Məhkəmə qərarları › İş №3(011)-2008/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2008/2022

24.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2008/2022 24.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon prokurorluğu tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında 03 iyun 2022-ci il tarixli qərar qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında 03 iyun 2022-ci il tarixli qərarın qəbul olunmasına səbəb kimi Şəxs MMC tərəfindən 2020-ci ilin iyun ayından 2022-ci ilin yanvar ayına qədər olan müddət ərzində fiziki şəxslər X2, X1, X4 və X3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif ünvanlarda işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı göstərilmiş və bununlada hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsinin tələblərinin pozulduğu qeyd edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, təmsil etdiyi hüquqi şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında 03 iyun 2022-ci il tarixli qərar qəbul olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Lakin Şəxs MMC-nin hüquqi ünvanının ünvan 2 nəzərə alaraq o, inzibati xəta haqqında materialın aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri Xətai rayon prokurorluğunun səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə Bakı şəhəri Xətai rayon prokurorluğunun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Şəxs MMC-nin barəsində Bakı şəhəri Xətai rayon prokurorluğu tərəfindən tərtib olmuş inzibati xəta haqqında materialları araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Elektron portaldan əldə olunmuş vergi ödəyiciləri barədə məlumat vərəqəsindən görünür ki, Şəxs MMC xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış, hüquqi ünvanı AZ1102, ünvan 3hkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin hüquqi ünvanının Nəsimi rayonu olduğunu və hüquqi şəxsin nümayəndəsi tərəfindən inzibati xəta haqqında işə hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsi tərəfindən baxılmasına dair vəsatətlə məhkəməyə müraciət olunduğunu nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 109 və 112.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Xətai rayon prokurorluğu tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar