Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2084/2021 18.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Xətai Rayonu DYPŞ-nin Axtarış üzrə inspektor polis kapitanı X4 oğlu tərəfindən 01 may 2021-ci il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında İXP seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir, ondan ötrü ki, Şəxs 18 mart 2021-ci il tarixdə saat 16:00 radələrində idarə etdiyi “Mercedes-Benz 190 minik” markalı **-OM-*** qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsindən dönərək S.Orucov küçəsi ilə baş yolla saatda 60 km sürətlə hərəkətdə olarkən avtomobilin qabaq hissəsi ilə A.İsmayılov küçəsi ilə S.Orucov küçəsi istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai Grandeur minik” markalı **-GY-*** qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuş, nəticədə hər iki sürücünün xəsarət alması və avtomobillərin zədələnməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Bakı şəhər Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Münasib Əliyev tərəfindən 17 aprel 2021-ci il tarixində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsilə toplanmış material baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən bu inzibati xəta haqqında protokol (prokurorun qərar) tərtib edildiyi vaxtdan 48 saat müddətində hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, eləcə də iş materialını araşdıraraq hesab edir ki, material geri qaytarılmalıdır. Belə ki, Şəxs Bakı şəhər Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Münasib Əliyev tərəfindən 17 aprel 2021-ci il tarixində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında şikayət verərək göstərmişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qanunsuz və əsassız olaraq qəbul edilmişdir. 17 aprel 2021-ci il tarixli qərarda göstərilmişdir ki, toqquşma 48,5 metr məsafə olaraq müəyyən edilmişdir, lakin o, həmin nəqliyyat vasitəsini 3 metr məsafədə görmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, Bakı şəhər Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Münasib Əliyev tərəfindən 17 aprel 2021-ci il tarixində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə Şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayəti daxil olduğundan və həmin şikayət üzrə yekun qərar qəbul edilmədiyindən, işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində toplanmış material natamam olduğundan və işə baxılıb tamamlamaq mümkün olmadığından həmin material Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X1ytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə toplanmış material natamam olduğundan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X1ytarılsın. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2084/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2084/2021
18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver