək qanunvericiliyinin tətbiqinə yönəlmiş və rəhbər vəzifədə çalışmış A.Abbasovun bu cür vədlərlə aldadılaraq və əmək müqaviləsi bağlanılmadan əmək fəaliyyətinə cəlb edilməsi nə qədər inandırıcıdır? Eləcə də A.Abbasov məhkəmə iclasında verdiyi ifadələrdə iddia etmişdir ki, guya aralarında olan razılığa əsasən 3 ayın sonunda 15.000 manat əmək haqqı alacağı ona bildirilib. Belə çıxır ki, A.Abbasova aylıq 5000 manat əmək haqqının ödənilməsi vəd edilmişdir. Müəssisənin maliyyə imkanları nəzərə alındıqda isə bu məbləğdə əməkhaqqının ödənilməsi heç də real deyil və müəssisə A.Abbasova həmin məbləğdə əmək haqqı ödəmək qabiliyyətində olmamışdır. Bütün bunlar isə A.Abbasovun iddialarının həqiqəti əks etdirmədiyini sübuta yetirir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru olaraq E.X15 3 təlim proqramı üzrə xidmətin göstərilməsi ilə bağlı ilkin olaraq müzakirələr aparmış, xidmətin göstəriləcəyi təqdirdə hər proqram üzrə ödənişdən əldə edilən gəlirin 50%-nin ona ödəniləcəyini ona bildirilmişdir. Bütün bu xidmətlərin isə həyata keçiriləcəyi təqdirdə mülki hüquqi müqavilə (xidmət göstərilməsinə dair müqavilə və ya tapşırıq müqaviləsi) ilə rəsmiləşdiriləcəyi barədə tərəflər razılığa gəlmişdirlər. Bu xidmətlər göstərilmədiyi halda A.Abbasova heç bir xidmət haqqının ödənilməyəcəyi öncədən bildirilmişdir. Lakin, A.Abbasov müəssisənin fəaliyyət istiqamətlərindən irəli gələn heç bir təlim vermədiyindən və heç bir təlimdə təlimçi qismində iştirak etmədiyindən tərəflər arasında heç bir mülki-hüquqi müqavilə bağlanılmamış və müəssisənin ona borcu yaranmamışdır. "xxxx" MMC tərəfindən Abbas Abbasova aylıq sabit əmək haqqı ilə bağlı heç bir müzakirə və vəd verilməmişdir. c) MMC və Abbas Abbasov arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyəti olmuşdurmu? Məhkəməyə təqdim edilmiş “Whatsapp” ani mesajlaşma platforması vasitəsilə aparılmış danışıqlardan (səs yazısı) görünür ki, E.Hüseynov iyul ayında keçirilməsi planlaşdırılan CEO Club tədbiri üçün Abbas Abbasovun təklif edə biləcəyi şəxslərin siyahısını xahiş etmişdir. Lakin, səs yazısından da görünür ki, E.Hüseynov sonda bu məlumatın Abbas Abbasov tərəfindən təqdim edilməsinə ehtiyac olmadığını, artıq iştirakçı siyahılarının tərtib edildiyini bildirmişdir. Bütün bu danışıqlar son nəticədə A.Abbasovla müəssisə arasında heç bir hakimiyyət tabeçilik münasibətlərinin olmamasını, mövcud əlaqələrin dostluq münasibətlərindən irəli gəldiyini sübuta yetirir; d) Abbas Abbasov sahibkarlıq fəaliyyəti ilə məşğul olurmu və münasibətlər faktiki cəhətdən bərabər olan subyektlər arasında yaranmışdırmı? "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayətçi A.Abbasovla əmək müqaviləsi bağlayaraq onu əmək fəaliyyətinə cəlb etmək məqsədi heç vaxt olmamışdır. Çünki, A.Abbasov İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində elmi yaradıcılıq və tərcümə xidmətlərinin göstərilməsi ilə bağlı fərdi sahibkar kimi qeydiyyatda olmaqla vergi ödəyicisidir (VÖEN № **********). Bu səbəbdən də "xxxx" MMC A.Abbasovla heç bir əmək müqaviləsi bağlamaq niyyətində olmamışdır. Həmçinin, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli məlumatında qeyd edilir ki, vergi ödəyicilərinin dövlət reyestrində X8 (VÖEN № **********) 2024-cü ilin fevral-may ayları ərzində vəziyyətinin aktiv olması barədə məlumatlar mövcuddur. Yəni, A.Abbasov faktiki olaraq aktiv vergi ödəyicisi kimi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan onunla əmək müqaviləsi bağlanıla bilməzdir. Birinci instansiya məhkəməsində baxış zamanı X13 Xidmətinin nümayəndəsi bildirmişdir ki, A.Abbasov guya sərbəst iş qrafikində işləmişdir. Bununla bağlı bildirməlidir ki, AR Əmək Məcəlləsində tam və ya natamam iş vaxtı rejimləri müəyyən edilmiş, “sərbəst” iş vaxtı rejimi anlayışı ümumiyyətlə təsbit edilməmişdir. Sərbəst rejim təbii ki, yalnız mülki hüquqi münasibətlər zamanı mövcud ola bilər. Çünki, bu növ münasibətlər tərəflərin hüquq bərabərliyinə və iradə azadlığına əsaslandığından bir tərəf digər tərəf üçün iş vaxtı rejimi müəyyən edə bilməz. Nəticə etibarı ilə X13 Xidmətinin nümayəndəsi dolayı yolla A.Abbasovun "xxxx" MMC ilə əmək münasibətlərində olmadığını təsdiq etmişdir; e) Abbas Abbasova münasibətdə iş vaxtı, istirahət vaxtı, məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normalar olmuşdurmu? A.Abbasova münasibətdə nə iş və istirahət vaxtı müəyyən edilmiş, nə də ona işçiyə verilən digər təminatlar onun üçün nəzərdə tutulmamışdır. Çünki, A.Abbasovla müəssisə arasında heç bir əmək münasibəti mövcud olmamışdır. Həmçinin, A.Abbasov 19 mart 2024-cü il tarixinədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Bakı Peşə Hazırlığı X22 Şəxsdə “Direktor müavini” vəzifəsində işləmişdir. Həmçinin, A.Abbasovun sosial şəbəkə hesablarından çıxarışlardan görünür ki, o, 04 (cümə axşamı), 08 (bazar ertəsi) və 16 (çərşənbə axşamı) aprel 2024-cü il tarixlərində öz VÖEN-i əsasında korporativ şirkətlərdə kommersiya təlimləri keçmişdir. Göründüyü kimi bu tarixlər heç də şənbə və bazar günlərinə təsadüf etmir. Yəni, A.Abbasov həftə sonları başqa şirkətlərdə təlim keçdiyini bildirsə də, onun sosial şəbəkə hesablarında çıxarışlar bunun tamamilə əksini sübuta yetirir. Bu isə A.Abbasovun ifadələrinin ziddiyyətli olmasını və "xxxx" MMC-nin rəhbərinə qarşı qərəzli münasibətini göstərir; f) Abbas Abbasova münasibətdə müəssisədaxili intizam qaydaları və iş vaxtı rejimi olmuşdurmu? Hazırkı mübahisə üzrə müəssisədaxili intizam qaydalarından ümumiyyətlə bəhs edilə bilməz. Çünki, A.Abbasov "xxxx" MMC-yə məxsus otaqlardan ümumiyyətlə istifadə etməmiş, normal iş vaxtı ərzində müəssisənin inzibati otaqlarında olmamış, yalnız şəxsi məqsədləri üçün kommersiya xarakterli təlimlər keçmək, Rusiyadan gələn şəxsi qonaqlarının qarşılanması, "B4B: Business for Business" kitabının tərcüməsi və s. məqsədilə qonşu müəssisəyə məxsus 403 nömrəli otaqdan istifadə etmişdir. İş vaxtı rejimi ilə bağlı bildirmək istəyirlər ki, Cəmiyyətdə çalışan HR Strategiyası və İnnovasiyalar şöbəsinin müdiri X10 və təlim koordinatoru vəzifəsində çalışan X2 əmək müqavilələri məhkəmə baxışına təqdim edilmişdir. Həmin əmək müqavilələrində işçilərin beş günlük iş rejimində işləməsi və 09-18 saatlarında iş vaxtları konkret müəyyən olunmuşdur. Yəni, A.Abbasovun şikayətində qeyd etdiyi saatlar (gecə saat 10-11 radələri) ümumiyyətlə müəssisədə iş vaxtı olmamış və müəssisə həmin vaxtlarda fəaliyyət göstərməmişdir. Birinci instansiya məhkəməsində baxış zamanı X13 Xidmətinin nümayəndəsi bildirmişdir ki, A.Abbasov sərbəst iş qrafikində işləmişdir. AR Əmək Məcəlləsində tam və ya natamam iş vaxtı rejimləri müəyyən edilmiş, “sərbəst” iş vaxtı rejimi anlayışı ümumiyyətlə təsbit edilməmişdir. Sərbəst rejim təbii ki, yalnız mülki hüquqi münasibətlər zamanı mövcud ola bilər. Çünki bu növ münasibətlər tərəflərin hüquq bərabərliyinə və iradə azadlığına əsaslandığından bir tərəf digər tərəf üçün iş vaxtı rejimi müəyyən edə bilməz. Nəticə etibarı ilə X13 Xidmətinin nümayəndəsi dolayı yolla A.Abbasovun "xxxx" MMC ilə əmək münasibətində olmadığını təsdiq etmişdir. Əlavə olaraq “Express Group” şirkətinin rəsmi internet səhifəsidə qeyd edilir ki, 2007-ci ildən bəri A.Abbasov həmin şirkətin direktoru - baş meneceridir, şirkət adından davamlı olaraq biznes təlimləri həyata keçirməkdədir (rəsmi sayt https://master-class.az); g) Abbas Abbasovun əmək funksiyası nədən ibarət olmuş, tərəflər arasında nəticə ilə yekunlaşan konkret işi və ya xidməti yerinə yetirmişdirmi? xx.xx.2024-cü il tarixdən bəri həm birinci instansiya, həm də apellyasiya məhkəməsində keçirilmiş məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, A.Abbasov "xxxx" MMC-nin müqavilə bağladığı heç bir şirkətə hər hansı xidmət göstərdiyini və ya onlar üçün hansısa işlər gördüyünü sübuta yetirə bilməmişdir. Lakin iş üzrə materiallardan aydın olur ki, DƏMX istinad etdiyi inzibati xətanın törədilməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Yalnız AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsindən şübhələnərək, yalnız bu şübhənin əsasında tamamilə qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, şəxsin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün həmin maddədə nəzərdə tutulan fakt, yəni fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilməsi sübuta yetirilməlidir. Ancaq iş materiallarına baxsalar görərlər ki, xətanın törədilməsinin konkret olaraq hansı sübutlarla təsdiq olunduğu qeyd edilməmiş, yalnız şikayətçinin ifadələri əsas götürülməklə "xxxx" MMC-nin barəsində protokol tərtib edilmişdir. Eləcə də hazırkı mübahisə üzrə "xxxx" MMC-nin və ya onun vəzifəli şəxslərinin heç bir hüquqazidd əmələ yol vermədiyinin şahidi olurlar. Belə ki, A.Abbasovun müəssisənin əsas fəaliyyət istiqamətləri üzrə hansı işlərin (xidmətlərin) yerinə yetirildiyi sübuta yetirilmədiyindən "xxxx" MMC-nin vəzifəli şəxslərin əməllərində İXM-nin 192-ci maddəsində təsbit edilmiş inzibati xəta tərkibinin əlamətləri mövcud olmamışdır. "xxxx" MMC-nin rəhbəri məhkəmə iclasında A.Abbasovdan 28 fevral tarixində keçirilən World HR Sammit tədbirində hansı qonaqları qarşıladığını soruşduqda A.Abbasov bu sualı cavablandıra bilməmiş, konkret hansı qonağı qarşılamağı barədə dəqiq ifadə verməmişdir. Belə olan halda, yalnız guya qonaq qarşılamaqla məşğul olan, müəssisənin əsas fəaliyyət istiqamətləri barədə isə ümumiyyətlə məlumatsız olan şəxsin müəssisədə əmək fəaliyyətinə cəlb edildiyini bildirməsi nə qədər inandırıcıdır? Məgər "xxxx" MMC daşıma xidmətləri və ya turist xidmətlərinin göstərilməsi ilə məşğul olan şirkətdirmi? Əlbəttə ki yox. A.Abbasov yalnız qonaq qarşılamaq işində dəstək olmuşdur ki, bu fəaliyyətin də müəssisənin fəaliyyət istiqamətləri ilə heç bir bağlılığı yoxdur; h) əlavə olaraq, Bakı Apellyasiya Məhkəməsi haqlı olaraq qərarında qeyd etmişdir ki, Abbas Abbasov ali təhsillidir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Bakı Peşə Hazırlığı X22 Şəxsdə direktor müavini vəzifəsində çalışmışdır. İki aydan çox müddət keçdikdən sonra - 02 may 2024-cü il tarixdə onunla əmək müqaviləsinin bağlanılmadığını aşkar etməsi barədə iddia əsaslı görünməmişdir. Həqiqətən də belə bir vəzifə tutan şəxsin onunla əmək müqaviləsi bağlanılmadan işlərin görülməsinə cəlb edilməsi və onun 3 aydan sonra bundan xəbər tutması sadəcə olaraq gülüncdür; i) Bakı Apellyasiya Məhkəməsi həmçinin qərarında qeyd etmişdir kı, Abbas Abbasovun "xxxx" bölməsində adının qeyd edilməsi də, birmənalı olaraq onun MMC-də işə cəlb olunması anlamına gəlməmişdir. Məhkəmə həmin xüsusatı araşdırmalı, bunun hansı səbəblərdən baş verməsini, "xxxx" bölməsində yalnız işçilərin və ya digər şəxslərin göstərilib- göstərilməməsini aydınlaşdırmalı idi. Bu ona görə zəruri idi ki, MMC bunu mübahisələndirmiş, müəssisənin elektron saytının eyni bölməsində aparıcı yerli və xarici şirkətlərin nümayəndələrinin, tanınmış ekspertlərin şəkillərinin yer aldığını göstərmişdir. Bununla bağlı bildirmək istəyərlər ki, müəssisənin internet səhifəsində kiminsə adının və şəklinin "xxxx" bölməsində əks olunması həmin şəxsin müəssisənin işçisi olduğu və onunla əmək müqaviləsinin bağlandığına dəlalət etmir. Eləcə də sosial şəbəkə səhifələrində “komandamıza xoş gəldiniz” başlıqlı paylaşımların edilməsi də həmin şəxsin müəssisənin işçisi olması mənasına gəlmir. Komandamız müəssisə ilə birbaşa və ya dolayı olaraq öz tövsiyələri ilə əməkdaşlıq edən, müəyyən hallarda HR sahəsinin idarəedilməsi ilə bağlı məsləhətindən bəhrənlənən şəxsləri özündə əks etdirir və işçi anlayışı mənasını heç bir halda ifadə edə bilməz. Bu daha çox müəssisənin marketinq işinin təşkili ilə bağlı məsələlərdə istifadə edilən alət kimi istifadə edilir. Müəssisənin elektron saytının eyni bölməsində aparıcı yerli və xarici şirkətlərin nümayəndələri, tanınmış ekspertlər, hətta nazirin müşavirinin adı və fotosu da yer almışdır. Belə çıxır ki, həmin şəxslər də "xxxx" MMC-nin işçisidir? Əlbəttə ki yox. Bundan əlavə, müəssisənin ƏMAS və MAT sistemində mövcud olan ştat cədvəlinə nəzər salsalar orada “ceo advisor” vəzifəsinin mövcud olmadığını görərlər. A.Abbasov isə olmayan bir ştat üzrə onunla əmək müqaviləsinin bağlandığını iddia etmişdir; j) Bakı Apellyasiya Məhkəməsi həmçinin qərarında qeyd etmişdir ki, MMC tərəfindən təqdim edilmiş vizit kartın MMC-yə aidiyyətinin olmadığını bildirmiş, müəssisənin işçilərinin vizit kartları tamamilə fərqli formada və fərqli rekvizitlərə malik olduğunu demiş, bu xüsusatlar da araşdırılmamış qalmışdır. Bu hal ilə bağlı bildirmək istəyərlər ki, məhkəmə baxışında da sübuta yetirilmişdir ki, müəssisənin işçilərinin vizit kartları tamamilə fərqli formada və fərqli rekvizitlərə malikdir. A.Abbasovun təqdim etdiyi vizit kartı onun özü tərəfindən hazırlanmış və şirkətə məxsus olmamışdır; k) Eyni zamanda Bakı Apellyasiya Məhkəməsi qərarında qeyd etmişdir ki, izahatlara qiymət verilməsi və həmin izahatın sübutun əsasını təşkil etməsi üçün ilk növbədə əhəmiyyət yetirilməli hallar aşağıdakılardır: həmin izahatı verən şəxsin kimə qarşı izahat verirsə, ona qarşı qərəzli mövqedə olub-olmaması, həmin izahatda ümumilikdə baş vermiş hadisəni (həqiqəti) özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı izahatın ziddiyyətli olub-olmaması aydınlaşdırılmalıdır. İzahat maddi faktlara dair qaynağı insan olan bu səbəbdən xəta və ya yanılma ehtimalı digər sübut növlərinə nəzərən daha yüksək olan bir sübut növüdür. Şəxslər tərəfindən verilmiş izahatlarda əksər hallarda özlərinin leyhinə olan bəzi xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimallar mövcud olur. Belə ki, tərəflərin prosesdə qarşı tərəf olması, aralarında davam edən mübahisələri və mənafelərin toqquşması olması tərəfsiz olması ehtimalını azaldır. Bu zaman şəxslərin intiqam hissi ilə hərəkət edə biləcəyi, həqiqətdə törədilməmiş əməli mənfəət təmini kimi səbəblərlə doğru olmayan izahat verə biləcəyini göz önünə alaraq izahat dəyərləndirilməlidir. Hazırkı iş üzrə yalnız A.Abbasovun izahatı əsas götürülməklə müəssisə və vəzifəli şəxs barəsində protokol tərtib edilmiş və onlar məsuliyyətə cəlb edilmişlər. İş üzrə A.Abbasovun izahatından başqa heç bir mötəbər sübut mövcud olmamışdır. Həmin izahat isə tamamilə qərəzli, yalan və ziddiyyətli olmuşdur. Beləliklə göstərilənlərə əsasən o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin 01 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X9 nümayəndəsinin göstərdiyi xüsusatları təsdiqləyərək barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən qəbul edilmiş 01 iyul 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X12 01 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X9 tərəfindən X8 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 4000 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Göstərilənlərə əsasən o, X5 nümayəndəsi tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X9 tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Həmin müəssisənin direktoru Emil ilə aralarında dostluq münasibəti olduğundan ona etibar etmişdir. Müəssisədə işlədiyi dövrdə Emil onunla əmək müqaviləsi bağlayacağını bildirsə də, hər dəfə müqavilə bağlamağı gecikdirmiş və ona vəd etdiyi 15000 manat məbləğində pulun ödənilməsindən yayınmışdır. Onun "xxxx" MMC-də “CEO advisor” vəzifəsində çalışması məhkəməyə təqdim olunmuş “Whatsapp” və mail vasitəsilə aparılmış danışıqlarla öz təsdiqini tapır. "xxxx" MMC-də işləyən zaman onun əsas fəaliyyəti siyahıların tərtib edilməsindən, tədbirlərin təşkilindən, tədbirlərdə iştirak etməkdən, treyninqlərin keçirilməsindən və s. ibarət olmuşdur. Həmçinin qarşı tərəf protokolda qeyd olunan vaxtda onun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyində işləməsinə istinad etsə də, o, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək əmək məzuniyyətində olmuşdur. O, X3 nümayəndəsi kimi çıxış edir və başqa müəssisələrdə treyninqlər keçir, bu səbəbdən VÖEN-i aktivdir. Bundan əlavə, onun MMC-yə məxsus olan 403-cü ofisdən iş vaxtı və iş vaxtından sonra öz şəxsi məqsədləri üçün fərdi təlim və konsultasiya xidmətləri göstərərək yüksək məbləğdə gəlir əldə etmiş və öz şəxsi kitabının tərcüməsi ilə bağlı sponsorlarla və tərcüməçilərlə gündəlik işlər həyata keçirməsi bildirilsədə, onun kitabının tərcüməsi hələ şirkətdə çalışmaya başlamazdan əvvəl, yəni xx.xx.2023-cü il tarixdə başa çatmış, tərəfindən müəyyən ödəniş edilmiş və qeyd olunan xüsusatları təsdiqləyən müqavilə və ödəniş qəbzi də məhkəməyə təqdim olunur. Habelə ona "xxxx" MMC-yə daxil ola bilməsi üçün vizit kart da verilmişdir, lakin qarşı tərəf həmin kartın şirkətə aid olmadığını və onun tərəfindən düzəldildiyini bildirsə də, həmin kartın təsviri ona şirkətin təsisçisi Emil tərəfindən göndərilmiş və bununla bağlı yazışmalar da mövcuddur. Beləliklə o, yekun olaraq onunla əmək müqaviləsi bağlanmadığını və göstərdiyi xidmətlərin qarşılığının ödənilmədiyini qeyd etmişdir. Məhkəmə iş materiallarını, şikayət ərizəsini, şikayətçinin, onun və səlahiyyətli orqanın nümayəndələrinin izahatlarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X19 tərəfindən 01 iyul 2024-cü il tarixində tərtib olunmuş MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X8 xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək işlərin yerinə yetirilməsinə cəlb edilməsi əsas gətirilərək X5 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 4000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-2/2- 58000/2024 saylı sorğuya cavab məktubundan görünür ki, X16 xx.xx.2022-xx.xx.2024-cü il tarixlərdə Agentliyin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzinin direktor müavini vəzifəsində çalışmışdır. O, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək əmək məzuniyyətində olmuşdur. "xxxx" MMC (sponsor) ilə X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən və xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, “B4B business for business” kitabının tərcüməsi və çapı üçün sponsor maliyyə yardımını təşkil etməyi, müəllif isə bunun müqabilində kitabın üzlüyündə sponsora aid loqonun yerləşdirilməsini həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Həmçinin xx.xx.2023-cü il tarixdə sponsor tərəfindən müəllifə 7450 manat məbləğində maddi yardım göstərilmişdir; xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, “B4B business for business” kitabının tərcüməsi "xxxx" MMC ilə bağlanmış xx.xx.2023-cü tarixli müqaviləyə əsasən başa çatmış və bunun müqabilində 3000 manat məbləğində ödəniş edilmişdir; məhkəməyə təqdim olunmuş “Whatsapp” proqramı vasitəsilə aparılmış danışıqlardan görünür ki, X16 ilə "xxxx" MMC-nin direktoru Emil Hüseynov arasında aparılmış yazışmalarda onlar siyahıların tərtib olunması, tədbirlərin təşkil edilməsi və işlə əlaqədar olan digər məsələlər barədə müzakirələr aparmışlar; "xxxx" MMC-nin rəsmi web saytında olan “biz kimik” bölməsindən əldə edilmiş ekran görüntüsündən görünür ki, internet səhifəsində şirkətin təsisçisi Emil Hüseynov və digər işçilərlə yanaşı “CEO advisor” vəzifəsini icra edən Abbas Abbasovun da şəkli yerləşdirilmiş, həmçinin şirkət və təsisçi tərəfindən “X20, EMBA Azərbaycan HR İnstitutu komandasına xoş gəldiniz. Zəngin bilik və təcrübələrinizlə bizə qatacağınız dəyər üçün öncədən təşəkkür edirik”, “Abbas Abbasov, EMBA komandamıza qoşulmağınız üçün səbirsizlənirik” yazıları paylaşılmışdır; məhkəməyə təqdim olunmuş elektron poçt vasitəsilə aparılmış danışıqlardan görünür ki, X16 şirkətin “Ceo advisor”u kimi tədbirlərin təşkil edilməsi və keçirilməsi ilə bağlı müxtəlif otellərin administratorları ilə yazışmalar aparmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X9 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X8 işlərin yerinə yetirilməsinə cəlb edilməsi əsas gətirilərək onun Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 4000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X1 nümayəndəsi Nümayəndə hazırkı şikayətində şəxsin barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xüsusatlarla razılaşmayaraq Abbas Abbasovun xx.xx.2024-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müəssisədə “ceo advisor” vəzifəsində çalışmadığını, onun 19 mart 2024-cü il tarixinədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Bakı Peşə Hazırlığı X22 Şəxsində direktor müavini vəzifəsində işlədiyini, Abbas Abbasovun ali təhsilli olmasını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Bakı Peşə Hazırlığı X22 Şəxsdə direktor müavini vəzifəsində çalışmasını və iki aydan çox müddət keçdikdən sonra - 02 may 2024-cü il tarixdə onunla əmək müqaviləsinin bağlanılmadığını aşkar etməsi barədə iddialarının əsaslı görünmədiyini, Abbas Abbasovun "xxxx" bölməsində adının qeyd edilməsinin birmənalı olaraq onun MMC-də işə cəlb olunması anlamına gəlmədiyini, hazırda fəaliyyəti olmayan başqa MMC-yə məxsus olan 403-cü ofisdən iş vaxtı və iş vaxtından sonra yararlandığını, Abbas Abbasovun öz şəxsi məqsədləri üçün fərdi təlim və konsultasiya xidmətləri göstərərək yüksək məbləğdə gəlir əldə etdiyini, öz şəxsi kitabının tərcüməsi ilə bağlı sponsorlarla və tərcüməçilərlə gündəlik işlər həyata keçirməklə məşğul olmasını, eyni zamanda, təqdim edilmiş vizit kartın MMC-yə aidiyyətinin olmadığını, müəssisənin işçilərinin vizit kartlarının tamamilə fərqli formada və fərqli rekvizitlərə malik olduğunu bildirərək səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarın qanunsuz olduğunu qeyd etsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Belə ki, məhkəmə şikayətçinin istinad etdiyi xüsusatlarla bağlı ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, X1 nümayəndəsi Nümayəndə hazırkı şikayətində Abbas Abbasovun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müəssisədə “ceo advisor” vəzifəsində çalışmadığını, onun 19 mart 2024-cü il tarixinədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Bakı Peşə Hazırlığı X22 Şəxsində direktor müavini vəzifəsində işlədiyini və onun eyni vaxtda iki yerdə işləməsinin mümkün olmadığını qeyd etsə də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyindən alınmış xx.xx.2024-cü il tarixli, 3-17-2/2-58000/2024 saylı sorğuya cavab məktubundan məlum olduğu kimi X16 xx.xx.2022-xx.xx.2024-cü il tarixlərdə Agentliyin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzinin direktor müavini vəzifəsində çalışmış, lakin o, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək əmək məzuniyyətində olmuşdur. Bundan başqa, şikayət ərizəsində Abbas Abbasovun ali təhsilli olması, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Bakı Peşə Hazırlığı X22 Şəxsdə direktor müavini vəzifəsində çalışması və iki aydan çox müddət keçdikdən sonra, yəni 02 may 2024-cü il tarixdə onunla əmək müqaviləsinin bağlanılmadığını aşkar etməsi barədə iddialarının inandırıcı olmaması göstərilsə də, məhkəmə iclasında şahid qismində dindirilmiş Abbas Abbasov izahatında bildirmişdir ki, Emil Hüseynov ilə aralarında dostluq münasibətləri olduğundan ona etibar etmiş və əmək müqaviləsi bağlanacağına inanmışdır, lakin daha sonra Emilin bu prosesi hər dəfə uzatdığına şahid olmuşdur. Nəticədə onunla əmək müqaviləsi bağlanmamış və göstərdiyi xidmətlərin qarşılığı ödənilməmişdir. Bundan başqa, "xxxx" MMC-nin rəsmi web saytında olan “biz kimik” bölməsindən əldə edilmiş ekran görüntüsündən göründüyü kimi internet səhifəsində şirkətin təsisçisi Emil Hüseynov və digər işçilərlə yanaşı “CEO advisor” vəzifəsini icra edən Abbas Abbasovun da şəkli yerləşdirilmiş, həmçinin şirkət və təsisçi tərəfindən “X20, EMBA Azərbaycan HR İnstitutu komandasına xoş gəldiniz. Zəngin bilik və təcrübələrinizlə bizə qatacağınız dəyər üçün öncədən təşəkkür edirik”, “Abbas Abbasov, EMBA komandamıza qoşulmağınız üçün səbirsizlənirik” yazıları paylaşılmışdır. Bundan başqa, şikayət ərizəsində Abbas Abbasovun hazırda fəaliyyəti olmayan başqa MMC-yə məxsus olan 403-cü ofisdən iş vaxtı və iş vaxtından sonra yararlanması, öz şəxsi məqsədləri üçün fərdi təlim və konsultasiya xidmətləri göstərərək yüksək məbləğdə gəlir əldə etməsi, öz şəxsi kitabının tərcüməsi ilə bağlı sponsorlarla və tərcüməçilərlə gündəlik işlər həyata keçirməklə məşğul olması göstərilsə də, məhkəmə iclasında şahid qismində dindirilmiş Abbas Abbasov məhkəməyə ona məxsus kitabın tərcümə edilməsi üçün bağlanmış müqaviləni, xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərini və xx.xx.2023-cü il tarixli təhvil-təslim aktını təqdim edərək bildirmişdir ki, onun kitabının tərcüməsi hələ şirkətdə çalışmaya başlamazdan əvvəl, yəni xx.xx.2023-cü il tarixdə başa çatmış və tərəfindən müəyyən ödəniş edilmişdir. Bundan başqa, şikayət ərizəsində Abbas Abbasov tərəfindən təqdim edilmiş vizit kartın MMC-yə aidiyyətinin olmaması, müəssisənin işçilərinin vizit kartlarının tamamilə fərqli formada və fərqli rekvizitlərə malik olması bildirilsə də, Abbas Abbasov məhkəmə iclasında ona məxsus vizit kartı təqdim etməklə yanaşı, həmin vizit kartın fotoşəklinin ona məhz şirkətin təsisçisi Emil Hüseynov tərəfindən göndərilməsini təsdiqləyən yazışmalarıda göstərmişdir. Həmçinin, məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, şikayətdə Abbas Abbasovun "xxxx" MMC-də çalışmaması və bu səbəbdən onunla əmək müqaviləsi bağlanmaması əsas gətirilərək Emil Hüseynovun barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın əsassız olması qeyd edilsə də, məhkəməyə təqdim olunmuş “Whatsapp” proqramı vasitəsilə aparılmış danışıqlardan görünür ki, X16 ilə "xxxx" MMCnin direktoru Emil Hüseynov arasında aparılmış yazışmalarda onlar siyahıların tərtib olunması, tədbirlərin təşkil edilməsi və işlə əlaqədar olan digər məsələlər barədə müzakirələr aparmışlar. Habelə, məhkəməyə təqdim olunmuş elektron poçt vasitəsilə aparılmış danışıqlardan da məlum olduğu kimi X16 şirkətin “Ceo advisor”u kimi tədbirlərin təşkil edilməsi və keçirilməsi ilə bağlı müxtəlif otellərin administratorları ilə yazışmalar aparmışdır. Həmçinin otellər tərəfindən X11 cavab olaraq göndərilmiş məktublarda(mail) otel nümayəndələri X11 "xxxx" MMC-nin nümayəndəsi kimi müraciət etmiş və "xxxx" MMC-nin keçirməli olduğu tədbir barəsində onunla müzakirə aparmışlar. "xxxx" MMC-nin işçisi olmayan şəxsin həmin şirkətin tədbirinin təşkili ilə məşğul olması ağlabatan deyil. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 01 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar