Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-207/2023 03.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X7, X1 və etibarnamə üzrə nümayəndəsi “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, yəni X3 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə (“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasma görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir) 1500 manat məbləğində cərimə olunmuşdur. Bu barədə MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokol və onun əsasında MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərar qəbul olunmuşdur. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, onun barəsində tərtib olunmuş MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokol və onun əsasında qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərar tamamilə qanunsuz və əsassızdır:
1. İnzibati xəta tərkibinin olmaması inzibati xəta haqqında icraata xitam verilməsi ücün əsasdır. Belə ki, MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol xx.xx.2022-ci il tarixində ona təqdim edilmişdir. xx.xx.2022ci il tarixində o, protokolu tərtib etmiş inzibati orqanın əməkdaşları ilə əlaqə yaratmış və ona deyilmişdir ki, inzibati xəta tərkibi aradan qaldırılarsa və bu barədə onlara məlumat verilərsə, inzibati xəta haqqında işə baxılarkən protokol ləğv ediləcək və inzibati xəta haqqında işə xitam veriləcəkdir. O, xx.xx.2022-ci il tarixində, yəni həmin gün "xxxx" Sığorta Şirkəti ASC ilə **********624 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlamış və nəticə etibarilə inzibati xəta tərkibi tamamilə aradan qaldırılmışdır. Həmçinin o, dərhal protokolu qəbul etmiş inzibati orqana sözügedən müqavilə və müqavilə üzrə ödənişlərin əks olunduğu qəbzlərin bir nüsxəsini təqdim etməklə məlumatlandırmışdır. Lakin faktiki olaraq inzibati xəta tərkibi mövcud olmasa belə müvafiq inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixində onun tərəfindən təqdim edilmiş sənədlər nəzərə alınmadan MN ******* nömrəli qərar qəbul edilmişdir. Qeyd edilməlidir ki, AR İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 2. Onun iştirakı olmadan inzibati xəta haqqında icraat aparılmış, sənədlər tərtib və qəbul edilmişdir. İlk olaraq bildirilir ki, onun protokolun tərtib edilməsində iştirak etmədiyi elə həmin protokolda qeyd edilmişdir. Halbuki, o, bilərəkdən deyil, məhz bu barədə məlumatlı olmaması səbəbi ilə iştirak edə bilməmişdir. Həmçinin ona X12 Xidmətinin Bakı ərazi idarəsi tərəfindən xx.xx.2022-ci il tarixində xx.xx.2022-ci il tarixli bildiriş və protokol göndərilmiş, həmin bildirişlə İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən 14 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında işə baxılması 26 dekabr 2022-ci il saat 11:00-a təyin olunmuşdur. O, sözügedən tarixdə həmin inzibati xəta haqqında işə baxılmasında iştirak etməsi məqsədilə müvafiq inzibati orqanın bildirişdə qeyd etdiyi ünvana getsə də, işə baxış keçirilməmiş, bir neçə gün keçdikdən sonra isə məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixində onun barəsində MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Buradan da görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən məsələyə etinasız yanaşılmış, barəsində inzibati xəta haqqında iş aparılan şəxsin ehtiyatsızlıqdan və ya qəsdən nə inzibati xəta haqqında protokol tərtib edilərkən, nə də inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən iştirakı təmin edilməmişdir. Nəticə etibarilə onun konstitusion hüququ - özünü müdafiə hüququ çox kobudcasına pozulmuş, təqdim etmiş olduğu sübutlar nəyinki tədqiq edilmiş, hətta tamamilə nəzərə alınmamışdır.
3. İnzibati orqanın qərarı birbaşa AR İnzibati Xətalar Məcəlləsinin vəzifələrinə ziddir. Belə ki, AR İXM-in 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanı tar iya- epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydam və ictimai təhlükəsizliyi, ətraf miıhitı. idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhz o da protokolu aldıqdan dərhal sonra inzibati xəta hadisəsini aradan qaldırmış və inzibati orqan tərtib etmiş olduğu protokol sayəsində İXM-in əsas vəzifəsinə nail olmasına baxmayaraq, vəzifə səlahiyyətlərini aşmış və yenə də şəxs barəsində inzibati tənbeh tədbiri haqqında qərar qəbul etmişdir. İnzibati orqan isə nə ona təqdimat təqdim etmiş, nə də inzibati xətanın aradan qaldırılmasına dair sübutları qəbul etmişdir. Hətta inzibati orqan qərar qəbul etməkdə haqlı olsa belə, inzibati tənbeh vermə haqqında qərarı deyil, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etməli və inzibati xəta tərkibinin aradan qaldırılması üçün vaxt verməli, xəta aradan qaldırılmazsa, o halda cərimə tətbiq edilməli idi. Lakin inzibati orqan bu nüansda da, onun hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında X2 və onun nümayəndəsi X10 hər biri ayrı-ayrılıqda şikayət ərizəsində göstərilən xüsusatları təsdiqləyərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X11 xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək X8 tərəfindən Azərbaycan Respublikası ƏM-nin 225-ci maddəsinin tələblərinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 1500 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəməyə təqdim olunmuş X8 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli icbari sığorta müqaviləsindən də görünür ki, inzibati xəta hadisəsi tərəflərindən aşkar olunduqdan sonra şikayətçi tərəfindən icbari sığorta müqaviləsi bağlanmışdır. Odur ki, o, X8 tərəfindən Azərbaycan Respublikası İXMnin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini və tərəfindən verilmiş şikayət ərizəsinin əsassız olduğunu bildirərək inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayətçinin və onun nümayəndəsinin, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 Azərbaycan Respublikası ƏM-nin 225-ci maddəsinin tələblərinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X13 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası ƏM-nin 225-ci maddəsinin tələblərinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1500 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən X5 ünvanlanmış 14 dekabr 2022-ci il tarixli bildirişdən görünür ki, X5 barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxılmasının 26 dekabr 2022-ci il tarixə saat 11:00-a təyin olunması barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin 26 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar X5 göndərilmişdir. X8 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən görünür ki, fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı qanunvericilikdə müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyini üzərinə götürmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsi elektron sənəd formasında “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlanılır. İcbari sığorta müqaviləsinin məzmunu və forması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən 14 dekabr 2022-ci il tarixdə X4 Azərbaycan Respublikası ƏM-nin 225-ci maddəsinin tələblərinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməməsi faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə 1500 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X2 hazırki şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı olmadığını və həmin protokola əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın əsassız olduğunu bildirərək əlavə olaraq qeyd etmişdir ki, o, barəsində inzibati xəta haqqında protokol tərtib olunduğunu öyrəndikdən sonra xx.xx.2022-ci il tarixində "xxxx" ASC ilə **********624 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlamış və nəticə etibarilə tərəfindən inzibati xəta tərkibi tamamilə aradan qaldırılmışdır. Lakin qeyd olunan faktla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta haqqında protokol və iş materiallarına əlavə olunmuş digər sənədlərdən görünür ki, X8 tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmalarının təmin edilməməsi faktı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən 14 dekabr 2022-ci il tarixdə aşkar edilmiş və həmin tarixdə protokol tərtib edilmişdir. Protokol tərtib edildikdən 6 gün sonra 20 dekabr 2022-ci il tarixdə sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmışdır. Odur ki, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir, həmçinin X4 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi, inzibati icraatın başlaması haqqında bildirişin və inzibati tənbeh vermə haqqında qərarın vaxtında şikayətçiyə göndərilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Axundov