Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2030/2020 12.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Şəxs QSC) barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə xx xxxxxxxx 2020-ci il tarixli, 00100-2000/20 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs QSC-nin ünvanına Rusiya Federasiyasından 99MJ812/99ZD812 nömrəli nəqliyyat vasitələri ilə daxil olmuş yüklər xx.xx.2020-ci il tarixli, **********4843 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. xx.xx.2020-ci il tarixli, **********4843 sorğu nömrəli gömrük bəyannaməsi və digər sənədlərin düzgünlüyünün araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs QSC-nin ünvanına99MJ812/99ZD812 nömrəli nəqliyyat vasitələri ilə daxil olmuş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini küçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Araşdırma zamanı Şəxs QSC-nin ünvanına daxil olmuş 99MJ812/99ZD812 nömrəli nəqliyyat vasitələrinin xx.xx.2020-ci il tarixdə saat 11:52-də Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olduğu, lakin həmin nəqliyyat vasitəsində gömrük ərazisinə gətirilən mallara dair elektron qaydada qısa idxal bəyannaməsinin verilmədiyi məlum olmuşdur. Nəticədə Şəxs QSC tərəfindən İXM-nin 485.2-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2020-ci il tarixli, 34/012/026313 saylı raport, xx.xx.2020-ci il tarixli, **********4843 saylı gömrük bəyannaməsi, 99MJ812/99ZD812 nömrəli nəqliyyat vasitəsinin CMR sənədi, 99MJ812/99ZD812 nömrəli nəqliyyat vasitəsinin gömrük ərazisinə daxil olma vaxtını təsdiqləyən VA/S proqram təminatından çıxarış və Şəxs QSC-nin nümayəndəsinin izahatı ilə təsdiq olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli, 34/012/026313 nömrəli rapotrdan görünür ki, Şəxs QSC-nin ünvanına 99MJ812/99ZD812 nömrəli nəqliyyat vasitələri ilə ölkə ərazisinə daxil olmuş **********4843 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş yük üçün qısa idxal bəyannaməsi vaxtında tərtib olunmamışdır; Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs QSC-nin ünvanına 99MJ812/99ZD812 nömrəli nəqliyyat vasitələri ilə göndərilmiş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2020-ci il tarixdə saat 11:52-də daxil olmuş, lakin həmin nəqliyyat vasitəsində gömrük ərazisinə gələn mallara dair elektron qaydada gısa idxal bəyannaməsi verilməmişdir; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsinin barəsində icraat aparılan şəxsin nümayəndəsinin sorğu-sual edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Ağamirzəli Şövqü Dövlət oğlu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Gömrük İdarəsində sorğu-sual edilmiş və Ş.D.Ağamirzəli ona verilən suallara cavab olaraq bildirmişdir ki, nümayəndəsi olduğu Şəxs QSC-nin ünvanına 99MJ812/99ZD812 nömrəli nəqliyyat vasitələri ilə daxil olmuş yüklərə dair tərəflərindən qısa idxal bəyannaməsi verilməmişdir. Buna səbəb kimi həmin malların hansı tarixdə göndərilməsi barədə müəssisəni məlumatlandırmaması olmuşdur. Gömrük qaydalarının pozulduğunu bilir və bir daha bu kim halın təkrarlanmasına çalışılacaqdır; Azərbaycan Respublikası Dövlət Gömrük BBGİ-nin Əməliyyat və Təhqiqat ŞöbəsininTəhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X1 tərəfindən tərtib edilmiş İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxxxxxx 2020-ci il tarixli, 00100-2000/20 nömrəli protokoldan görünür ki, «Şəxs QSC-nin ünvanına daxil olmuş 99MJ812/99ZD812 nömrəli nəqliyyat vasitələrinin xx.xx.2020-ci il tarixdə saat 11:52-də Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, lakin həmin nəqliyyat vasitəsində gömrük ərazisinə gətirilən mallara dair elektron qaydada qısa idxal bəyannaməsi verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 10.1-ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs QSC-nin ünvanına 99MJ812/99ZD812 nömrəli nəqliyyat vasitələri ilə daxil olan yüklərə dair idxalatçı tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idaxl bəyannaməsi verilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs QSC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs QSC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-2030/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2030/2020
12.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver