Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-213/2024 19.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, İİİ dərəcəli əlil, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə inspektoru Davud Soltanov tərəfindən 19 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* saylı protokol tərtib edilmiş və baxılması üçün Xətai Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2024-cü il tarixdə Xətai rayonu, UPD qəsəbəsində “Chevrolet Cruze” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərxoş vəziyyətdə hərəkətdə olan zaman arxada olan nəqliyyat vasitəsini vurmuş, buna görə yol polis xidməti əməkdaşları yaxınlaşaraq patrul maşınına əyləşməyə dəvət etdikdə onları söyərək nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının xidməti formasının rütbəsindən tutaraq cırıb qoparmış, polis əməkdaşları ilə mübahisə etmiş, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, öz hərəkətlərini davam etdirmiş, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə anasının xəstəliyi səbəbindən vəziyyətinin pisləşməsini görüb əsəbiləşmiş, spirtli içki qəbul etmişdir. Xətai rayonu, UPD qəsəbəsində “Chevrolet Cruze” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman arxada olan nəqliyyat vasitəsini vurmuş, buna görə yol polis xidməti əməkdaşları yaxınlaşaraq patrul maşınına əyləşməyə dəvət etdikdə onları söyərək nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının xidməti formasının rütbəsindən tutaraq cırıb qoparmış, polis əməkdaşları ilə mübahisə etmişdir. Tabesizlik etməyinin səbəbi sərxoş olmağı ilə əlaqədar olmuşdur. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə inzibati qaydada tutulmuşdur. İş materiallarında olan videogörüntüdən görünür ki, Şəxs polis əməkdaşları ilə mübahisə etmiş, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, onları nalayiq ifadələrlə söyərək öz hərəkətlərini davam etdirmişdir. İş materiallarında olan 18 yanvar 2024-cü il tarixli 2/131 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, müayinə nəticəsində Şəxs alkoqol sərxoşluğu vəziyyəti müəyyən olunmuşdur. Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs polisin qanuni tələbinə tabe olmaması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar Məhkəmədə işə baxılarkən nəzərə alır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən peşman olması müəyyən edilmiş, ağırlaşdıran hallar isə müəyyən etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs müddətinin əvvəli 18 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 18 yanvar 2024-cü il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-213/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-213/2024
19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver