Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2097/2024 31.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi ilə X1 Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, EQ 20899402 nömrəli inzibati qərarının ləğv edilməsinə dair şikayətinə baxmağa hazırlıq zamanı, MÜƏYYƏNETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, EQ 20899402 nömrəli inzibati qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş materiallarını araşdırıb hesab edir ki, X1 inzibati tənbeh vermə haqqında qərardan şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin məcəllənin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Göründüyü kimi şikayət ərizəsinə qeyd edilən qərar əlavə edilmədiyindən məhkəmə aidiyyətini, müddətin ötürülüb-ötürülməməsini və sair xüsusatları araşdırmaq qeyrimümkündür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə icraatı rədd edən hallar mövcud olduğundan X1 şikayəti geri qaytarılmalıdır. Natamamlıqlar aradan qaldırıldıqdan sonra şikayətçi Qanunvericiliyə uyğun qaydada yenidən məhkəməyə ərizə ilə müraciət edə bilər. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126, 130, 132-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 şikayət ərizəsi baxılmadan geri qaytarılsın. X2 qərardadda göstərilən nöqsanlar aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunsun. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-2097/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2097/2024
31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver