Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2102/2024 05.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Şikayət verən şəxs – X1 iştirakı ilə, Bakı şəhər X4 İdarəsinin inzibati tənbeh vermə haqqında 27 may 2024-cü il tarixli, TP ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X4 İdarəsinin inzibati tənbeh vermə haqqında 27 may 2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 15:30 tarixində iş № 3(011)-1535/2024 Bakı Şəhər Xətai rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın hakimliyi əsnasında keçirilən məhkəmənin qərarı ilə, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvi və işə yenidən baxılması üçün, Bakı Şəhər BPİ-nin X4 İdarəsinə geri qaytarılmışdır. Məhkəmə tarixindən 10 gün keçməsinə baxmayaraq, BŞBPİ-dən heç bir xəbər almadığı üçün özü şəxsən yaxınlaşmış və məhkəmənin çıxartdığı qərarı onlara gəlib çatmadığını bildirdikləri üçün, dəftərxanaya qərarın surətini əlbə-əl vermişdir. xx.xx.2024-cü ildə ona zəng edərək 29-cu otaqa gəlməyini bildirmişlər. Elə həmin an SMS Radardan cərimənin silinərək qərarsız vurulduğu haqqında bildiriş almış, üzərindən 1saat keçmişdir, eyni protokol TP ******* yenidən qərarlı olaraq sistemə vurulmuş, (onun iştrakı olmadan) X2 29-cu otaqa yaxınlaşaraq bildirmişdir ki, onun inzibati xəta törətdiyi an xx.xx.2024-cü ildir və ona xx.xx.2024-cü il tarixdə saat 11:51 radələrində Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı zəng vuraraq Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə 27-ci otağa dəvət etdi. O da cavabında xahiş etdi ki, İXM-nin 121-ci maddəsi ilə rəsmi qaydada dəvət etsin. X2 getmədiyinə görə xx.xx.2024-cü il tarixdə İXM-nin 327.4-cü maddəsiylə elektron qərar vuruldu. Vaxt əsnasına diqqət edilsə inzibati xətanı törətdiyi vaxtla inzibati xəta haqqında tənbeh protokolu arasında 1 ay 8 gün vaxt keçib, inzibati xətanı törətdiyi haqqında məlumatlandırılması isə zəng vasitəsi ilə 1 ay 4 gündən sonra olub, və o bildirmişdir ki, İXM-122.1-122.5 bəndinə və 38.6 bəndinə nəzər salınsa protokol ləğv olunmalıdır. Ona bildirdilər ki, İXM-122.1-122.5 bu maddələr bu məsələyə aid deyil. O bu məsələyə aid olan İXM-də qeyd olunan qanuni subutları tələb etdikdə sadəcə inzibati xəta törətdiyi görüntü və şəxsi fikirləri ilə cərimənin düzgün vurulduğunu iddia edirlər. Halbu ki, İnzibati Xətalar Məcəlləsi ilə protokol tətbiq etməkdənsə vəzifəli şəxsin şəxsi fikri ilə reallaşdırmağa üstünlük verdilər. Odur ki, inzibati xəta haqqında tərtib edilmiş İXP ******* nömrəli, 04 mart 2024-cü il tarixli protokol üzrə inzibati tənbeh vermə haqqında 27 may 2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilərək inzibati iş üzrə xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər X4 İdarəsi nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X4 İdarəsi tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, 04 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 27 may 2024-cü il tarixdə qəbul olunmuş TP ******* nömrəli qərar ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 150 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.4-cü maddəsinə əsasən, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X2 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhər X4 İdarəsinin 27 may 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər X4 İdarəsinin 27 may 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-2102/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2102/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver