Məhkəmə qərarları › İş №3(011)-20/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-20/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-20/2025 06.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Şikayətçi şəxs X3 iştirakları ilə, X1 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2018-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, “RANGE ROVER” markalı 90 1İF 424 Dövlət nömrə nişanlı nəqliyyat vasitəsi atam X4 məxsusdur və onun mülkiyyətindədir. Mənim adıma nəqliyyat vasitəsinin idarə edilməsi barədə etibarnamə verilsə də (hazırda etibarnamənin müddəti bitdiyindən xitam olunmuşdur) avtomobil tərəfimdən idarə olunmamış və daim atam Ülvi İsmayılovun istifadəsində olmuşdur. Bu yaxınlarda sürüeülük hüququ lıaqqnda vəsiqəmi dəyişmək istəyərkən müəyyən olunmuşdur ki, keçmiş BNA tərəfindən xx.xx.2018-ci ildən xx.xx.2022-ci il tarixədək müddət ərzində olan səkkiz inzibati xəta üzrə cərimə məbləğləri mənim adıma yazılmışdır. Halbuki, iş materiallarından (foto görüntülərdən) də müəyyən etmək olar ki, bu dövrdə nəqliyyat vasitəsi tərəfimdən idarə olunmamışdır. Hətta inzibati xəta barədə elektron qərarlar tərtib olunanda aşkar görünür ki, nəqliyyat vasitəsi Ülvi İsmayılovun istifadəsindədir. Yalnız adıma etibarnamə olduğu üçün sistem xətası olaraq cərimələr İlkin İsmayılovun adınab gəlmişdir. Müddətin keçməsi və bu cərimələrdən xəbərsiz olduğumuzdan indiyədək heç bir müraciətimiz olmamışdır. Bu qərarlar xx.xx.2018-ci il tarixli, BNA 004468 saylı.., xx.xx.2020-ci il tarixli, BNA ******* saylı.., xx.xx.2020-ci il tarixli, BNA ******* saylı... , xx.xx.2021-ei il tarixli, BNA ******* saylı..., xx.xx.2021-ci il tarixli, BNA ******* saylı.., xx.xx.2021-ci il tarixli, BNA ******* saylı.., xx.xx.2022-ci il tarixli ,BNA ******* saylı inzibati xəta haqqında Qərarlardır. Bu barədə AYNA-ya müraciət etmişəm və xx.xx.2024-cu il tarixli ,3-27-103/2-19649/2024 saylı cavabında mənə bildirilmişdir ki. “ Müraciətə baxılmasının nəticəsi barədə Sizin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) ünvanladığınız, barənizdə tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli müraciətinizə aidiyyəti üzrə tərəfimizdən baxılmışdır. Aparılmış araşdırma nəticəsində mərkəzi informasiya sistemində 90-İİF-424 dövlət qeydiyyat nişanlı avtoııəqliyyat vasitəsilə 2018-2022-ci illər ərzində Bakı şəhərinin inzibati ərazisində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 52-ci maddəsində nəzərdə tutulmuş dayanma və durma qaydalarını pozduğunuza görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Məcəllə) 346.1-ci maddəsinə əsasən, barənizdə tərtib olunan 8 ədəd inzibati tənbeh vermə haqqında qərarın olması müəyyən edilmişdir. Həmçinin tərəfinizdən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun52- ci maddəsinin tələblərinə əıııəl edilməməsi inzibati xəta haqqında işə dair əlavə olunan materiallarda öz əksini tapmışdır. Bildiririk ki, Məcəllənin 146.1-1 -ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etıııo haqqında qərarlar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Bununla yanaşı, barənizdə tərtib olunmuş xx.xx.2018-ci il tarixli BNA0006000 nömrəli inzibati tənbeh vermə haqqında qərarın icrasına Məcəllənin 146.1-1-ci maddəsinin tələbinə əsasən xitam verilməsi üçün əsaslar müəyyən olunmuşdur. Göstərilənlərin nəzərə alınaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş EQ 22527110 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi şəxs X6 şikayət ərizəsinin məzmunana uyğun izahat verərək Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, EQ 22527110 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət verən şəxsin və şahidin izahatlarını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Nəqliyyat Agentliyinin xx.xx.2018-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 xx.xx.2018-ci il tarixdə, saat 15:12 radələrində ünvan 1 ünvanında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 20 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr iyirmiun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə iyirmia məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, X6 barəsində xx.xx.2018-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2018-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. Bakı Nəqliyyat Agentliyinin xx.xx.2018-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayonu Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar