Məhkəmə qərarları › İş №3(011)-2018/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2018/2025

25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2018/2025 25.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Şikayətçi şəxs X11, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X12 iştirakları ilə, X11 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X18 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək , Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti, Bakı şəhər idarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X8 Nazirliyi Xüsusi X16 rəisi vəzifəsini icra edirəm. Bildirirəm ki, barəmdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş xətanı törətdiyim iddiası ilə 03 fevral 2025-ci il tarixində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. İş üzrə icraata 10 yanvar 2025-ci il tarixli MN ******* nömrəli protokola əsasən başlanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini X19 həmin protokola əsasən 03 fevral 2025-ci il tarixli MN ******* saylı qərar qəbul etmişdir. Qərarda qeyd edilir ki, mənim tərəfimdən xx.xx.2024-cü il tarixində Səhiyyə Nazirliyi Xüsusi X17 çalışan X2 əmək müqaviləsinə qanunvericiliyin tələblərini pozaraq xitam verilmişdir. Qərarda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş xətanı törətdiyimə görə 1500 ( bir min beş yüz ) manat məbləğində inzibati cərimənin şərti təyin olunması və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 ( otuz ) gün müəyyən olunması nəzərdə tutulmuşdur. Nəzərinizə çatdırmaq istəyirəm ki, xx.xx.2025-ci il tarixində X2 Səhiyyə Nazirliyi Xüsusi X21 ilə olan əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasımı qanunvericiliyini pozan heç bir addım atılmayıb. X2 əmək müqaviləsinə xitam verilməsi tam şəkildə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun aparılmışdır. X4 əmək. müqaviləsinə xitam verilərkən Səhiyyə Nazirliyi Xüsusi X17 baş mühasibin müavini vəzifəsində çalışırdı. X2 Səhiyyə Nazirliyi Xüsusi X21 ilə bağlanmış 2ZMBVUQ000100 nömrəli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 274 nömrəli əmrlə xitam verilmişdir. Əmrdə işçi X2 öz əmək funksiyasını və öhdəliklərini tez-tez pozması, verilən tapşırıqları dövlət dilini bilmədiyinə görə yerinə yetirməməsi, yetirsə belə qismən yetirməsi, davranış və subordinasiya qaydalarına riayət etməməsi, həmçinin daha öncə verilmiş intizam tənbehlərindən nəticə çıxarmadığı bildirilmişdir. Yuxarıda sadalananlar şəxsin əmək müqaviləsinə qanun çərçivəsində xitam verilməsinə kifayət qədər əsas verir. Əmək müqaviləsinə xitam verilmədən öncə X5ma davranış pozuntuları səbəbilə müxtəlif tarixlərdə müxtəlif inzibati tənbehlər tətbiq olunmuşdur. Şəxs xx.xx.2024-cü il tarixində üzrsüz səbəbdən əmək intizamını pozaraq işə gəlməmişdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixində 238 JV9İİ “Əmək haqqından bir günlük məbləğin tutulması haqqında” əmr verilmişdir. xx.xx.2024-cü il tarixində nahar fasiləsindən sonra özbaşına olaraq iş yerini tərk etmişdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixində 244 JVsli “Əmək və icra intizamının pozulmasını nəzərə alaraq yazılı xəbərdarlıq verilməsi haqqında” əmr verilmişdir. xx.xx.2024-cü il tarixində üzrsüz səbəbdən əmək intizamını pozaraq işə gəlmədiyindən xx.xx.2024-cü il tarixində “Əmək intizamının pozulmasını nəzərə alaraq töhmət verilməsi haqqında” 245 Nsli əmr verilmişdir. AR ƏM-nin 10-cu maddəsinin “a” bəndində nəzərdə tutulan vəzifəsini pozduğunu nəzərə alaraq (kotirovka sorğusunda iştirak etmədiyindən) xx.xx.2024-cii il tarixində 273 JV2İİ “Əmək intizamının pozulmasını nəzərə alaraq şiddətli töhmət verilməsi haqqında” əmr verilmişdir. X1 öz əməlləri əsasında Səhiyyə Nazirliyi Xüsusi X21 tərəfindən verilmiş bütün əmrlərlə bağlı məlumat çatdırılmışdır. Əmrlərin surəti kadrlar üzrə müfəttiş vəzifəsində çalışan şəxs X9 tərəfindən təqdim olunmuşdur. İnzibati tənbehlərin tətbiqi ilə bağlı bütün əmrlər AR ƏM-nin 189-cu maddəsinə uyğun şəkildə verilmişdir. Tətbiq olunan intizam tənbehlərə baxmayaraq, X4 davranış pozuntularına davam etmişdir. X2 iddiası üzrə fərdi əmək mübahisələri barəsində məhkəmə işi başladılmışdır. Bu məsələ üzrə məhkəmə prosesi davam etməkdədir. Məhkəmə prosesi başa çatmamış barəmdə irəli sürülən qanunsuz şəkildə əmək müqaviləsinə xitam vermə iddiaları əsassız hesab olunur. Məhkəmə iclasında şikayətçi şəxs X18 şikayəti ərizəsinin məzmununa uyğun olaraq izahat verərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X15 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X20 bildirmişdir ki, X15 Xidməti tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni olduğundan dəyişdirilmədən saxlanılmalısını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə prosses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X18 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti, Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaş X6 əmək müqaviləsinə xüsusi Tibbi təchizat barəsində xx.xx.2024-ci ildə qanunvericiliyin tələblərini pozaraq xitam verilmiş və haqq-hesabı gecikdirilmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması; 192.6-cı maddəsinə əsasən İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X15 Xidməti, Bakı şəhər idarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini barədə X11 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə qəraraaldı: X15 Xidməti, Bakı şəhər idarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə X11 şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar