Məhkəmə qərarları › İş №3(011)-20/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-20/2023

03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-20/2023 03.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakları ilə Hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə 30 noyabr 2022-ci il tarixli, MN1039480 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi»Turan-97» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən klinikada 30 noyabr 2022-ci il tarixdə, saat 12:35-də planlı yoxlama keçirərkən həmin MMC-nin sertifikatsız praktik tibb fəaliyyətinin olması, yəni ginekoloji, endokrinoloji, cərrahi stomatologiya, mikrobioloji laboratoriya əməliyyatlar və sertifikatsız özəl tibb fəaliyyəti ilə məşğul olma faktı aşkar edilmişdir aşkar edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi gəlməmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında işə protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkündür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X5 bildirmişdir ki, tərtib edilmiş protokolla razı deyil və hesab edir ki, qanunsuz olduğundan inzibati xəta haqında icraata xitam verilməlidir. Belə ki, protokolda MMC-nin sertifikatsız praktik tibb fəaliyyətinin olması, yəni ginekoloji, endokrinoloji, cərrahi stomatologiya, mikrobioloji laboratoriya əməliyyatlar aparması qeyd edilsə də, lakin Şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinə verilmiş xx.xx.2016-cı il tarixli, 088710 nömrəli lisenziyadan görünür ki, qeyd edilən fəaliyyətlərlə müəssisə məşğul ola bilər. Bundan əlavə X10, X8 da, onlarla bağlanmış əmək müqaviləsinə uyğun fəaliyyət göstərmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərdib edilmiş 30 noyabr 2022-ci il tarixli, MN1039480 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən klinikada 30 noyabr 2022-ci il tarixdə, saat 12:35-də planlı yoxlama keçirərkən həmin MMC-nin sertifikatsız praktik tibb fəaliyyətinin olması, yəni ginekoloji, endokrinoloji, cərrahi stomatologiya, mikrobioloji laboratoriya əməliyyatlar və sertifikatsız özəl tibb fəaliyyəti ilə məşğul olma faktı aşkar edilmişdir aşkar edilmiş, nəticədə Şəxs Məhdud Məsluliyyətli Cəmiyyəti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 30 noyabr 2022-ci il tarixli, 623 nömrəli planlı (növbəti) yoxlama aktından görünür ki, X11, X9, X4, X6, X7, X2 iştirakı ilə Şəxs MMC-yə yoxlama keçirilmişdir. Yoxlama zamanı sertifikatsız praktik tibb fəaliyyətinin olması, yəni X8-pediatr(diplom üzrə yoluxucu xəstəliklər üzrə həkim), X10-kardioloq(diplom üzrə terapevt) fəaliyyət göstərməsi, həmçinin müəssisəsədə lisenziyadan kənar iş və fəaliyyət- ginekoloji, endokrinoloji, cərrahi stomatologiya, mikrobioloji laboratoriya əməliyyatlar aşkar edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 30 noyabr 2022-ci il tarixli, 623 nömrəli planlı (növbəti) yoxlama aktından görünür ki, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətində yoxlamalar baş həkim X3 iştirakı ilə keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı(növbəti) yoxlamanın keçirilməsi haqqında 10 noyabr 2022-ci il tarixli, 1025 nömrəli qərardan görünür ki, ŞəxsMMC(VÖEN**********), ünvan 2 ünvanında yerləşən müəssisədə planlı yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli, KY221870644 nömrəli sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrinin çıxarışından görünür ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində ünvan 3 ünvanında yerləşən “TURAN” klinikasında X11, X9, X4, X6, X7, X2 iştirakı ilə planlı yoxlama keçirilmişdir. xx.xx.2016-cı il tarixli, 088710 nömrəli lisenziyadan görünür ki, Şəxs MMC-yə özəl tibbi fəaliyyətini həyata keçirməyə müddətsiz olaraq icazə verilmiş, xidmət göstərilməsinə icazə verilən ixtisas növləri üzrə görülən işlərin siyahısında 5.1 endokrinoloji, 23.1 ginekoloji(ekstrakorpal mayalandırma istitsna olmaqla), 34. laboratoriya fəaliyyəti qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 53.1.1-cı maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.1.2 cı maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar müəyyən edilməlidir. 114.2.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 215.1 və 215.4-cü maddələrinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, protokolu tərtib etmiş qurum tərəfindən iş üzrə bütün faktiki hallar tam araşdırılmamışdır. Beləki , qəbul edilmiş30 noyabr 2022-ci il tarixli, MN1039480 nömrəli inzibati xəta haqqında protokolda sertifikatsız praktik tibb fəaliyyətinin olması, yəni X8-pediatr(diplom üzrə yoluxucu xəstəliklər üzrə həkim), X10-kardioloq(diplom üzrə terapevt) fəaliyyət göstərməsi qeyd edilsə də, adları çəkilən şəxslərin diplom sənədləri iş materillarına əlavə edilmədiyindən onların diplom üzrə ixtisaslarını müəyyən etmək mümkün olmamış, həmçinin müəssisəsədə lisenziyadan kənar iş və fəaliyyət- ginekoloji, endokrinoloji, cərrahi stomatologiya, mikrobioloji laboratoriya əməliyyatlar aşkar edilməsi qeyd edilsə də, xx.xx.2016-cı il tarixli, 088710 nömrəli lisenziya ilə qeyd edilən fəaliyyətlərə icazə verildiyi müəyyən edilmişdir . İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-nın 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından keçdiyindən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.0.2, 105.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar