Məhkəmə qərarları › İş №3(011)-2032/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2032/2025

08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2032/2025 08.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, X1 iştirakı ilə, X1 Nizami rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun tələbə olmağını, idarə etdiyi motosikleti yalnız universitetə gedib gəlmək üçün idarə etməyini nəzərə alaraq, Nizami rayon DYPŞ-nin əməkdaşının qanunsuz olaraq nəqliyyat vasitəsini ölçmədən Bakı şəhər Nizami rayon X18 TP ******* saylı şöbəsinin inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və həmin qərar əsasında xx.xx.2025-ci il tarixdə etdiyi 500 manat ödənişin geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon X17 Şöbəsinin əməkdaşı tərəfindən şikayətçi barəsində ZONTES ZT 150-8A markalı 99-A635 dövlət qeydiyat nişanlı motosiklı xx.xx.2024-cü il tarixli protokol tərtib edərək 500 manat məbləğində cərimə etmişdir. Bakı şəhəri Nizami rayon X17 Şöbəsinin əməkdaşı protokolu tərtib edərək "ZONTES ZT 150-8A markalı motosiklın mühərrikin səs gücünün artırılması məqsədilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələbləri pozmaqla avadanlıqların dəyişdirilməsi nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdilməsi barədə qanunsuz olaraq protokol tərtib etmişdir. Nizami rayon X17 Şöbəsinin əməkdaşları heç bir sübut olmadan əsassız, ekspertin, mütəxəsisin səlahiyyətlərini mənimsəyərək səsaşmasını ölçmədən göz ilə təyin edərək protokol tərtib etmişdir və həmin protokol əsasında xx.xx.2025-ci il tarixli qərar verilmişdir. Bakı şəhəri Nizami rayon X13 qərarı əsassız sayılmalıdır, belə ki, polis əməkdaşı idarə etdiyi nəqliyyat vasitəsinin səs gücünü öz fikri ilə təyin edərək guya onun idarə etdiyi nəqliyyat vasitəsinin mühərrikinin səs gücünü dəyişdilməyi haqqında protokol yazmışdır. Həmin protokol yeddi aydan sonra şikayətçinin tələbi əsasında qərar verilmişdir ki, həmin qərar qanuna və ədalətə uyğun deyildir. X17 Nəqliyyat vasitəsinin mühərrikinin nömrəsini qeyd etmədən nəqliyat mütəxəsisinin rəyini almadan qanunsuz olaraq xx.xx.2024-cü il tarixdə protokol tərtib etmiş və hansı səbəblərdənsə həmin protokolu gizlətmiş, şöbəyə təqdim etməmişdir. Uzaqda yaşadığı üçün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 3-cü kurs tələbəsi kimi motosikleti gündəlik dərsə gedib gəlmək üçün istifadə etmişdir. Başqa işlər üçün istifadə etməmişdir. Bakı şəhəri Nizami rayon X17 Şöbəsinin əməkdaşı şikayətçinin vəziyyətini nəzərə almadan qanunsuz yalandan barəsində 500 manat cərimə tənbehi yazmışdır. Məhkəmə iclasında X2 ərizənin məzmununa uyğun izahat verərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olduğunu bildirmiş, bu səbəbdən də həmin qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. O, izahatında bildirmişdir ki, motosikleti satmalı olduğundan tələb edilən cəriməni ödəmək məcburiyyətində qalmışdır. Lakin tərtib edilmiş qərar əsasında 450 manat ödəniş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı izahatı alınmış dindirilmiş Nizami rayon DYPŞ-nin Yol Patrul Xidməti inspektoru X10 izahatında bildirmişdir ki, X4 idarə etdiyi motosiklın mühərrikin səs gücünün artırılması məqsədilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələbləri pozmaqla avadanlıqların dəyişdirilməsi nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdilməsini müəyyən etdiyindən, barəsində protokol tərtib edilmişdir. Nəqliyyat vasitəsinin avdanlığının dəyişdirilməsi və səs gücünün normativ tələblər pozularaq artırılması Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xüsusi cihaz vasitəsilə müəyyən edilmiş və bu barədə tərtib edilmiş müayinə aktı da aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X11 izahatında bildirmişdir ki, o, X9 və başqa 2 nəfərlə birlikdə motosikl sürərkən polis əməkdaşı onları saxlamış, Üzeyirin motosiklındə səs gücləndiricilər normal olmuş, buna baxmayaraq polis əməkdaşı həm onun, həm də Üzeyirin motosiklını duracağa yerləşdirmişdir. O, motosiklı qeydiyyat nömrəsi olmadan idarə etdiyinə görə polis əməkdaşı onu saxlamışdır. Məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, o, Üzeyir və Muradla birlikdə oalrkən polis əməkdaşı onlara yaxınlaşmış, polis X4 motosiklının səs gücünün artırıldığını bildirmiş, heç bir yoxlama aparmadan, sadəcə vizual baxış keçirməklə protokol tərtib etmiş, daha sonra bütün motosikllər cərimə meydançasına aparılmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nizami rayon DYPŞ-nin polis mayoru X3 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X4 xx.xx.2024-cü il tarixdə, saat 01:01-də “ZONTES ZT 150-8A” markalı 99A635 dövlət qeydiyyat nişanlı motosikılı idarə edərkən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsi göstərilmiş və ona İnzibati Xətalar Məcəlləsinin 342.3 və 342.2.2-ci maddələri ilə protokol tərtib edilmiş və 500 manat məbləğində cərimə tətbiq edilmişdir. Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə 18 iyul 2024cü il tarixli 278 saylı aktın surətindən görünür ki, X4 idarə etdiyi “ZONTES ZT 150-8A” markalı 99A635 dövlət qeydiyyat nişanlı motosikl həmin tarixdə gecə saat 01 radələrində mühafizə olunan duracağa yerləşdirilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-3673/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.3-cü maddələri ilə tərtib edilmiş 18 iyul 2024-cü il tarixli İXP saylı ******* saylı inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami rayon polis idarəsinin X18 şöbəsinə geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.3-cü maddəsinə əsasən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X4 xx.xx.2024-cü il tarixdə, saat 01:01-də “ZONTES ZT 150-8A” markalı 99A635 dövlət qeydiyyat nişanlı motosiklı idarə edərkən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsi göstərilmiş və ona İnzibati Xətalar Məcəlləsinin 342.3 və 342.2.2-ci maddələri ilə protokol tərtib edilmiş və 500 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta haqqında protokolu tərtib edən şəxs X9 barəsində tərtib edilmiş iş materiallarının, həmçinin müayinə aktının Nizami Rayon Məhkəməsinə təqdim edildiyini bildirmiş, məhkəmə də X9 barəsində toplanmış inzibati materialların surətinin təqdim edilməsi ilə bağlı Nizami Rayon Məhkəməsinə sorğu vermişdir. Nizami Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nizami rayon polis idarəsindən X4 barəsində Azərbaycan Respublikası İXMnin 342.2.2 və 342.3-cü maddələri ilə olan inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuş, məhkəmənin 05 avqust 2024-cü il tarixli 3(007)-3673/2024 nömrəli qərardadı ilə material geri qaytarılmışdır. Həmin materialın "Elektron məhkəmə informasiya sisteminə əlavə edilmiş surətləri Sizə göndərilir, əlavə olaraq bildiririk ki, materiala inzibati xəta haqqında protokol, sürücülük vəsiqəsi, izahat, nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi barədə akt və CD disk əlavə edilmişdir. Materiala "müayinə aktı" adlı sənəd əlavə olunmamışdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar məcəlləsinin hazırkı madəsi ilə protokol tərtib edilməsinə əsas mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması olmuşdur. Avadanlığın mühərrikin səs gücünü artırıb artırmamasını protokol tərtib edən şəxs xüsusi avadanlıq vasitəsi ilə ölçməli və səsin müəyyən edilmiş normativlərdən yüksək olması müəyyən edildiyi halda protokol tərtib edilməli idi. Hazırkı iş üzrə səlahiyyətli orqanın nümayəndəsi belə müayinə aktının mövcud olduğunu bildirsə də bu akt mhkəməyə təqdim edilməmiş, şıkayət verən şəxs isə hər hansı müayinənin kemirilmədiyini bildirmişdir. Odur ki,inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Eyni zamanda məhkəmə şikayətin ödənilmiş 500 manat pulun şikayətçiyə geri qaytarılmasına dair hissəsinə qiymət verərək hesab edir ki, şikayət bu hissədə qismən təmin edilməlidir. Belə ki, şikayətçi 500 manat cərimə ödənişinin ona qaytarılmasını xahiş etsə də, məhkəmə iclasında verdiyi izahatda 450 manat cərimə ödədiyini bildirmişdir. Nə qədər ki, hazırkı qərarla inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir, ödənilmiş 450 manat vəsait də X2na geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Nizami rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərardan X4 verdiyi şikayəti qismən təmin edilməli, barəsində Nizami rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, ödənilmiş 450 manat vəsait X6 geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti qismən təmin edilsin. Nizami rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. X9 tərəfindən ödənilmiş 450 (dörd yüz əlli) manat vəsait onun özünə qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar