Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2095/2020 09.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Şahlar Əliağa oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X5 Bakı şəhər Dövlət X10 Müşayiət-Eskort bölüyü YPX baş inspektoru polis baş serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək işə xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X8 məhkəməyə müraciət edərək, barəsində Bakı şəhər Dövlət X10 Müşayiət-Eskort bölüyü YPX baş inspektoru polis baş serjantı X3 tərəfindən qəbul edilmiş qəbul edilmiş TP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərar ləğv edilərək işə xitam verilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmşdır ki, o, xx.xx.2020-ci il tarixində idarə etdiyi **-TZ-*** dövlət nişanlı Peugeot markalı avtomobili ilə Babək prospekti ilə Xalqlar Dostluğu istiqamətində hərəkət etmişdir. Bakı şəhər DYPİ Ypx İnspektoru polis serjantı X3 tərəfindən əsassız olaraq saxlanılmış və barəsində İXP ******* nömrəli protokol tərtib edilmişdir. İnspektorun dediklərinə görə manevr qaydalarını pozmuşdur. Protokolla razılaşmadığını bildirmişdir, lakin xx.xx.2020 tarixində iştirakı olmadan heç bir mesaj və ya başqa xəbərdarlıq almadan həmin inspektor tərəfindən qərar çıxarılmışdır. Qərarın tərtib edilməsini təsadüfən “Asan” şəxsi kabinetimdə xx.xx.2020 tarixində görmüşdür və sabahsı günü, yani xx.xx.2020-ci il tarixində məsələni araşdırmaq üçün və ittiham etdikləri mənim tərəfimdən yol hərəkəti qaydaları pozmağı barədə ona ətraflı izah olunsun deyə BŞDYPnə baş çəkmişdir. Lakin qərarı printerdə çap edən inspektor hec bir izah etmədən və qərarı ləğv etməyə səlahiyyəti olmadığından məsləhət görmüşdür ki, məhkəməyə müraciət etsin. Qeyd olunanlara əsasən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək, Bakı şəhər Dövlət X10 Müşayiət-Eskort bölüyü YPX baş inspektoru polis baş serjantı X3 tərəfindən xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhər Dövlət X10 səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Bakı şəhər Dövlət X10 səlahiyyətli nümayəndəsinin iştirakı oladan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını və iş material-larını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsi Dövlət X10 YPX baş inspektoru polis serjantı X3 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixində saat 11:18-də idarə etdiyi “Peugeot RCZ minik” markalı ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Babək prospekti ilə hərəkət edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə halına yol verdiyi əsas gətirilərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Bakı şəhər Baş Polis İdarəsi Dövlət X10 Müşayiət-Eskort bölüyü YPX baş inspektoru polis baş serjantı X3 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 (altmış) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “ASAN 2” xidmət mərkəzi tərəfindən xx xxxxxx 2014-cü il tarixində verilmiş AZE seriyalı 04043485 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 ünvan 1 mənzil 101 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 xx xxxx 2020-ci il tarixində saat 11:18-də idarə etdiyi “Peugeot RCZ minik” markalı ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Babək prospekti ilə hərəkət edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə halına yol verdiyi əsas gətirilərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol baxılması üçün yuxarı səlahiyyətli orqana, yəni Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 göndərilmişdir. xx xxxxxxxx 2020-ci il tarixində Bakı şəhər Baş Polis İdarəsi Dövlət X10 Müşayiət-Eskort bölüyü YPX baş inspektoru polis baş serjantı X3 tərəfindən işə baxılmış, lakin işə baxılmasının müddəti və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 məlumat verilməmiş, işə baxılmasında onun iştirakı təmin edilməmiş, xx xxxxxxxx 2020-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərar onun iştirakı olmadan qəbul edilmişdir. Göründüyü kimi, X5 inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmək hüququ pozulmuş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqlarını həyata keçirməkdən məhrum olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; 61.1.9. yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən, izibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə riayət edilmədən qəbul edilmişdir. X9 Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, birqayda olaraq, əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.1 və 135.1.2-ci maddələrində göstərilir ki, müvafiq olaraq, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X5 şikayəti qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsi Dövlət X10 Müşayiət-Eskort bölüyü YPX baş inspektoru polis baş serjantı X3 tərəfindən tərtib edilmiş 02 iyul sentyabr 2020-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 göndərilməli, qalan hissələrdə isə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti qismən təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsi Dövlət X10 Müşayiət-Eskort bölüyü YPX baş inspektoru polis baş serjantı X3 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və və iş yenidən baxılmaq üçün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 göndərilsin. Şikayət qalan hissələrdə təmin edilməsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(011)-2095/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2095/2020
09.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver