Məhkəmə qərarları › İş №3(011)-21/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-21/2021

28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-21/2021 28.01.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, X1 iştirakı ilə, X4 Yasamal rayon DYPŞ-nin xx xxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarın ləğv olunması və inzibati işə xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X6 məhkəməyə müraciət edərək, Yasamal rayon DYPŞ-nin xx xxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarın ləğv olunması və inzibati işə xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Yasamal rayon DYPŞ-nin axtarış üzrə inspektoru polis leytenantı Orxan Əkbərov tərəfindən xx.xx.2020-ci il tarixdə barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu və qərarı ona xx.xx.2020-ci il tarixdə ona rəsmi qaydada verilmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq Yasamal rayon DYPŞ-nin xx xxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarın ləğv olunması və inzibati işə xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 ərizəsində göstərdiklərinə uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə, işə Yasamal RPİ-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, Yasamal rayon DYPŞ-nin xx xxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarın ləğv olunması və inzibati işə xitam verilməsinə dair X4 ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Naxçıvan ŞPİ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE seriyalı 17320326 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 MR, Naxçıvan şəhəri, 21-ci məh, ev 43 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Lakin inzibati xəta haqqında protokoldan və onun əsasında qəbul edilmiş qərardan görünür ki, inzibati xətanın törədildiyi yer Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti ərazisidir. Beləliklə, məhkəmə hesab edir ki, X4 qeydiyyatda olduğu ünvan ünvan 1 olduğundan, həmçinin inzibati xətanın törədildiyi yer Bakı şəhəri Yasamal rayonu ərazisi olduğundan X4 Yasamal rayon DYPŞ-nin xx xxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarın ləğv olunması və inzibati işə xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verdiyi şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3 və 129.1.3-cü madəsini rəhbər tutaraq QƏRARA ALDİM: X4 Yasamal rayon DYPŞ-nin xx xxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarın ləğv olunması və inzibati işə xitam verilməsinə dair şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar