Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2098/2022 14.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlu Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş 14.06.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında materialı nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 14.06.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-106/2020 saylı 25.02.2020-ci il tarixli və Füzuli Rayon Məhkəməsinin 2(064)-1104/2020 saylı 15.07.2020-ci il tarixli icra sənədlərinə əsasən Şəxs 7880.86 manat məbləğində borcunu ödəməsi tələb edilmiş, lakin borclu üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməmişdir. Bununla da, o, İXM-nin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin rəisi vəzifəsini icra edən ədliyyə müşaviri Vüqar Qasımovun məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, borclu Şəxs barəsində tərtib olunmuş 14.06.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu araşdırıb, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin rəisi vəzifəsini icra edən ədliyyə müşaviri Vüqar Qasımovun inzibati xəta haqqında protokolun mahiyyəti üzrə baxılmadan geri qaytarılmasına dair müraciətini nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında material səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş 14.06.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Xətai rayon İcra şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2098/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2098/2022
14.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver