Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2033/2020 13.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aprılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2, nümayəndəsi və vəkili X4 və Dövlət Reklam Agentliyinin nümayəndəsi X3 iştirakları ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyindən daxil olmuş inzibati materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı protokol tərtib olunmuş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi hüquqi şəxs Şəxs MMC tərəfindən Bakı şəhəri Xətai rayonu Nobel prospekti 189 ünvanında müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi göstərilmişdir. Məhkəmə iclasında Dövlət Reklam Agentliyinin nümayəndəsi X5 protokolu müdafiə edərək Şəxs MMC barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X7 göstərdi ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Bakı şəhəri Xətai rayonu Nobel prospekti 189 ünvanında reklam qurğusunun üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi hər hansı sənədlə öz təsdiqi tapmamışdır. Belə ki, inzibati xəta haqqında protokoldan da göründüyü kimi, hüquqi şəxs Şəxs MMC tərəfindən İXM-nin 428.7.1-ci maddəsi ilə nəzrədə tutlmuş inzibati xətanı hansı tarixdə və hansı şəraitdə törədilməsi göstərilməmiş, materiala əlavə edilmiş fotoşəkillər də köhnə vaxtları əhatə etmiş, yəni inzibati xətanın törədilməsi vaxtına təsadüf etməmiş və fotoşəkillər də belə tarix göstərilməmişdir. Bundan əlavə, səlahiyyətli orqan tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan zaman hüquqi şəxsin nümayəndəsi işə dəvət olunmamış, iştirakı təmin edilməmiş və səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən kor-koranə şəkildə, heç bir qanuni əsası olmadan, pozuntuya yol verilməklə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aprılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X6, digər nümayəndə və vəkil X4 izahatın məzmununa uyğun izahat vermişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət X1 və Nəzarət şöbəsinin baş müfəttişi X8 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, səlahiyyətli orqan tərəfindən, inzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi hüquqi şəxs Şəxs MMC tərəfindən Bakı şəhəri Xətai rayonu Nobel prospekti 189 ünvanında müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi göstərimişdir; Azərbaycan Respublikası Dövlət Reklam Agentliyininhüquqi şəxs Şəxs MMC-nə ünvanladığı inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak barədə xx xxxxxxxx 2020-ci il tarixli, 04-08/414 nömrəli məktubdan görünür ki, səlahiyyətli orqan tərəfindən hüquqi şəxsin inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməsi üçün xx xxxxxxxx 2020-ci il tarixdə saat 12:00-da məktubda göstərilən ünvana nümayəndəsinin gəlməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir; 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər; 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar; 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır; 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır; 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur; 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur; 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə yuxarıda sadalanan qanunun tələbləri rəhbər tutaraq qeyd edir ki, inzibati xəta haqqında protokolda hüquqi şəxs Şəxs MMC tərəfindən Bakı şəhəri Xətai rayonu Nobel prospekti 189 ünvanında müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi göstərilsə də, hüquqi şəxs Şəxs MMC tərəfindən İXM-nin 428.7.1-ci maddəsi ilə nəzrədə tutulmuşinzibati xətanıhansı tarixdə törədilməsi göstərilməmişdir. İnzibati xətanın hansı tarixdə törədilməsinin göstərilməməsi müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə əsaslarının olub-olmamasının müəyyən edilməsini mümkünsüz edir və işə baxarkən bu natamamlığın aradan qaldırılması qeyri-mümkündür. Bundan başqa, səlahiyyətli orqan hüquqi şəxsə inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməsi üçün xx xxxxxxxx 2020-ci il tarixli məktub göndərərək xx xxxxxxxx 2020-ci il tarixdə saat 12:00-a məktubda göstərilən ünvana nümayəndənin gəlməsini xahiş etmiş, məhktubun göndərilməsinə dair inzibati xəta haqqında protokola hər hansı sənəd əlavə edilməmiş, həmçinin, bir gün müddətinə poçt vasitəsi ilə məktubun çatdırılması inandırıcı olmamışdır. Qanunvericiliyin tələblərinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilməli olduğu halda, bu edilməmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolda hüquqi şəxsin nümayəndəsinə İXM-in 112.1.5-ci maddəsinə uyğun olaraq hüquq və vəzifələrinin izah edildiyi göstərilsə də, həmin şəxs barəsində hər hansı məlumat qeyd edilməmiş, sadəcə “protokolun tərtib olunmasında iştirak etmədiyi” qeyd edilmiş, bununla da protokolu tərtib edilmiş şəxs tərəfindən kimə hüquq və vəzifələr izah edildiyi öz əksini tapmamışdır. O cümlədən, təqdim edilmiş inzibati xəta haqqında protokol hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamış, imzalamaqdan imtina edildiyi halda bu barədə protokolda hər hansı qeyd aparılmamış, hüquqi şəxsin nümayəndəsinin izahatı göstərilməmiş, eyni zamanda «protokolun surətini aldım» qrafası doldurulmamış, yəni protokolun inzibati xətaya yol vermiş şəxs tərəfindən alındığı və ya almaqdan imtina edildiyi barədə məlumat öz əksini tapmamışdır. Odur ki, qeyd olunanları məhkəmə inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyrimümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) geri qaytarılsın. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-2033/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2033/2020
13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver