Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2031/2023 19.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-ci Polis Bölməsinin sahə inspektoru X1 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 12 may 2023-cü il tarixində Bakı şəhər Xətai İcra şöbəsində yəni ictimai qaydanı pozan, yəni fiziki şəxslərin üzəridə zor tədbiq olunması ilə və ya zor tədbiq olunması ilə müşayiət olunan hərəkətlər etməklə xırda xuliqanlıq etməklə, Azərbaycan Respublikası İnziabti Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında bildirmişdir ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən həyat yoldaşı barəsində verilmiş axtarış işi ilə əlaqədar olaraq həmin şöbəyə yaxınlaşmışdır. İcra məmuru Xatir ondan 200 manat pul istədiyi üçün bu barədə Ədliyyə Nazirliyinə şikayət vermişdir. Bu səbəbdən onu Xətai İcra Şöbəsinə istiqamətləndirmişlər. O da, şöbəyə getdikdə şöbənin rəisi onu təhqir etmişdir. İcra məmuru Xatir Məmmədov hadisə baş verərkən orada olmamışdır. Özü bu barədə 102 xidmətinə müraciət etmişdir.Onun himayəsində azyaşlı uşağı vardır. Barəsində inzibati cərimə növündə tənbeh tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı PB-nin sahə inspektoru polis mayoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-in 510-cu maddəsi ilə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, xx.xx.2023-cü il tarixində Xətai rayon İcra şöbəsinin icraatında olan borclu Şəxs şöbəyə gələrək əsassız olaraq həyat yoldaşının barəsində əssasız axtarış verilməsini əsas gətirərək, onun və şöbənin digər əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Şəxs onun barəsində 200 manat pul istəməyi ilə bağlı bildirdikləri şər-böhtandır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixində Şəxs Xətai rayon icra şöbəsinə gələrək vətəndaşların yanında icra məmurlarına qarşı nalayiq ifadələr işlətmişdir. Həmin şəxs saat 10:00-dan 10:30-dək şöbənin iş fəaliyyətini pozmuşdur. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şəxs Xətai rayon icra şöbəsinin iş qrafikini xx.xx.2023-cü il tarixində saat 10:00-dan 10:30-dək şöbənin iş fəaliyyətini pozmuşdur. xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, saat 10:00-dan 10:30dək şöbənin iş fəaliyyətini pozmuşdur. “AZEMİS” elektron məhkəmə sistemindən görünür ki, Şəxs barəsində xx.xx.2008-ci il təvəllüdlü X5 adlı övladı var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 510-cü maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, raport və işin halları ilə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Xətai rayon icra şöbəsində şöbənin iş fəaliyyətinə mane olmaqla xırda xuliqanlı etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Nəbiyev X2 Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsdə saxlamanın əvvəli xx.xx.2023-cü il tarixdə saat 12:40-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 5 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2023-cü il tarixdə saat 12:40-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-2031/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2031/2023
19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver