Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2112/2021 31.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X1 barəsində olan Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən EQ ******* saylı inzibati xəta haqqında elektron protokol əsasında qəbul edilmiş 12.04.2021-ci il tarixli qərarın ləğv edilməsinə dair şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: X5 şikayətlə məhkəməyə müraciət edərək barəsində Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən EQ ******* saylı inzibati xəta haqqında elektron protokol əsasında qəbul edilmiş 12.04.2021-ci il tarixli qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X5 şikayəti onunla əsaslandırmışdır ki, o, özünə məxsus, “KİA Cerato” markalı, **- HX-*** dövlət qeydiyyat nişanlı avtomobillə 12.04.2021-ci il tarixdə saat 08:40 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti və Tağızadə küçəsinin kəsişməsi ilə hərəkət edərkən DİN TŞK tərəfindən aşkarlanan və onun əsasında tərtib edilən EQ seriyalı ******* nömrəli protokolu əsassız və qanunsuz hesab edir. Belə ki, hadisə baş verən gün yuxarıda qeyd etdiyi avtomobillə Babək prospekti istiqamətində hərəkətdə olduğu vaxt 1.1 nişanlanma xəttini tapdalamışdır. Lakin buna səbəb həmin ərazidə yol nişanlarının düzgün yerləşdirilməməsi və yol zolaqlarının düzgün xətlənməməsi olmuşdur. “X9” AR Qanununun tələblərinə görə, 1.1 (düzünə bütöv xətt) yol nişanı ilə 1.5 (qırıq xətlər) yol nişanı arasında 1.6 (yaxınlaşma xətti - cizgilərinin uzunluğu onların aralarındakı məsafədən üç dəfə böyük olan qırıq xətlər) yerləşdirilir. Eyni zamanda bu yolda quraşdırılan məlumatverici nişanlarda da öz əksini tapmalıdır. Qeyd olunanlar həmin yolda nizamlanmadığından barəsində tərtib olunan EQ seriyalı ******* nömrəli protokolda istinad edilən İXM-nin 327.1ci maddəsinin (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi) tələblərini pozduğunu qəbul etmir. Eyni zamanda bildirmişdir ki, həmin yol hissəsində 12.08.1949 tarixli Cenevrə Konvensiyası ilə qəbul edilən QOST standartın 23457-86 tələbləri ciddi şəkildə pozulmuşdur. Hazırda qüvvədə olan “X9” Azərbaycan Respublikasının Qanununun 86-cı maddəsinə əsasən (Beynəlxalq aktların hüquqi qüvvəsi) Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq müqavilələrdə müəyyənləşdirilmiş qaydalar Azərbaycan Respublikasının Yol X2 nəzərdə tutulanlardan fərqli olduqda beynəlxalq aktların müddəaları tətbiq edilir. QOST ST 23457-86-a görə, standarta uyğun olaraq 1.18 nişanlanması intensiv hərəkət zamanı yolayrıcına çatmamış 20-30 metrədən bir 3 dəfə təkrarlanmalıdır. Bununla yanaşı 1.18 nişanlanması 5.8.1 və 5.8.2 “Zolaqlar üzrə hərəkət” nişanını təkrarlayır. Yəni bu cür yolayrıcılarında xətləmə 5.8.1 və 5.8.2 nişanı ilə birlikdə təkrarlanmalıdır. Standartdan kənar quraşdırılan yol nişanlarına görə sürücü məsuliyyət daşımır. Çünki ilk olaraq 5.8.1 və 5.8.2 yol nişanları yolayrıcında elə quraşdırılmalıdır ki, sürücü öncədən nişanı görüb vaxtında 1.1 xətti başlamadan zolağı dəyişə bilsin. Yəni 1.5 nişanlanma xəttindən sonra 1.6 nişanlanma xətti olmalı və daha sonra 1.1 xətti başlamalıdır. Göstərilən qayda yol nişanlanması şəhərin əksər yol, yol kəsişmələri və magistral yollarında öz əksini tapmışdır. O da məhz yuxarıda göstərilən səbəbdən, eyni zamanda həmin vaxt qarşısında və yolun sağ çiynində hərəkət edən “Mercedes” və “Volkswagen” markalı avtomobillər öncədən 1.1 nişanlanma xəttinin görmə bucağını məhdudlaşdırdığından və beləliklə həmin xətti son anda gördüyündən, Babək pospekti istiqamətində hərəkətdə olarkən 1.1 nişanlanma xəttini tapdalamamaq mümkün olmadı. Qeyd olunan hallar həm onun videoqeydiyyat cihazının görüntüləri ilə, həm də DYP-nin TŞK kameralarının görüntülərində öz əksini tapmışdır. Tərtib edilən protokola öz etirazını bildirdiyindən 26.04.2021-ci il tarixdə bu iş üzrə Bakı şəhəri BPİ-nin X10 İdarəsinə dəvət olunduqda orada iradlarına əsassız münasibətlər bildirilmiş, həmin yol istiqamətində adacıq olduğundan 1.5 nişanı ilə 1.1 nişanı arasında 1.6 nişanının yerləşdirilməsinə ehtiyac olmadığı bildirilmişdir. Lakin həmin qaydanın belə yollara şamil edilməsi yalnışdır. Düzdür, şəhərin yol infrastrukturunda adacıq deyilən hissələr var, lakin bu cür adacıqlar öncədən sarı və ağ xətlərlə yanaşı sarı ağ zolaqlı rezin maneələrlə də əhatə olunur. Eyni zamanda nişanlanma xətləri yuxarıda qeyd etdiyi ardıcıllıqla, yəni 1.5, daha sonra 1.6, sonra isə adacığa birləşən 1.1 nişanlanma xətti gəlir. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikasının “X9” Qanununun tələblərini, eyni zamanda Cenevrə konvesiyasının QOST standart müddəalarını rəhbər tutaraq, barəsində tərtib edilən EQ seriyalı ******* nömrəli protokolun ləğv edilməsini və DYP-dən məhkəməyə təqdim edilməsi üçün nəzərdə tutulan sənədləri dəfələrlə istəməyinə baxmayaraq 05.05.2021 il tarixində Nizami rayon Yol Polis İdarəsindən gec əldə etmişdir. Məhkəmə iclasında şikayətçi X5 şikayət ərizəsinə uyğun izahat verərək həmin qərarın əsassız olduğunu qeyd edərək Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən EQ ******* saylı inzibati xəta haqqında elektron protokol əsasında qəbul edilmiş 12.04.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Baş X10 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Baş X10 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən EQ ******* saylı inzibati xəta haqqında elektron protokol əsasında qəbul edilmiş 12.04.2021-ci il tarixli qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə inzibati xəta törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclası zamanı baxış keçirilmiş videogörüntüdən görünür ki, 90HX535 dövlət qeydiyyat nişanlı Kia Cerato minik markalı nəqliyyat vasitəsi “Ramstore” Ticarət mərkəzinin qarşısında hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə qeyd olunan X9 Qanunun 69-cu maddəsinə əsasən 1.1—1.3 xətlərini kəsib keçməklə, yol nişanlarının tələblərinə riyaət etməmiş, eləcə də həmin yol nişanını kəsib keçərək qəzaya da şərait yaratmışdır. Şikayəti, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X9” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. “X9” Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 2-ci maddəsinə əsasən Yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 69-cu maddəsinə əsasən 1.1 nişanlanma xətti — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. Həmin Qanunun 69-cu maddəsinə əsasən 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır. Məhkəmə araşdırması zamanı, şikayətçinin izahatını və iş materiallarına əlavə edilmiş videogörüntüyə də baxış keçirilmiş və müəyyən edilmişdir ki, X3 Hərəkəti Haqqında Qanunla müəyyən edilmiş 1.1 üfüqi nişanlama xətti kəsib keçmiş, hətta qəza şəraiti də yaratmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, yəni yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə inzibati məsuliyyətə cəlb olunaraq barəsində 40 manat inzibati cərimə tənbeh tətbirinin təbiq edilməsi haqqında Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən qəbul olunmuş inzibati xəta haqqında 12.04.2021-ci il tarixli qərarı əsaslı olduğundan və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X4 Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən EQ ******* saylı protokol əsasında qəbul edilmiş 12.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayəti təmin edilməsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-2112/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2112/2021
31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver