Məhkəmə qərarları › İş №3(011)-209/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-209/2022

22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-209/2022 22.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlu, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Sahə təhkimçiliyi idarəsinin 4 saylı şöbəsinin dövlət vergi müfəttişi X6 iştirakı ilə X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında materialdan görünür ki, 21 dekabr 2021-ci il tarixdə 15:00-da X1 fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yerləşən “SALON DE BELİZA” adlı gözəllik salonunda operativ vergi nəzarəti zamanı tədbirlərin keçirilməsinə maneçilik törətmiş, yoxlamaya şərait yaratmamışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Sahə təhkimçiliyi idarəsinin vergi müfəttişi Məhsəti Hacıyeva, Hamlet Mirzəyev, Zaur Cavanşirov tərəfindən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 21 dekabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə X5 qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəblər olmadan məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Sahə təhkimçiliyi idarəsinin 4 saylı şöbəsinin dövlət vergi müfəttişi X8 protokolu müdafiə edərək X4 barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən X5 (VÖEN: **********) məxsus obyektdə 21.12.2021-19.01.2022-ci il tarixlərində plandankənar operativ vergi nəzarəti həyata keçirilməsi üçün sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 21 dekabr 2021-ci il tarixdə KY211700552 nömrəli çıxarış verilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən vergi xidməti müşaviri X9 **********5720 nömrəli 21 dekabr 2021-ci il tarixli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən X5 məxsus obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan 21 dekabr 2021-ci il tarixli aktdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən X5 məxsus “SALON DE BELİZA” adlı gözəllik salonunda nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanması vəziyyətinin yoxlanması tapşırılmışdır. Lakin vergi ödəyicisi heç bir sənəd təqdim etməyərək işçilərin kimliyini müəyyənləşdirməyə maneçilik yaratmış, işçiləri obyektdən uzaqlaşdırmış, yoxlama keçirilməsinə şərait yaratmamış, yaranan suallara şifahi və (və ya) yazılı izahat verməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş operativ vergi nəzarəti zamanı çəkilmiş videogörüntüyə məhkəmə iclas zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, X2 Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdiyi operativ vergi nəzarəti zamanı yoxlama keçirilməsinə maneçilik yaradılmış, yaranan suallara şifahi və (və ya) yazılı izahat verməkdən imtina edilmişdir. Beləliklə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 17-ci maddəsinin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınır. İş üzrə X4 əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən etməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində cərimə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 1.000 (min) manat məbləğində cərimə təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar