Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2084/2024 29.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun qanuni nümayəndəsi X4, zərərçəkmiş şəxs X1, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-in sahə inspektoru X6 iştirakları ilə, xx.xx.2006-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəsbəsi, Ab yaşayış sahəsi, ev 16, mənzil 137 qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 müraciəti əsasında Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində aparılmış təhqiqat araşdırması ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 23/99, mənzil 21-də yaşayan X5 ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə işlədiyi ünvan 1 ünvanında yerləşən Katv-1 inzibati binasında olan zaman özünə məxsus 5243 7544 4269 5589 saylı Uni Bank debet kartından naməlum şəxslər tərəfindən 914 manat pulunun hissə-hissə çıxarılmasını bildirmiş, faktla bağlı hadisə yerinə baxış keçirilmiş, çəkilmiş fotoşəkillər materiala əlavə edilmiş, əməli törətmiş şəxslərdən Şəxs müəyyən edilərək izahatı alınmış, eyni zamanda törədilmiş əməldə cinayət tərkibi olmadığından toplanmış material üzrə 29 may 2024-cü il tarixdə cinayət işinin başlanılması rədd olunaraq xırda talama törətmiş Şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Hazırda məhkəməyə təqdim edilmiş 29 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə X1 60 manat pulunu dələduzluq yolu ilə Şəxs mənimsəmişdir. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Şəxs bildirmişdir ki, “teleqram” sosial şəbəkəsində “illeqalizm” adlı kanaldan Abdullayeva Sevincə məxsus kartı götürmüşdür. Səhifənin admini kibercinayətkarlıqla məşğul olur. Həmin şəxs kartları çəkib qrupda paylaşır. O da Sevinc xanımın kartını götürüb “BOLTFOOD”-dan 66 manat miqdarında elektron qəlyan sifariş vermiş və həmin qəlyanları 40 manata satmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirmişdir ki, onun 5243-7544-4269-5589 saylı kartından 999.89 TRY “TRENDY”, 28.49 manat “BOLT FOOD”, 66.4 manat “BOLT FOOD”, 149 ABŞ dolları “TOPSTEPTRA”, 149 ABŞ dolları “TOPSTE”-yə pulları kibercinayətkarlıqla köçürülmüşdür. Dediklərinin təsdiqi olaraq "xxxx" ASC-dən müvafiq bank çıxarışını məhkəməyə təqdim edir. Hal-hazırda ona vurulmuş 914 manat pulun ödənilməsini tələb edir. Məhkəmə iclasında Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-in sahə inspektoru X7 protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan 29 may 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması, dəymiş ziyanın ödənilməsi məsələsinin həlli üçün qərarın surəti 34-cü PŞ-nin aidiyyatı əməkdaşına verilməsi qərara alınmışdır. "xxxx" ASC-nin 10 saylı filialından 24 may 2024-cü il tarixində verilmiş çıxarışdan görünür ki, CARD: xxxxxxxxxxxx5589 TRANSACTİON DETAİLS: xx/xx/2024 19:07:12 944 6.48 AZE BAKİ 1 256,91|MAGAZA Kartla əməliyyatın məbləģinin xarici hesablaşmalar üçün hesabın valyutasında tranzit hesaba köçürülməsi |CARD: xxxxxxxxxxxx5589 TRANSACTİON DETAİLS: xx/xx/2024 17:03:25 944 24.00 AZE BAKU 232,91 uBank - CARD: xxxxxxxxxxxx5589 TRANSACTİON DETAİLS: xx/xx/2024 11:01:00 944 66.40 AZE BAKU C2C 1 166,51|BOLT FOOD Kartla amaliyyaun məbləğinin xarici hesablaşmalar üçün hesabin valyutasında tranzit hesaba köçürülınəsi CARD: xxxxxxxxx.xxxs589 TRANSACTİON DETAİLS: xx/xx/2024 1 1:03:41 944 28.49 AZE BAKU 1 138,02|BOLT FOOD Kartla ◦məliyyatın məbləğinin xarici hesablaşmalar üçûn hesabmn valyutasında tanzit |hesaba köçürülməsi CARD: xxxxxxxxxxxx5589 TRANSACTİON DETAİLS: xx/xx/2024 978 28.73 AZE BAKİ189,73WWWTRENDYOLCOMJ CARD: xxxxxxxxxxxx5589 TRANSACTİON DETAİLS: xx/xx/2024 10:38:00 978 28.73 AZE BAKİ İ 136,00WWWTRENDYOLCOM Kartla əməliyyatin məbləğinin xarici hesablaşmalar üçün hesabmn (valyutasında tranzit hesaba köçürülməsi CARD: xxxxxx.xxxxxx5589 TRANSACTİON DETAİLS: xx/xx/2024 00:00:00 840 149.00 USA 880,46|CHİCAGO TOPSTEPTRADER LLC Kartla əməliyyatın məbləğinin xarici hesablaşmalar üiçün hesabin valyutasinda tranzit hesaba köçürülməsi CARD: xxxxxxx.x.xxxx5589 TRANSACTİON DETAİLs: xx/xx/2024 00:00:00 840 149.00 USA 624,92|CHİCAGO TOPSTEPTRADER LLC Kartla əmaliyyatn məbləğinin xarici hesablaşmalar üçün |hesabmn valyutasında tranzit hesaba köçürülməsi CARD: xxxxxxxxxxxx5589 TRANSACTİON DETAİLS: xx/xx/2024 04:12:45 840 149.00 USA 369,38|CHİCAGO WWWTOPSTEPCOM Kartla amaliyyatın məblağinin xarici hesablaşmalar üçün hesabn valyutasında tranzit hesaba köçürülməsi İnzibati xəta haqqında protokolda Şəxs X2 66 manat pulunu dələduzluq yolu ilə mənimsəməsi qeyd edilmişdir. Hesab edirəm ki, yuxarıda qeyd edilən hallara görə Şəxs əməlində inzibati xətanın deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin mülkiyyət əleyhinə, kibercinayətlər fəsillərində nəzərdə tutulan cinayətlərin tərkib əlamətləri müşahidə edilir. Belə ki, məhkəmə iclas zalında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs məhkəməyə vermiş olduğu izahatında bildirmişdir ki, “teleqram” sosial şəbəkəsində olan “illeqalizm” səhifəsinin adminin kibercinayətkarlıqla məşğul olduğunu və bank kartları haqqında məlumatların həmin səhifədə paylaşılmasını bildirmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" ASC-dən verilmiş bank hesabından çıxarışdan müəyyən edilir ki, onun balansından “BOLTFOOD” vasitəsilə 28.49 AZN pulu çəkilmiş və həmin əməlin hansı şəxs və ya şəxslər tərəfindən törədilməsinə heç bir hüquqi qiymət verilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və tərəflərin izahatlarına əsasən haqlı nəticəyə gəlir ki, X3 məxsus 5243-7544-4269-5589 saylı bank kartından ona məxsus pulları kibercinayətkarlıq yolu ilə ələ keçirilərək ona 914 manat həcmində maddi zərər vurulmişdur. Hal-hazırda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs əməlində başqa cinayətlərin əlamətlərinin olub-olmaması, “teleqram” sosial şəbəkəsində yerləşən “illeqalizm” səhifəsində olan başqa cinayətlərin törədilib törədilməməsi, X3 qarşı törədilmiş cinayətlərin araşdırlması məqsədə müvafiq hesab edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsaslanaraq belə qənaətə gəlirəm ki, Şəxs oğlunun X2 “teleqram” sosial şəbəkəsində yerləşən “illeqalizm” səhifəsində paylaşılan bank hesabından 66 manat pulu dələduzluq yolu ilə ələ keçirməsi özündə inzibati xətanın deyil, cinayət əməlinin tərkib əlamətlərinin olmasına dəlalət edir. Bu səbəbdən, habelə Şəxs hazırki əmələ görə məsuliyyətə cəlb edilməməsi nəzərə alınmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və müvafiq material aşkar edilmiş faktda cinayət əlamətlərinin olub-olmamasının araşdırılması və 29 may 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara hüquqi qiymət verilməsi üçün prokurora göndərilməli, X5 tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" ASC-dən təqdim edilmiş bank hesabından çıxarış maddi sübut kimi tanınmalı və iş materiallarında saxlanılmlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: xx.xx.2006-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəsbəsi, Ab yaşayış sahəsi, ev 16, mənzil 137 qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və müvafiq material faktda cinayət əlamətlərinin olub-olmamasının araşdırılması və 29 may 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Xətai rayon prokuroruna göndərilsin. X5 tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" ASC-dən təqdim edilmiş bank hesabından çıxarış maddi sübut kimi tanınmalı və iş materiallarında saxlansın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-2084/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2084/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver