Məhkəmə qərarları › İş №3(011)-203/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-203/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-203/2023 19.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Bakı şəhər Xətai rayon prokurorunun köməkçisi X3, Bakı şəhər Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X4, müdafiəçi X5 və təqsirləndirilən şəxs X6 iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X8 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə və vəsatət əsasında verilmiş təqdimata toplanmış ilkin sübutlarla birlikdə qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X4 vəsatəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X8 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi haqqında Xətai rayon prokuroru Sərdar İmanov təqdimatla məhkəməyə müraciət edilmişdir. Təqdimat və vəsatətdə göstərilmişdir ki, X8 xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Xətai rayonu Həzi Aslanov metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,718 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 17 yanvar 2023-cü il tarixdə saat 17:30 dəqiqədə ünvan 1 ünvanda Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb Xətai RPİ-nin 36-cı PB-nə gətirilərək PB-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli gödəkcəsinin döş cibindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,718 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin cinayət işi 18 yanvar 2023-ci il tarixdə Bakı şəhər Xətai RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X7 tərəfindən X6 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmışdır. 17 yanvar 2023-cü il tarixdə X2 RPİ-nin 36-cı PB-nin təhqiqatçısı, polis kapitanı Faiq Şahverdiyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq Xətai RPİnin MSY-nə təhvil verilmişdir. 19 yanvar 2023-cü il tarixdə X8 təqsirləndirilən şəxs qismində cəlb edilib, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs X6 az ağır cinayət törətməsini, azadlıqda qalarsa qaçıb gizlənə biləcəyini, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə ibtidai istintaqın normal gedişinə mane olacağını və digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçıracağını, cəmiyyət üçün təhlükə yaratmasını, yeni cinayətlər törətməsi ehtimalının olmasını, təqsirləndirildiyi maddənin sanksiyasında iki ildən artıq müddətdə azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulduğunu nəzərə alaraq onun barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilməsi xahiş edilmişdir. Bakı şəhər Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi təqsirləndirilən şəxs X6 barəsində həbs qətimkan tədbirinin seçilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X8 törətdiyi əməli səmimi olaraq etiraf edərək 01 ədəd bükümdə narkotik vasitə olan heroini yerdən tapdığını, himayəsində xəstə anasının olduğunu, həbs olunmayacağı təqdirdə müalicə alacağını bildirərək həbs olunmamasını xahiş etmişdir. Təqsirləndirilən şəxs X6 müdafiəçisi təqdimat və vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər Xətai rayon prokurorunun köməkçisi təqsirləndirilən şəxs X6 barəsində həbs qətimkan tədbirinin seçilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqdimat və vəsatəti aşağıdakı qaydada təhlil edərək əsaslı olduğu qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2009-cu il tarixli Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün maddi və prosessual hüquqi əsaslar olmalıdır. Maddi əsaslara diqqət yetirdikdə təqsirləndirilən şəxsə istinad edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə aidiyyətini təsdiq edən kifayət qədər ilkin sübutlar (ekspert rəyi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol) məhkəməyə təqdim edilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilmişdir. Əsaslı şübhənin olması həbs qətimkan tədbirinin seçilməsi üçün zəruri şərtdir. Təqdimatı, cinayət işi üzrə toplanan ilkin sübutları nəzərdən keçirib, cinayət prosesi tərəflərinin təqdimatla bağlı münasibətlərini dinləyib hesab edirəm ki, istintaq tərəfindən toplanılmış ilkin sübutlar təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhənin olmasına kifayət edir. Prosesual əsaslara, yəni həbs qətimkan tədbirinin tətbiqi əsaslarına nəzər saldıqda məhkəmə hesab edir ki, X8 iki ildən artıq müddətdə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsdir. X8 azadlıqda qaldığı təqdirdə yenidən oxşar cinayət törədə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 155.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2009-cu il tarixli Qərarında nümayiş olunan hüquqi mövqeyinə görə şübhəli və ya təqsirləndirilən şəxslərin -cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq, - cinayət qanunu ilə nəzərdə tutulan əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq, -cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməmək və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və ya cəza çəkməkdən boyun qaçırmaq, - məhkəmə hökmünün icrasına maneə törətmək kimi ehtimalların mövcud olduğu toplanmış materiallarda öz əksini tapdıqda təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbiri seçilə və uzadıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Qərarlarında da eyni mövqe nümayiş etdirilməklə cinayət əməli törətməkdə şübhələnən şəxsin hökm çıxarılana qədər həbs edilməsi üçün dörd vacib və məqbul əsaslar təsbit edilmişdir: - təqsirləndirilən şəxsin məhkəməyə gəlməyəcəyi təhlükəsinin olması, təqsirləndirilən şəxsin azad olunduğu təqdirdə ədalət mühakiməsinin həyata keçirilməsinə maneə törədəcəyi riski, - digər cinayət əməlləri törədəcəyi riski və ictimai qaydanı pozması riski. Azərbaycan Respublikası CPM-nin 155.1-155.1.5-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və ya təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqandan gizlənmək, yenidən cinayət törətmək və cəmiyyət üçün təhlükə yaratmaq, çağırışlara gəlməmək, cəza çəkməkdən boyun qaçırmaq, məhkəmə hökmünün icra edilməsinə maneə törətmək etimalının kifayət qədər mövcudluğu həbs qətimkan tədbirinin seçilməsinə əsas verir. Azərbaycan Respublikası CPM-nin 155.3.1-ci maddəsinə əsasən 2 ildən artıq müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxs barəsində həbs qətimkan tədbiri tətbiq oluna bilər. Azərbaycan Respublikası CPM-nin 158.1-ci maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı qətimkan tədbiri qismində həbs seçilməsi barədə qərar qəbul edərkən məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətini böyük ictimai təhlükə törətməyən cinayət törədilməsinə görə 2 (iki) ay həddində, az ağır cinayət törədilməsinə görə 3 (üç) ay həddində, ağır və xüsusilə ağır cinayət törədilməsinə görə isə 4 (dörd) ay həddində müəyyən edir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə təqdimat və vəsatəti araşdırarkən maddi və prosessual normaları, təqsirsizlik prezumpsiyasını, şəxsi azadlığa hörmət prinsipini, ictimai maraq tələblərinin mövcudluğunun lehinə və əleyhinə dəlalət edən bütün faktları araşdıraraq X6 azadlıqda qaldığı təqdirdə yenidən oxşar cinayətlər törətmək ehtimalının yüksək olmasını nəzərə alaraq hesab edir ki, təqdimat və vəsatət təmin edilməli, X8 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilməli, həbsetmənin əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 154-158 və 452-ci maddələrini rəhbər tutub, Q Ə R A R A A L D İ: Təqdimat və vəsatət təmin edilsin. xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işləməyən, orta təhsilli, subay, məhkum olunmuş, Bakı şəhəri Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 2942 A, mənzil 248-də qeydiyyatda olmaqla yaşayan X8 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilsin. Həbsetmənin əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilsin. X1 üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilsin. Qərar elan olunduqdan sonra 3 (üç) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi və ya bilavasitə həbsdə saxlama yeri müdiriyyətinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar