Məhkəmə qərarları › İş №3(011)-206/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-206/2025

09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-206/2025 09.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2174/2020 nömrəli, xx.xx.2020-ci il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 2312/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İcra məmuru X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2174/2020 nömrəli, xx.xx.2020-ci il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2312/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərinə əsasən Şəxs icra sənədi üzrə borcundan heç bir ödəniş edilməmişdir. Bununla da borclu icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. İcra sənədi üzrə borclunun yönəldilə biləcək hər hansı bir əmək haqqısı və hər hansı bir əmlakı yoxdur. Lakin borclu borcunu hissə-hissə ödəməyə razı olduğunu bildirmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tənbeh tədbirinin görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, iddia olunan 31000 manat ona əlbəəl verilməyib. Digər tələbkar Pərvizlə onun arasında müqavilə bağlanmış, lakin iş yerinə yetirilmədi, müştəri ödəniş etmədiyi üçün borc onun üstündə qaldı. Bu müddət ərzində səhəti ilə bağlı işləyə bilmədiyi üçün borcunu ödəyə bilməmişdir. Lakin borcun ödənilməsindən boyun qaçırmır. Hazırda işə yeni düzəldiyini və himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq ona cərimə cəzasının verilməsini xahiş etdi. Əlavə olaraq həbs olunduğu halda işdən çıxarılacağını və borcunu ödəyə bilməyəcəyini, borcunu birdəfəlik deyil hissə-hissə ödəyə biləcəyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirdi ki, ona bir il ərzində heç bir ödəniş olmayıb. Kredit götürüb, borca giribdir. Borcunun hissə-hissə ödənilməsinə razı deyildir. Borcun tam şəkildə ödənilməsini tələb edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2174/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cəmi 490.40 manat məbləğində borcunu və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2312/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cəmi 31183 manat məbləğində borcunu ödəməmişdir. Bununla da borclu icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2174/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, cəmi 490.40 manat məbləğində pul Şəxs alınaraq "xxxx" SŞ ASC-yə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs icra sənədini könüllü icra etməsi xahiş olunmuş, hüquq və vəzifələri başa salınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin “icraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildiriş göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2312/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs cəmi 31183 manat məbləğində pul alınaraq iddiaçı X3 ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borclu Şəxs icra sənədinin icra olunması üçün könüllü icra etməsi xahiş olunmuş, hüquq və vəzifələri başa salınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin “icraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 31-33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D I: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar