Məhkəmə qərarları › İş №3(011)-200/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-200/2024

18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-200/2024 18.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5754/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-844/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-8466/2021 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7331/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2702/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4476/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2132/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri 36 saylı Notariat Kontorunun 8i-80 saylı, xx.xx.2023-cü il tarixli, Bakı şəhəri 40 saylı Notariat Kontorunun 8i-1475 saylı, xx.xx.2023-cü il tarixli və Bakı şəhəri 36 saylı Notariat Kontorunun 4074 saylı, xx.xx.2021ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən 18 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İcra məmuru X6 məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5754/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-844/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-8466/2021 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7331/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2702/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4476/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2132/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri 36 saylı Notariat Kontorunun 8i-80 saylı, xx.xx.2023-cü il tarixli, Bakı şəhəri 40 saylı Notariat Kontorunun 8i-1475 saylı, xx.xx.2023-cü il tarixli və Bakı şəhəri 36 saylı Notariat Kontorunun 4074 saylı, xx.xx.2021-ci il tarixli, icra sənədlərinə əsasən Şəxs hüquqi və fiziki şəxslərin xeyrinə 14947.14 manat məbləğində ödəməli olduğu borcunu ödəməmişdir. Bununla da borclu icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. 18 yanvar 2024-cü il tarixə kimi Şəxs icra sənədi üzrə 14947.14 (on dörd min doqquz yüz qırx yeddi manat on dörd qəpik) manat borcu yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5754/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-844/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-8466/2021 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7331/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2702/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4476/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2132/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri 36 saylı Notariat Kontorunun 8i-80 saylı, xx.xx.2023-cü il tarixli, Bakı şəhəri 40 saylı Notariat Kontorunun 8i-1475 saylı, xx.xx.2023-cü il tarixli və Bakı şəhəri 36 saylı Notariat Kontorunun 4074 saylı, xx.xx.2021ci il tarixli icra sənədlərinə əsasən 14947.14 manat məbləğində borc ödənilməlidir. Halhazırda işsiz olduğuna görə sözügedən borcu ödəyə bilmir. Lakin aprel ayının axırından hissə-hissə hər ay ödəyəcəyinə söz vermişdir. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5754/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-844/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-8466/2021 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7331/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2702/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4476/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2132/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri 36 saylı Notariat Kontorunun 8i-80 saylı, xx.xx.2023-cü il tarixli, Bakı şəhəri 40 saylı Notariat Kontorunun 8i-1475 saylı, xx.xx.2023-cü il tarixli və Bakı şəhəri 36 saylı Notariat Kontorunun 4074 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərinə əsasən Şəxs 14947.14 manat məbləğində borcunu ödəməmişdir. Bununla da borclu icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. 18 yanvar 2024-cü il tarixə kimi Şəxs icra sənədi üzrə 14947.14 manat (on dörd min doqquz yüz qırx yeddi manat on dörd qəpik) manat borc ödənilməlidir. İş metriallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2132/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, icra sənədindən görünür ki, Şəxs tərəfindən "xxxx" MMCnin xeyrinə 1067 (min altmış yeddi) manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manat 67 (altmış yeddi) qəpik ödənilməlidir. İş materiallarında olan “icraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, icra sənədi üzrə borclu Şəxs 97 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında bildirişlərdən göründüyü kimi, borclu Şəxs icra sənədinin icra olunması üçün 10 gün müddətinə könüllü icra etməsi xahiş olunmuş, hüquq və vəzifələri başa salınmışdır. İş metriallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5754/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, icra sənədindən görünür ki, Şəxs tərəfindən X5 xeyrinə 889 (səkkiz yüz səksən doqquz) manat əsas borc, 20 manat cərimə borcu olmaqla, cəmi 909 manat pul və 30 (otuz) manat dövlət rüsumu ödənilməlidir. İş materiallarında olan “icraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. İş metriallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-844/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, icra sənədindən görünür ki, Şəxs tərəfindən "xxxx" MMCnin xeyrinə xx.xx.2020-ci il tarixli müqaviləyə görə 503 (beş yüz üç) manat əsas borc, 50 (əlli) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə görə 709 (yeddi yüz doqquz) manat əsas, 70 (yetmiş) manat cərimə və xx.xx.2020-ci il tarixli müqaviləyə görə 723 (yeddi yüz iyirmi üç) manat əsas, 70 (yetmiş) manat məbləğində cərimə olmaqla, cəmi 2125 (iki min yüz iyirmi beş) manat məbləğində pul vəsaiti və 40,30 (qırx manat otuz qəpik) manat ödənilməlidir. İş materiallarında olan “icraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildiriş göndərilmişdir. İş metriallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8466/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, icra sənədindən görünür ki, xx.xx.2020-ci il tarixli müqaviləyə görə 385,77 (üç yüz səksən beş manat yetmiş yeddi qəpik) manat əsas borc, 38 (otuz səkkiz) manat cərimə borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 453,77 (dörd yüz əlli üç manat yetmiş yeddi qəpik) manat məbləğində pul vəsaiti müştərək qaydada Şəxs və X1 alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan “icraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildiriş göndərilmişdir. İş metriallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7331/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, icra sənədindən görünür ki, xx.xx.2020-ci il tarixli 268536 nömrəli Kredit müqaviləsi üzrə əsas borca görə 2604,78 (iki min altı yüz dörd manat yetmiş səkkiz qəpik) manat, faiz borcuna görə 270,17 (iki yüz yetmiş manat on yeddi qəpik) manat, cərimə borcuna görə 59,15 (əlli doqquz manat on beş qəpik) manat, ümumilikdə 2934,10 (iki min doqquz yüz otuz dörd manat on qəpik) manat, ümumilikdə 2934,10 (iki min doqquz yüz otuz dörd manat on qəpik) manat məbləğində pul vəsaiti, poçt xərclərinə görə 4,80 (dörd manat, səksən qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti Şəxs tutularaq “X11 Azərbaycan” QSC-yə ödənilməlidir. İş materiallarında olan “icraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildiriş göndərilmişdir. İş metriallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2702/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, icra sənədindən görünür ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1380,10 manat əsas, 30 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 950,70 manat əsas, 10 manat dəbbə pulu olmaqla, cəmi 2370,80 manat borc və 41,99 manat məbləğində dövlət rüsumu Şəxs tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarında olan “icraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildiriş göndərilmişdir. İş metriallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4476/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, icra sənədindən görünür ki, əsas borc üzrə 1375.56 manat, cərimə borcu üzrə 96.28 manat olmaqla, cəmi 1471.84 manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 37.69 manat məbləğində pul vəsaiti Şəxs tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarında olan “icraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildiriş göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri 36 saylı notariat ofisinin 12 yanvar 2023-cü il tarixli icra qeydinə əsasən, 1056 manat, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 1081 manat borclu Şəxs tutularaq "xxxx" MMCnin xeyrinə ödənilməlidir. İş materiallarında olan “icraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildiriş göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri 40 saylı notariat ofisinin 17 mart 2023-cü il tarixli icra qeydinə əsasən, 1309 manat, 131 manat məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 1465 manat Şəxs tutularaq X3 xeyrinə ödənilməlidir. İş materiallarında olan “icraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildiriş göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri 36 saylı notariat ofisinin 11 noyabr 2021-ci il tarixli icra qeydinə əsasən, 843,14 manat, tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 863,14 manat borclu Şəxs tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan “icraata başlamaq haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildiriş göndərilmişdir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında bildirişlərdən göründüyü kimi, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. İş materialında olan borclu Şəxs izahatından görünür ki, o, işləmədiyi üçün icra vərəqəsi üzrə borcu ödəmədiyini bildirmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 31-33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar